• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yunis Hüseynov klublarımızın bəxtinin gətirmədiyini düşünür - AÇIQLAMA

Premyer-liqa / Manşet

16-06-2022, 14:0

Ölkəmizi Çempionlar Liqası ilə Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqiblərinin adlarına aydınlıq gəldi. "Qarabağ" Polşa çempionu "Lex", "Neftçi" Kiprin "Aris", "Qəbələ" Macarıstan "Fehervar", "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

"Football-plus.az" saytı olaraq təmsilçilərimizin şanslarını dəyərləndirməsi üçün Yunis Hüseynovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis "Zirə"nin işinin çətin olacağını dilə gətirdi:

"Məsələyə reallıq prizmasından baxsaq, püşk atmada bəxtimiz gətirmədi. Hər 4 klubumuza çətin rəqiblər düşüb. Əvvəla "Lex"dən başlayaq. Son illərdə həm Polşa klubları, həm də futbolçuları xeyli inkişaf edib. Onlarla oyunlarımız həmişə ağır keçib. İnanıram ki, "Qarabağ" həm heyəti, həm də beynəlxalq təcrübəsi sayəsində "Lex"i üstələyəcək.

"Neftçi"in qarşılaşacağı "Aris" digər klublarımızın rəqibləriylə müqayisədə daha münasib komandadı. Amma "ağ-qaralar"ın sükanı arxasında hansı baş məşqçinin olacağına aydınlıq gəlməyib. Bu, komanda üçün ayrıca problem yarada bilər. Çünki, yeni məşqçi ilə futbolçular arasında koordinasiyanın qurulması, onun oyun fəlsəfəsinə uyğunlaşma vaxt aparan prossesdi. Ölkənin köklü klubu baş məşqçi məsələsini tezliklə həll etsə yaxşıdı.

"Qəbələ"nin vəziyyəti malliyə və heyət sarıdan ürəkaçan deyil. Bununla belə, komanda 2 dəfə Avropa Liqasının qrupunda oynayıb. Bunun özü futbolçulara meydanda döyüşmək üçün motivasiya olmalıdı. "Qırmızı-qaralar"ın heyətində avrokubok təcrübəsi olan oyunçular var. "Qəbələ" yaxşı mənada hamını təəccübləndirən komandadı. Onlar yola saldığımız mövsümdə yaradıcı oyunları ilə Konfrans Liqasına vəsiqə qazanıbsa, deməli həmin turnirdə də uğur qazana bilər.

"Zirə"yə ən çətin rəqib düşüb desək, yanılmarıq. "Makkabi" (Təl-Əviv) Çempionlar Liqası və Avropa Liqasının qrupunda dəfələrlə oynamış komandadı. İsrail təmsilçisi ölkəmizin flaqmanı olan "Qarabağ"ı da üstələməyi bacarıb. Düşünürəm ki, rəqibin adı-sanı "Zirə" futbolçularını qorxutmayacaq. Rəşad Sadıqov güclü rəqiblərə qarşı oynamağı sevən və nəticə göstərən baş məşqçidi.

Hər 4 klubumuza avro kuboklarda uğurlar arzu edirəm".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-05-2022, 22:0

Klublarımızın avrokubok oyunları üçün stadion seçimi - SİYAHI

Dünya futbolu

8-06-2022, 22:0

Üç klub püşkatmaya qatılacaq nümayəndəni müəyyənləşdirib

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 178
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə