• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əsgər müəllim rəhbərliyi komandanı elitaya yüksəldə biləcəyinə inandırmışdı” - ŞOK AÇIQLAMA

1-ci liqa / Manşet

8-06-2024, 11:0

1-ci liqada 2024/25 “futbol ili”nə hazırlıq görməli olan klublar sırasında “İmişli” də var.

Lakin Əsgər Abdullayevlə vidalaşan bölgə təmsilçisi hələ ki baş məşqçi və komanda ilə bağlı konkret addım atmayıb. Uğurlu mövsüm keçirsə də, son turlarda müəyyən səbəblərdən büdrəyən kollektivin yenidən çempionluq uğrunda mübarizə aparacağı bəllidi. Belədə bu məsələlərin nə vaxt həll olunacağı və başqa planlar haqda ətraflı bilgi almaq üçün klubun icraçı direktoru Aqşin Mürsəlova müraciət etdik. O, qəzetimizə açıqlamasında yubanmanın səbəblərini izah etdi:

“AFFA-nın 1-ci liqa klublarına nə qədər vəsait ayıracağını bilmək istəyirik. Bu bəlli olandan sonra ciddi işlərə başlayacağıq. Ötən il tələsdik və sonda uğursuzluğa düçar olduq. Hər şeyin planlı şəkildə olmasını istəyirik. Bilindiyi kimi, “Qaradağ Lökbatan” çempion ola bilərdi. Sonradan infrastrukturu istənilən səviyyədə olmadığından premyer-liqaya lisenziya ala bilmədi. Bu o deməkdi ki, qalib gəlsə belə, işə yaramayacaqdı. Bundan dərs çıxarmalıyıq. İnfrastruktur və nəticələrin qazanılmasıyla bağlı paralel iş aparmalıyıq. Təbii ki, öncəliyimiz stadionla bağlı olacaq. Növbəti mövsüm üçün maliyyənin həcmini biləndən sonra baş məşqçi ilə bağlı yekun qərar veriləcək. Heyət sonrakı mərhələdə formalaşdırılacaq”.

Klub rəsmisi İmişli şəhər stadionun ot örtüyünün dəyişdirilməsinin də görüləcək işlər sırasında olduğunu bildirdi:
“Stadionda iki meydança var. Məşq üçün süni qazonu olandan istifadə ediriksə, oyunlarımızı təbii ot örtüyündə keçiririk. Hazırda ikincisi baxımsızlıq üzündən yararsız hala düşüb. Sponsorumuzun (“RDC” MMC – red.) dəstəyi ilə təbii ot örtüyünü yenisiylə əvəzləyəcəyik. Artıq bir neçə şirkətlə danışıqlara başlamışıq. Gəlib torpaqdan nümunə götürəndən sonra müəyyən plan üzrə layihələr təqdim ediblər. Əvvəl bu işi həll etmək istəyirik. İyunun sonuna qədər baş məşqçi və komanda ilə bağlı işləri də yekunlaşdırıb tam hazır vəziyyətə gəlmək üçün digər çalışmalara başlayacağıq. Premyer-liqa üçün lisenziya almaq istəyiriksə, hansısa qüsur olmamalıdı. Bütün şərtləri yerinə yetirməklə ortaya yaxşı iş qoymaq istəyirik”.

Xatırlayırsızsa, “İmişli”nin sabiq baş məşqçisi Əsgər Abdullayevlə geniş müsahibədə bir çox mövzuya toxunmuşduq. Təcrübəli mütəxəssis “Futbol+”in ünvanladığı “bir neçə aydı mövsümün sonunda komandanı tərk edəcəyiniz deyilir. Son iddialara görə, "İmişli"nin premyer-liqaya yüksələ bilməməsi qərarınızı qətiləşdirib. Gerçəyi sizin dilinizdən eşitmək istərdim...” sualına onun cavabı belə olmuşdu:
“İndiyə qədər nə hardasa narazılıq etmişəm, nə də komandadan ayrılacağımı demişəm. Mətbuatın belə xəbəri hansı fakta əsasən yazdığını bilmirəm. Səhv başa düşülməsin, bu sözləri deməklə yerimi möhkəmləndirmirəm. Lakin reallıq budu. Hələ ki “İmişli”nin inkişafı üçün çalışırıq. Ayrılıb-ayrılmayacağımı zaman göstərəcək. Qismət olsa, yəni qalmağımı istəsələr, burda işləyəcəm. Məni tanıyan bilir ki, işə görə heç kimə ağız açmamışam. Təcrübəmə bələddilər”.

Bu məsələyə toxunmağımızın səbəbi var. Çünki mütəxəssis “İmişli”dən ayrılandan sonra verdiyi daha bir açıqlamada klub rəhbərliyi əməkdaşlığı davam etdirmək istəsə də, qalmasının düzgün olmadığını dilə gətirib. Göründüyü kimi, fikirlər bir-birini təkzib edir. Görəsən, məşqçinin fikrini dəyişməsinə səbəb olan amillər hansılardı? Qısası, sonradan nə baş verib? Aqşin bəy bu məqamı da dəqiqləşdirdi:
“Bəli, biz onunla əməkdaşlığa davam etməkdə maraqlıydıq. Özünə bu istəyimiz çatdırılsa da, getməyin daha doğru qərar olacağını bildirdi. Biz də təkid etmədik. Onunla söhbət zamanı bir çox mövzuya toxunduq və uğursuzluğun səbəblərini təhlil etdik. Bilindiyi kimi, İmişlidə əsasən isti hava şərait hökm sürür. Bu, Əsgər müəllimə yaxşı təsir etmirdi. Həmçinin çox yorulmuşdu. Həm klub ətrafında bəzi söz-söhbətlərin olması, həm də son turlarda yaşananlar mənfi ab-hava yaratmışdı. Biz hələ mövsümün əvvəlində bir neçə məşqçiylə danışıqdan sonra məhz onunla anlaşmışdıq. Çünki rəhbərliyi komandanı premyer-liqaya yüksəldə biləcəyinə inandırmışdı. Düzdü, alınmadı. Lakin səbəbsiz deyil. Əsgər müəllimin köməkçiləri də yox idi. Əlbəttə, Ruhid Usubov əlindən gələni edirdi. Lakin mövsümün gedişində Məqsəd Yaqubəliyevin “Şamaxı”ya yollanması işi daha da çətinləşdirdi. Bütün olanlara baxmayaraq, inanırdıq ki, o, növbəti mövsümdə daha yaxşı nəticələr qazana bilər”.

İcraçı direktor qarşıdan gələn “futbol ili”ndə “Qəbələ”nin 1-ci liqa üçün iddiası və AFFA tərəfindən “qırmızı-qaralar”a 700 min manat vəsait ayrılması mövzusunda bunları dedi:
“Geridə qoyduğumuz mövsümdə də “Şamaxı”nın çox iddialı olduğu deyilirdi. Düzdü, çempion oldular, lakin bunu asanlıqla edə bilmədilər. Komandaların ciddi təzyiqiylə üzləşməklə yanaşı, son tura qədər vuruşmalı oldular. “Qəbələ” də böyük klubdu. Amma bu, bizi çəkindirmir. Həmçinin 1-ci liqada köklü klubların sayı az deyil. Növbəti “futbol ili”ndə fərqli hadisələrin şahidi ola bilərik. Çünki komandalar daha güclü olmağa çalışacaq. Məncə, çempion olmaq istəyən yenə xeyli əziyyət çəkməli olacaq. Futbol indi elə səviyyədədi ki, büdcənin əhəmiyyəti azdı. “Neftçi”nin avrokuboklara yollana bilməməsi bunun bariz nümunəsidi. “Qəbələ”yə kömək edilməsinə gəlincə, təqdirəlayiq addımdı. Həmin akademiya ölkə futboluna çox bacarıqlı futbolçular bəxş edib və bu şərəfli işi görməyə davam edəcək”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

31-05-2024, 09:0

“İmişli” Əsgər Abdullayevin əvəzinə hansı məşqçini gətirir?

Manşet / Müsahibə

10-04-2024, 16:0

“İmişli” premyer-liqa hazırlığına başladı, rəhbərlik iddialı danışdı - MÜSAHİBƏ

Ölkə futbolu / 1-ci liqa / Manşet

9-05-2024, 15:0

“İmişli” “Qaradağ Lökbatan”ı çal-çağırla qarşılayacaq

1-ci liqa / Manşet

23-07-2023, 17:0

"İmişli"nin sabiq baş məşqçisi Əsgər Abdullayevin uğurlu olacağına inanır? - AÇIQLAMA

Premyer-liqa / Manşet

13-04-2024, 16:0

Elita üçün mübarizə aparan komanda lisenziya şərtləri ilə əvvəlcədən tanışdı” – PFL-dən reaksiya

1-ci liqa / Manşet

27-05-2024, 21:0

“Qaradag Lökbatan” ev oyunlarını Qəbələdə keçirəcəkdi? – gizli qalan məsələlər açıqlandı

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə