• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aparıcı liqaların sürpriz uğursuzları - TƏHLİL

Dünya futbolu

3-06-2024, 23:0

Avropanın aparıcı liqalarında yenicə başa çatan mövsüm bir çox gözlənilməzliklərlə də yadda qaldı.

“Football-plus.az” xəbər verir ki, bir sıra komandalar titullar uğrunda yarışmaq əvəzinə sürpriz şəkildə imkanlarından aşağı səviyyədə çıxış etdilər. İndi belə uğursuzları qısaca yada salacağıq.

Bavariya
Zarafat deyil, “Bavariya”nın bundesliqadakı çempionluq seriyası 12-ci mövsümdə qırıldı! Almaniyada 2012-ci ildən sonra rəqib tanımayan Münhen nəhəngi mövsümə ölkə superkuboku uğrunda oyunda “Leyptsiq”ə böyükhesablı məğlubiyyətlə (0:3) başladı. İş elə gətirdi ki, Tomas Tuxelin baş məşqçi vəzifəsindən gedəcəyi finişə bir neçə həftə əvvəl açıqlandı. Rəhbərlik 2023-cü ilin martında istefaya göndərdiyi Yulian Naqelsmanna xələf seçdiyi 50 yaşlı mütəxəssislə ikiillik müqavilə bağlamışdı. Lakin daxili yarışlardakı uğursuzluq Tuxellə əməkdaşlığın vaxtından əvvəl dayandırılmasını labüd etdi. “Bavariya” ölkə kubokunda mübarizəni 1/16 finalda 3-cü (!) divizionun təmsilçisi “Saarbrükken”ə uduzmaqla (1:2) dayandırdı. Münhenlilərin bundesliqadakı çıxışı da titulun qorunacağından xəbər vermirdi. Onlar mövsümü birnəfəsə, məğlubiyyətsiz başa vuran “Bayer-04”ün tarixində ilk vacib titula doğru şığıdığı sürətinə çatdırmadılar: leverkuzenlilər finişə 5 tur qalmış əlçatmaz oldular və “Bavariya”nın seriyası tarixə qovuşdu!
Tuxelin mövsümün gedişində qovulmaması komandanın Çempionlar Liqasında (ÇL) qənaətbəxş çıxışı ilə bağlı idi. Amma yarımfinalda “Real” səddi keçilmədi (2:2, 1:2). Bununla da finalda “Borussiya”ya qarşı duel baş tutmadı. Nəticədə Almaniyanın ən titullu komandası son 12 ildə ilk dəfə mövsümü heç nə qazanmadan başa vurdu!..

Napoli
Kim deyərdi ki, “Napoli” mövsümü “avrokuboklar zonası”ndan kənarda başa vuracaq?! Nə qədər qəribə görünsə də, İtaliyada ötən mövsümün çempionu bu il A seriyasında 10-cu yeri tutdu! Neapollular eyni xala malik olduqları “Torino”dan şəxsi oyunların nəticələrinə (0:3, 1:1) əsasən geri qaldılar. “Napoli” qitə arenasına çıxmaq imkanını mövsümün son 7 oyununda qələbə üzü görməməklə itirdi.

Komandanı 33 ildən sonra tarixində 3-cü çempionluğa daşıyan Luçano Spallettinin gedişinin müəyyən problemlər yaradacağı gözlənilirdi. Prezident Aurelio De Laurentis ilə klubun inkişafı mövzusunda anlaşa bilməyən təcrübəli məşqçiyə xələf olan Rudi Qarsiya komandanın əvvəlki kimi oynamasına nail ola bilmədi. Fransalının yerini neapolluların sabiq çalışdırıcısı Valter Matsarri tutdu, ona isə mövsümü, belə desək, yola verən Françesko Kaltsona xələf oldu. İndi Neapolda əksəriyyət komandanın acınacaqlı vəziyyətə düşməsinə görə De Laurentisi qınayır. Prezident isə tənqid və narazılıqlara Antonio Konteni gətirməklə son qoymağa çalışır.

Barselona
“Bavariya” kimi, “Barselona” da çempion tiulunu itirdi. Maraqlıdı ki, prezident Xuan Laporta əvvəlcə mövsümün sonunda getmək qərarına gələn Xavi Ernandesi fikrindən daşındıra bildi, lakin çox keçmədən rəhbərlik onunla vidalaşmağı lazım bildi. Ona görə ki, baş məşqçinin klubdan qeyri-qənaətbəxş maliyyə vəziyyətinə görə narazılıq etməsi bossların xoşuna gəlməmişdi.
Komanda La Liqada mövsümü əzəli rəqibi “Real”dan 10 xal geri qalmaqla 2-ci yerdə başa vurdu. İspaniya kuboku və superkubokunu da qazana bilməyən “Barselona” mövsümü titulsuz bitirdi. Xavinin komandası ÇL-in 1/4 finalında PSJ-yə səfərdə 3:2 hesabıyla qalib gəlsə də, öz meydanında darmadağına (1:4) məruz qalaraq azarkeşlərini növbəti dəfə məyus etdi. Halbuki çoxları kataloniyalıların “Real”la tarixi finala çıxa biləcəyini güman edirdi.

Mançester Yunayted
Doğrudu, “qırmızı şeytanlar” mövsümün son matçında dəyişməz çempion “Mançester Siti”ni məğlub etməklə (2:1) İngiltərə kubokunu qazandılar. Amma gəlin razılaşaq ki, bu kubok premyer-liqada və ya avrokuboklarda qələbə ilə eyni dərəcədə çəkiyə malik ola bilməz. “Mançester Yunayted” isə ölkə çempionatını 8-ci yerdə başa vurdu. Bu, komanda üçün premyer-liqada ən aşağı göstəricidi! Mankunianların ÇL-dəki çıxışı isə fiasko oldu: “Bavariya”, “Kopenhagen” və “Qalatasaray” ilə mübarizədə yalnız 4 xal toplayan Erik ten Haqın komandası qrupu 4-cü yerdə başa vuraraq avrokubok mövsümünə erkən “əlvida” dedi.

Belə nəticələrdən sonra baş məqçinin postunda qalmaq şansı 50 faizdən çox ola bilməz. Amma Ten Haq istefa vermək istəmir. Maraqlıdı ki, son xəbərdə rəhbərliyin niderlandlıya şans vermək niyyətində olduğu bildirilir. Deyəsən, əzəli rəqib “Siti” üzərində qazanılan prinsipial qələbə bosslara çox təsir edib.

Sevilya
Avropa Liqasının mayın 22-də Dublində keçirilən son finalında “Bayer-04”ü darmadağın edən (3:0) “Atalanta”dan əvvəlki qalibi “Sevilya” idi. Amma cari əsrdə kifayət qədər titul qazanan İspaniya klubu hazırda çətin dövrünü yaşayır. Andalusiyalılar La Liqada mövsümü 38 oyuna 41 xalla 14-cü yerdə başa vurdular. Çempionatın son 4 oyununda xal qazana bilməməsi Kike Sançes Floresin başçılıq etdiyi komandanın düşdüyü vəziyyəti aydın təsvir edir.

Ümumiyyətlə, klubun İspaniya və qitə arenasındakı güclü mövqeyini əldən verməsi ilk növbədə rəhbərlik və məşqçi amili ilə izah olunur. Yaxın keçmişdə qazanılan titullarda böyük pay sahibi olan idman direktoru Ramon Rodriges (Monçi) ilə baş məşqçi Unay Emeri hazırda İngiltərədə işləyirlər. Onların birgə fəaliyyəti artıq bəhrə verib: premyer-liqada 4-cü yeri tutan “Aston Villa” tarixində ilk dəfə ÇL-də oynayacaq! Bəlkə də sevilyalılar belə tandemi hələ uzun müddət axtaracaqlar...

Ayaks
Amsterdamda da işlər mövsümün əvvəlindən pis getməyə başladı. Hələ bir müddət əvvəl direktor Mark Overmarsın klubun xanım əməkdaşlarına qarşı seksual xarakterli münasibəti “Ayaks”da idman məsələsini arxa plana atmışdı. Bu, hələ aysberqin görünən tərəfi idi. Overmarsdan sonra Edvin van der Sar da getmək qərarına gəldi. İdman direktoru səhhətindəki problem üzündən yay transfer kampaniyasında planlaşdırdığı işləri tam şəkildə yerinə yetirə bilmədi. Kapitan Duşan Tadiç rəhbərliyin bu sahədəki fəaliyyətindən narazılıq edərək “Fənərbaxça”ya yollandı. Ölkə çempionatında ortadan da aşağı nəticələr göstərən komandanın baş məşqçisi Moris Steyn istefaya göndərildi.

Onun yerinə təyinat alan Con van’t Sxip oyun planında çətinlikləri qismən aradan qaldırdı. “Ayaks” sonda erediviziyada 5-ci yeri tutdu. Bu o deməkdi ki, amsterdamlılar növbəti mövsümdə də ÇL-də görünməyəcəklər.

Beşiktaş
İstanbul nəhəngi Türkiyə kubokunu qazandı, amma superliqanı 6-cı yerdə başa vurdu. Üç il əvvəl çempion olan “Beşiktaş”ın son mövsümdəki yekun mövqeyi fanatlar üçün faciə sayılır. “Qalatasaray”ın növbəti çempionluğuna mane ola bilməyən və 2-ci yeri tutan “Fənərbaxça”nın tərəfdarları son günlər klubun prezidenti Əli Koçun portretlərini yandırırlar. İndi görün, “Beşiktaş”ın azarkeşləri nə çəkirlər...

Mövsümə Şenol Günəşlə başlayan “qartallar” çempionatı Sərdar Topraktəpə ilə başa vurdu. Mövsüm ərzində 5 (!) məşqçinin başçılığı altında oynayan komandanın yaralarına Avropa şöhrətli portuqaliyalı Fernando Santuş da məlhəm ola bilmədi. 16 dəfə çempion olan “ağ-qaralar” mövsüm boyunca idmandankənar məsələlərə görə əziyyət çəkdilər.

ÇSKA
“Hərbçilər” Rusiya çempionatını bir il əvvəl 2-ci yerdə başa vurmuş və ölkə kubokunu qazanmışdılar. Bu dəfə premyer-liqada 6-cı yeri tutdular və mövsümü titulsuz bitirdilər. Mövsümə ölkə superkuboku uğrunda oyunda “Zenit”ə məğlubiyyətlə başlayan ÇSKA-nın çempionatda keçirdiyi 30 oyundakı göstəricisi belə oldu: 12 qələbə, 12 heç-heçə və 6 məğlubiyyət.

Yerli mənbələr “hərbçilər”in nəticə planında geriləməsini böyük ölçüdə qış transfer əməliyyatlarını zəif keçirməsi ilə izah edirlər. Bu, sözsüz ki, prezident Yevgeni Ginerlə baş direktor Roman Babayevin məsuliyyətinə aid olan məsələdi.

Amma bu da var ki, komandanın ən yaxşı oyunlarına tamaşa edərkən mövsümü itirilən imkanlar kimi də dəyərləndirmək olar. Hər halda, sıralarında İqor Akinfeyev, Villian Roşa, İvan Oblyakov, Abbos Fayzullayev və Fyodor Çalov kimi yüksək səviyyəli oyunçular olan komanda daha çox qələbə qazana bilərdi. İndi ortaya çıxan ən aktual sual belə səslənir: Vladimir Fedotov baş məşqçi kimi fəaliyyətini davam etdirməlidimi?

Zaltsburq
Nəhayət, “Zaltsburq”u Avsriyada dayandıran tapıldı. Bu komanda son 11 mövsümdə Erlinq Holann, Sadio Mane, Dominik Soboslai, Kərim Adeyemi ilə ölkədə rəqib tanımayıb. Avrokuboklarda da özünü az-çox göstərə bilib. Lakin yenicə başa çatan mövsümdə çempionluq yarışında “Şturm”dan geri qaldı: qratslılar 2 xal çox toplamaqla zaltsburqluların çempionluq seriyasını qırdılar.

Maraqlıdı ki, “Red Bull” şirkətinin baş sponsoru olduğu “Zaltsburq” çempionatın birinci mərhələsini 22 oyuna 50 xalla lider kimi başa vurmuş, “Şturm” isə 46 xalla 2-ci olmuşdu. Lakin 10 turluq ikinci mərhələdə qratslılar daha çox xal toplamaqla inanılmaz seriyanın sonunu gətirdilər. Rəhbərlik hələ apreldə - mövsümün sonuna 6 tur qalmış yerli baş məşqçi Gerhard Ştruberi istefaya göndərməyi lazım bildi. Lakin onun yerini tutan almaniyalı Onur Cinel də “Şturm”un zəfər yürüşünü dayandıra bilmədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-05-2024, 12:0

“Bavariya”nı heç kim çalışdırmaq istəmir!

Dünya futbolu

8-04-2024, 12:0

Tuxelə Zidan xələf olacaq?

Dünya futbolu

16-05-2024, 13:0

Tuxel ''Bavariya''da qalası oldu?

Dünya futbolu

27-05-2024, 23:0

“Bavariya” yeni məşqçi tapdı

Dünya futbolu

28-03-2023, 20:0

“Bavariya” Naqelsmanna görə nə qədər geri düşəcək?

Dünya futbolu

18-09-2022, 12:0

''Fənərbaxça''ya lazım olmayan Berişa ''Bavariya''nın ''evini yıxdı''

Aktual
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Son xəbərlər
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Dünən, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Dünən, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Dünən, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Dünən, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Dünən, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Dünən, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Dünən, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Dünən, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Dünən, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Dünən, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Dünən, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Dünən, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • 20-04-2026, 23:0
    Çempionlar Liqasında hamını arxada qoydu
Daha çox
Oxunub: 568
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 185
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə