• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Oyunçular meydana mübarizə aparmaq yox, gəzmək üçün çıxırdı” - Yunis Hüseynov “Neftçi” haqda

Ölkə futbolu / Manşet

3-06-2024, 13:0

“Neftçi”nin avrokuboklara vəsiqə qazana bilməməsi bir çox futbol adamı üçün gözlənilməz olub. Xüsusən də vaxtilə illərini “ağ-qaralar”ın uğurları üçün sərf edənləri təəccübləndirib. Belələrindən biri də Yunis Hüseynovdu.

Təcrübəli mütəxəssis vaxtilə avrokuboklara namizədlərini açıqlayarkən “Neftçi” ilə “Zirə”nin adını əminliklə çəkmişdi. Qəsəbə təmsilçisi bu mənada onu haqlı çıxarsa da, sabiq komandası yanıltdı. Bu üzdən yenidən Yunis bəylə əlaqə saxlamağı lazım bildik:

“Avropada çıxış edəcək hər bir komandamıza uğurlar arzulayıram. Onlar ölkə çempionatında özlərini yaxşı tərəfdən göstərdi. Arzumuz odu ki, Avropada da uğurla çıxış edib, Azərbaycanın adını layiqincə təmsil etsinlər. “Qarabağ”dan isə gözləntim daha yüksəkdi. İnşallah, ən azı Çempionlar Liqasının qrupuna düşməyi bacaracaqlar. Qalan komandalarımıza gəlincə, fikrimcə, onların taleyi püşkatmadan sonra bəlli olacaq. Çünki qarşılaşacaqları rəqiblər kimliyi burda böyük əhəmiyyət daşıyır. Bu üzdən indidən “Zirə”, “Sabah” və “Sumqayıt”ın Avropadakı gələcək perspektivi haqda söz söyləməkdə çətinlik çəkirəm. Ümid edirəm ki, püşkatmadan sonra da təmsilçilərimizə münasib rəqiblər düşər, onlar da özlərini müsbət tərəfdən göstərərlər. O ki qaldı mənim proqnozuma, doğrudu, əvvəlcədən demişdim ki, “Neftçi” 100 faiz avrokuboklara vəsiqə qazanacaq. Əfsuslar olsun ki, komanda fiaskoya uğradı və 5-ci pilləni tutdu. Doğrusu, belə nəticəyə görə həddən artıq məyus oldum. Bilindiyi kimi, “Neftçi” bir flaqmandı, köklü komandadı. Düşünürəm ki, orda oynayan futbolçulardan tutmuş baş məşqçiyə kimi hər kəs məsuliyyətini dərk etməliydi. Çünki onlar Azərbaycanın ən köklü futbol komandasında işləyirdilər. Hesab edirəm ki, onlar bunu dərk etmədilər və hər dəfə meydana çıxanda baş məşqçidən tutmuş futbolçuya qədər heç kim can qoymadı. Təbii ki, bəzi futbolçular burda istisnadı. Amma əksəriyyəti sanki meydana mübarizə aparmaq yox, gəzmək üçün çıxırdı. Bu üzdən də komanda mövsümü 5-ci sırada bitirdi. Ondan əlavə də mövsüm ərzində də “Neftçi” kimi komandada iki baş məşqçi dəyişikliyi oldu. Adrian Mutuyla başladılar, sonra da Miodraq Bojoviçlə davam etdilər. Bu dəyişikiliklər də öz növbəsində komandaya pis təsir etdi. Heç bir çalışdırıcının nəticəsi olmadı. Mutu yaxşı futbolçu karyerasına malik olsa da, məşqçi kimi bunu bacarmadı. Bojoviç isə məşqçi kimi 18 il ərzində 21 komanda dəyişmişdi. Yəni o da nəticəsi olmayan bir məşqçi idi. Belə səbəblər üzündən komanda 5-ci yeri tutaraq, fiaskoya uğradı. Əlbəttə, üzücü durumdu. Bundan başqa, komandaya cəlb olunan futbolçu seçimlərində ciddi səhvlər olduğunu düşünürəm. Bəlkə də belə səhvlər olmasaydı, komanda çempionluq uğrunda mübarizə aparardı. Buna baxmayaraq, hesab edirəm ki, “Neftçi”ni düzəltmək mümkündü. Bilindiyi kimi, klub rəhbərliyi komanda üçün lazım olan bütün tələbləri yerinə yetirmişdi. Tələblərdən biri də belə idi ki, baş məşqçi hansısa futbolçunu heyətə cəlb etməkdə maraqlıdırsa, rəhbərlik də bu istiqamətdə ona kömək göstərsin. Çox təəssüf ki, nə baş məşqçi seçimləri, nə də onların komandaya cəlb etdiyi futbolçular uğurlu oldu. Komandaya gələcəkdə uğurlar arzulayıram. Əlbəttə, könlümdən keçən həmişə bu olub ki, “Neftçi” çempionluq üçün mübarizə aparsın və çempion olsun. İnşallah, növbəti mövsümdən “ağ-qaralar” düzələcək, çempionluq üçün yarışacaq və çempion da olacaq. İnamımız nə qədər yüksək olsa da, bunun reallaşıb-reallaşmayacağını zaman göstərəcək. Həmçinin bundan sonra baş məşqçi postuna kimi təyin edəcəkləriylə bağlı da məlumatımız yoxdu. Son günlərdə oxudum ki, komandaya yeni futbolçu cəlb ediblər. Bunun düzgün addım olmadığını düşünürəm. Komandada baş məşqçi olmaya-olmaya, belə addım atmaq yanlışdı. Hesab edirəm ki, heyətə cəlb edilməsi lazım olan futbolçuları yeni baş məşqçi seçməlidi. Belə hallar da öz növbəsində komandaya təsir edir və gələcək çıxışında büruzə verir”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

3-08-2023, 17:0

Yunis Hüseynov “Jelezniçar”ın “Axilles dabanı”nı açıqladı

Premyer-liqa / Manşet

16-06-2022, 14:0

Yunis Hüseynov klublarımızın bəxtinin gətirmədiyini düşünür - AÇIQLAMA

Premyer-liqa / Manşet

8-04-2023, 19:0

Yunis Hüseynov "Zirə"nin problemini açıqladı

Aktual / Ölkə futbolu

27-06-2023, 15:0

Yunis Hüseynov "Qəbələ"ni dəyərləndirdi

Premyer-liqa

28-02-2023, 16:0

Yunis Hüseynovun könlündən keçən – AÇIQLAMA

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 722
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 178
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə