“Qarabağ”a yeni menecer təyin olundu

17.02.2024 15:12 217
Ölkə futbolu
“Qarabağ”a yeni menecer təyin olunub.

"Football-plus.az" xəbər verir ki, Nail Kərimov futbol akademiyasında fəaliyyət göstərəcək.

Futbol funksioneri akademiyanın meneceri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Nail Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illərdə “qırmızı-qaralar”da çalışıb.