Kişilərdən ibarət 3X3 basketbol millimiz Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.
Yığma ilk matçda Ermənistanla üz-üzə gəlib. Görüş komandamızın 21:9 hesablı qələbəsi ilə yekunlaşıb. Bəs görəsən, oyun zamanı münaqişə oldumu? "Football-plus.az" olaraq, bu sualı millinin üzvü Amil Həmzəyevə ünvanladıq: