• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu enişin yaşanması ehtimalı var idi”

Dünya futbolu

5-06-2024, 22:0

Başa çatan mövsümün ən önəmli hadisələrindən biri də Nail Kərimlinin 18 il uğurları üçün çalışdığı “Qəbələ”dən ayrılıb, “Qarabağ”ın düşərgəsinə keçməsi idi.

2006-cı ildən 2024-ün fevralına qədər “qırmızı-qaralar”da müxtəlif rəhbər vəzifələrdə çalışmış təcrübəli mütəxəssis artıq müəyyən müddətdi “Qarabağ”ın akademiyasında menecer fəaliyyəti göstərir. Bu zaman kəsiyində onun akademiyada gördüyü və gələcəkdə görəcəyi işlər barədə danışdıq:

“Artıq burda çalışmağımın 4 ayı tamam oldu. Daha çox tanışlıq funksiyasını yerinə yetirən bu müddət ərzində bir sıra işlər də görüldü. Həm bu mövsümü qiymətləndirdik, həm də növbəti mövsümün planlarını cızmağa başladıq. Hansı pozitiv dəyişiklikləri edə biləcəyimizin üzərində fikirləşirik. İşçi heyəti, yəni istər məşqçi, istərsə də tibbi personal ilə bağlı çalışmalar edirik. Məşqçi heyətimizi daha da genişləndirmək və daha keyfiyyətli məşqçilərlə çalışmaq, eyni zamanda məşqçilərimizin biliklərini artırmaq üçün müəyyən planlarımız var. Bu mövsüm onlardan bir neçəsi UEFA-nın kateqoriya kurslarını oxudular. Növbəti mövsüm üçün daha fərqli addımlar atmağı planlaşdırırıq. Beynəlxalq təcrübəmizi artırmaq istəyirik. Bu həm də oyunçulara aiddi. Bu mövsüm “Qarabağ” akademiyasının komandaları 9 beynəlxalq səfərə çıxdı ki, yetərincə yaxşı rəqəmdi. Qış fasiləsindən sonra üç komandamız Belarusda keçirilən beynəlxalq turnirlərdə çıxış etdilər. Əlavə iki komandamızı Antaliyaya göndərdik ki, onlardan biri 9 yaşlılar idi. Bu yaşda futbolçuların ölkı xaricinə çıxması çox yaxşı təcrübədi. Digər komandamız U-14 idi. Hansı ki, Belarusda keçirilən turnirin qalibi oldu. Onların da təcrübələrini artırmalarını qarşımıza məqsəd qoymuşuq. Daha sonra iki yaş qrupumuzu da Qətərə, “Aspire” akademiyasına göndərdik. Orda akademiyanın komandalarıyla çox yaxşı, keyfiyyətli görüşlər keçirtdik. Çox xoş oldu. Həm oyunlar pozitiv oldu, həm də “Aspire” akademiyasının məşqçilər heyətiylə, akademiyanın texniki əlaqələndiricisi Eduorta Moureylə görüşümüz baş tutdu. Daha sonra fiziki hazırlıq performans şöbəsinin rəhbəriylə görüşümüz baş tutdu. Onlar öz təcrübələrini bizimlə bölüşdü. “Aspire” akademiyası şəraitinə görə çox güman, dünyanın ən yaxşı akademiyalarından biridi. Bundan sonra da onlarla işbirliyimiz, əməkdaşlığımız davam edəcək. Mənim onlarla tanışlığım, şəxsi münasibətlərim uzun illərə söykənir və bunu davam etdirəcəyik. Onu da qeyd edim ki, iyulun əvvəllərində daha bir turnir bizi gözləyir. 16 yaşlılarımızı Estoniyaya göndərəcəyik. “Tallin Cup” turnirində çıxış edəcəklər. Növbəti mövsüm isə beynəlxalq turnirlərin sayını daha da artıracağıq. Həmçinin ölkə daxilində keçirilən fərqli turnirlərdə iştirak etməyi müntəm hala çevirmək istəyirik. Ölkə daxilində keçirilən yarışlarla bağlı işlər daha çox ötən mövsüm olduğu kimi davam edəcək. Bizim “Sərhədçi” Olimpiya İdman Mərkəzindəki meydançamızın örtüyü yaxşı vəziyyətdə deyildi. Bu mövsüm həmin ot örtüyü də dəyişdirildi. Hazırda orda yardımçı otaqların təmirini də davam etdiririk. Həm məşqçilər üçün iş otağı, həm də tibbi heyət üçün müayinə-müalicə otaqları nəzərdə tutmuşuq. Bir sözlə, infrastrukturu əlimizdən gələn qədər yaxşılaşdırmağa çalışırıq. Qeyd etdiyim kimi, məşqçilərin inkişafı da ön plandadı. Onlar üçün də müəyyən layihələrimiz olacaq. Mən həm də Avropa Klublar Assosiasiyasının (ECA) akademiyalar üzrə işçi qrupunum üzvüyəm. Onlarla bağlı da müəyyən layihələr artıq var ki, təsdiqini tapıb. Sadəcə, həyata keçirilməsi növbəti mövsüm üçün nəzərdə tutulub və orda da “Qarabağ” olaraq aktiv iştirak etməyi planlaşdırırıq. Həmçinin əsas komandamızın UEFA Çempionlar Liqasının qrup mərhələsinə, daha doğrusu bu ildən liqa mərhələsi adlandırlacaq liqaya düşmək ehtimalı var. Belə olacağı halda avtomatik U-19 komandamız da həmin turnirdə iştirak edəcək. Biz də bunu nəzərə alaraq, həmin yaş qrupu üzrə komandamız üzərində daha çox dayanmağı, 2005, 2006, 2007 təvəllüdlü futbolçularımızı komanda şəklində hazırlamağı düşünürük”.


Təcrübəli mütəxəssisin sabiq komandası “Qəbələ”nin növbəti mövsümdən 1-ci liqada mübarizə aparacağıyla bağlı təəssüratını da öyrəndik:
“Qəbələ” ilə bağlı təəssürat çox zəngindi. “Qəbələ” mənə doğmadı. Harada və necə olmağımdan asılı olmayaraq, daim maraq dairəmdə olacaq. İnanır və ümid edirəm ki, xeyirlisi bu imiş. Klub uzun illər yüksək büdcəylə həm ölkədaxili, həm də UEFA yarışlarında iştirak etdi. Ondan sonra büdcənin kəskin azalması işin ümumi axarına çox mənfi təsir etdi. Amma toplanmış təcrübə, resurslar imkan verdi ki, daha bir neçə il ayaqda qalmaq mümkün olsun. Nə vaxtsa bu enişin yaşanması ehtimalı var idi. Çox təəssüf edirəm ki, həmin eniş bu mövsümə təsadüf etdi. Ancaq həm də təmizlənmə, əksiklərin, çatışmazlıqların aradan qalxması və yenidən ayağa qalxmaq üçün bu bir çağırışdı. Növbəti mövsüm 1-ci liqada “Qəbələ”yə azarkeşlik edəcəyik. İnanıram ki, “Qəbələ” vaxtından əvvəl premyer-liqaya dönüşünü təsdiqləyəcək. Klubun rəhbərliyində olan şəxslər, təcrübə, ənənələr sözünü deyəcək ki, “Qəbələ” ayaqda qala bilsin, yenidən ölkə çempionatının elitasına qayıtsın”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-01-2024, 14:0

“Klublarımızın akademiyalarının lazımi səviyyədə fəaliyyət göstərmədiyini düşünürəm”

Ölkə futbolu

17-02-2024, 15:0

“Qarabağ”a yeni menecer təyin olundu

Ölkə futbolu / Manşet

17-02-2024, 16:0

“Birdən-birə akademiyaların heç birində sıçrayış mümkün deyil” - Nail Kərimov “Qarabağ”la anlaşdı və danışdı

Manşet / Yazarlar

27-05-2024, 12:0

Nə vaxta qaldı? - YAZI

Ölkə futbolu / Manşet

5-04-2024, 17:0

Emin Mahmudovla Qara Qarayev ümidləri doğrultmur

Aktual
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Son xəbərlər
  • Dünən, 23:54
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • Dünən, 23:42
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • Dünən, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • Dünən, 22:30
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • Dünən, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Dünən, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Dünən, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Dünən, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Dünən, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Dünən, 18:52
    “Səbail”dən yeni transfer
  • Dünən, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Dünən, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Dünən, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Dünən, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Dünən, 16:40
    Florensiyanı tərk etdi
  • Dünən, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Dünən, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Dünən, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Dünən, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Dünən, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Dünən, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Dünən, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Dünən, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Dünən, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Dünən, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Dünən, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Dünən, 11:23
    Milandan Turinə yollana bilər
  • Dünən, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Dünən, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Dünən, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Dünən, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Dünən, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Dünən, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • 26-06-2026, 23:0
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
Daha çox
Oxunub: 419
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə