“Şamaxı”da ilk ayrılıq

30.05.2024 18:00 186
Ölkə futbolu / Premyer-liqa
Növbəti mövsümdən Misli premyer-liqasında mübarizə aparacaq "Şamaxı" qapıçısı Əkpər Vəliyevlə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, 22 yaşlı qolkiperlə başa çatan müqavilə yenilənməyib. Klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "Şamaxı" bu mövsüm Azərbaycan 1-ci liqasının qalibi olub və 2024/25 mövsümündə elitada iştirak etmək hüququ qazanıb.