"Hər üç qolda səhvə yol verdim" - Şahruddindən tənqidlərə cavab

8.06.2024 22:34 820
Yığma / Manşet
Millimiz dünən Albaniya yığmasına qarşı keçirdiyi yoldaşlıq görüşündə məğlub oldu - 1:3.

Göründüyü kimi, matç təcrübə xarakterli olduöundan nəticə konkret əhəmiyyət kəsb etməsə də nəticə ürəkaçan olmadı. Şahruddin Məhəmmədəliyev bir neçə seyvlə yadda qaldısa, asan qollar buraxmaqla diqqət çəkdi.

Azarkeşlər xüsusilə buraxılan birinci qolda yol verdiyi diqqətsizlik üzündən qolkiperi tənqid atəşinə tutdu. Belədə qeyd olunanlarla bağlı fikirlərini öyrənmək məqsədilə Şahruddinlə əlaqə saxladıq. Onun "football-plus.az"a söylədikləri:
"Uduzmuşuqsa, deyiləcək çox söz yoxdu. Oyunla bağlı hədəflərimiz yüksək idi. Qalib gəlmək istəyirdik. Hədəfi yüksək müəyyənləşdirsəm də alınmadı. Səhvə yol verdim. Etiraf edim ki, hər üç qolda mənim günahım var. Əlbəttə, azarkeşlərin məndən bütün qolların qarşısını almağımı istəməsi normaldı. Bundan sonra üzərimdə daha çox çalışacam".


RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul