“Football-plus.az” xəbər verir ki, “Edmonton” “Dallas”ı məğlub etməklə seriyada hesabı bərabərləşdirdi – 2:2. “Dallas”ın baş məşqçisi Piter Deburun oyunsonrası fikirləri:
“Bu seriyada qələbə asan və gözəl olmayacaq. Komandalar oyunun və seriyanın gedişində təşəbbüsü ələ keçirəcək, axı mübarizəni liqanın cəmi dörd ən yaxşı komandası davam etdirir. Qələbə üçün 7 oyun keçirmək lazım gələcəksə, elə də olacaq”.
“Edmonton”un qollarından birini vuran Leon Drayzayt karyerası boyunca pley-offdakı məhsuldar hərəkətlərinin sayını 103-ə çatdırdı. Almaniyalı hücumçu Pol Koffiyə çatmaqla Stenli kuboku uğrunda oyunlarda xal sayına görə “Edmonton” tarixində ilk “5-liy”ə düşdü.
Dünən isə Şərqin final seriyasında “Florida” önə keçdi. Bu komandanın qapısını qoruyan Sergey Bobrovski rusiyalı qapıçılar arasında pley-offda qələbə sayına görə 3-cü yerə çıxdı. 40 oyunda qələbə qazanan Bobrovski yalnız Yevgeni Nabokovla (42) Andrey Vasilyevskidən (66) geri qalır.
30 may
Edmonton – Dallas 5:2 (2:2, 2:0, 1:0)
Seriyada hesab – 2:2.
31 may
Reyncers – Florida 2:3 (0:0, 1:1, 1:2)
Seriyada hesab – 2:3.





