• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” Xavinin son oyununda qələbə qazandı, “Real” Kroosu 0-larla yola saldı

Dünya futbolu

29-05-2024, 21:0

La Liqada mövsümə iki darmadağınla yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, əlbəttə, autsayderlər zərər gördü. Ancaq “Jirona”nın “Qranada”nı darmadağın etməsi heç bir xüsusi emosiya doğurmadısa (axı kataloniyalılar Dovbikin bombardir olması üçün çalışırdılar...), “Kadis”in Almeriyadakı 1:6 hesablı darmadağını təəccüb doğurdu. Özü də “Almeriya” bütün qolları fasilədən sonra vurdu. Görəsən, bu komanda əvvəl niyə belə oynamırdı?!

Kroosu yola salan “Real” maksimal dərəcədə təvazökar davrandı, “Betis”in qapısına yol tapa bilməsə də, özü də qol buraxmadı. Almaniyalı əfsanə ilə vidalaşma mərasimi çox emosional alındı. Kroos azarkeşlərin və övladlarının reaksiyasına biganə qala bilmədi, göz yaşı axıtdı. “Barselona” isə Sevilyanın 2-ci komandasının hisslərinə hörmət etmədi, Xavinin baş məşqçi postundakı son oyununda qalib gəldi. Bu oyunda üç nəticənin hər biri, hətta 4:4 hesabı da qeydə alına bilərdi. Amma yox, “Sevilya” 1:2 hesabıyla uduzdu. Bu, Serxio Ramosla yanaşı, baş məşqçi Kike Flores üçün də “Sevilya”da son oyun idi.

“Atletik” səfərdə “Rayo Valyekano” üzərində “quru” qələbə qazandı, hərçənd 2-3 top buraxmalıydı. “Real Sosyedad” “Atletiko” ilə ev oyununda çox zəif təsir bağışladı və bunun da məntiqi nəticəsi kimi qapısında iki qol gördü. “Osasuna” – “Vilyarreal” oyununun əsas hadisəsi heç-heçə yox, qonaqların ulduzu Sörlotun debütdəcə ciddi zədə almasıdı. Məhz bu zədə norveçlini mövsümün bombardiri adı uğrunda mübarizə aparmaq imkanından məhrum etdi.

Turun qalan oyunlarına gəlincə, “Selta” ilə “Valensiya”, həmçinin “Las-Palmas”la “Alaves” heç-heçəyə razılaşdı. “Malyorka” səfərdə “Xetafe”yə qalib gəldi.

38-ci tur
Real – Betis 0:0
(73614)
Real: Kurtua (Kepa, 63), Mendi, Naço (Militao, 64), Rüdiger, Karvaxal (Vaskes, 74), Kroos (Sebalyos, 87), Kamavinqa (Modriç, 74), Valverde, Bellingem, Vinisius, Rodriqo.
Sevilya – Barselona 1:2
Ən-Nəsiri, 31 – Levandovski, 15. Lopes, 59. (34888)
Barselona: Ter Ştegen, Kanselo (Fort, 84), Martines, Kubarsi, Kunde, Gündoğan, Kristensen (Romeo, 46), Pedri, Lopes (Roke, 75), Yamal (Feliş, 62), Levandovski (Torres, 62).
Jirona – Qranada 7:0
E.Qarsiya, 30. Sıqankov, 33; 54. Dovbik, 44-p.; 75; 90-p. Stuani, 78. (12813)
Jirona: Qassaniqa, Qutyerres (Martines, 65), Blind, Lopes (Kouto, 50), E.Qarsiya, A.Qarsiya, Errera (Torre, 50), Portu (Savio, 51), Martin, Sıqankov (Stuani, 56), Dovbik.
Real Sosyedad – Atletiko 0:2
Lino, 9. Mandava, 90+3. (30678)
Atletiko: Oblak, Lyorente, Vitsel, Ximenes, Aspilikueta (Mandava, 84), Lino (Ermoso, 70), Vermeren (Rikelme, 58), Koke, De Paul (Saul, 70), Qrizmann, Korrea (Morata, 70).
Almeriya – Kadis 6:1
Melero, 48. Arribas, 52; 86. Saldua, 57-öz qapısına. Suares, 65; 71. (7558)
Las-Palmas – Alaves 1:1
Kardona, 71 – Visente, 50. (23043)
Osasuna – Vilyarreal 1:1
Budimir, 30 – Morales, 57. (18385)
Rayo Valyekano – Atletik 0:1
N.Uilyams, 67. (13090)
Selta – Valensiya 2:2
Aspas, 49-p. Duvikas, 62 – Dominges, 5-öz qapısına. Mari, 60-p. (21878)
Xetafe – Malyorka 1:2
Alvares, 48 – Muriqi, 90. Maffeo, 90+3. (9545)
Yekun cədvəl
1. Real 38 29 8 1 87-26 95
2. Barselona 38 26 7 5 79-44 85
3. Jirona 38 25 6 7 85-46 81
4. Atletiko 38 24 4 10 70-43 76
5. Atletik 38 19 11 8 61-37 68
6. Real Sosyedad 38 16 12 10 51-39 60
7. Betis 38 14 15 9 48-45 57
8. Vilyarreal 38 14 11 13 65-65 53
9. Valensiya 38 13 10 15 40-45 49
10. Alaves 38 12 10 16 36-46 46
11. Osasuna 38 12 9 17 45-56 45
12. Xetafe 38 10 13 15 42-54 43
13. Selta 38 10 11 17 46-57 41
14. Sevilya 38 10 11 17 48-54 41
15. Malyorka 38 8 16 14 33-44 40
16. Las-Palmas 38 10 10 18 33-47 40
17. Rayo Valyekano 38 8 14 16 29-48 38
18. Kadis 38 6 15 17 26-55 33
19. Almeriya 38 3 12 23 43-75 21
20. Qranada 38 4 9 25 38-79 21
Bombardirlər: Dovbik (Jirona) – 24, Sörlot (Vilyarreal) - 23, Bellingem (Real), Levandovski (Barselona) - 19, Budimir (Osasuna) - 17, Qrizmann (Atletiko), Ən-Nəsiri (Sevilya) – 16.

Turun rəqəmi
1 – “Real” La Liqanın cari mövsümündə yalnız bir oyunda uduzdu. Madrid nəhəngini məğlub edən yeganə komanda “Atletiko”du (24 sentyabr). “Real” qalan oyunların 29-da qələbə qazandı, 8-də heç-heçə etdi. Bu komanda əvvəllər 38 turluq çempionatlarndan yalnız 1988/89 mövsümünü bir məğlubiyyətlə bitirib. “Real” 1968/69 mövsümündə də yalnız bir oyunda məğlub olub, sadəcə, onda cəmi 30 tur keçirilib. Ümumiyyətlə, “ağ şimşəklər” cari mövsümdə yalnız iki oyunda uduzub. 2-ci məğlubiyyət ölkə kubokunun 1/8 finalına təsadüf edib (“Atletiko”, 18 yanvar). “Real” yalnız 1931/32 mövsümünü məğlubiyyətsiz bitirib. Düzdü, onda çempionat yalnız 18 turdan ibarət olub.

Turun ulduzu
Viktor Sıqankov (Jirona) – Dovbik ikisi penaltidən olmaqla üç qol vursa da, onun həmvətəninə və komanda yoldaşına üstünlük verdik. “Jirona”nın sağ vingeri “Qranada” ilə oyunda dubl və məhsuldar ötürmə ilə yadda qaldı.

Turun sitatı
Toni Kroos, “Real”ın yarımmüdafiəçisi:

“İndi nəsə demək asan deyil. Mən “Real”ın bütün azarkeşlərinə, kluba, komanda yoldaşlarıma yalnız “sağ ol” deyə bilərəm. 10 unudulmaz il... “Real” xüsusi komanda, böyük kollektivdi. Emosional cəhətdən güclü olsam da, uşaqlarımın reaksiyası məni məhv etdi. Təqaüdə yollanmağın ən yaxşı yolu Çempionlar Liqasını qazanmaqdı”.


Faktlar
* Dovbik 24 qol vurmaqla La Liqanın cari mövsümünün bombardiri oldu. Sörlot ondan yalnız bir top geri qaldı. Dovbik Şevçenkoya məxsus olan, ukraynalı futbolçular üçün “böyük beşlik” ölkələrində qol sayına görə rekordu təkrarladı. Andrey “Milan”ın heyətində A seriyasında üç dəfə 24 qol vurub. Dovbik həmçinin Kristian Stuaninin La Liqadakı rekordunu yenilədi. Ukraynalı “Jirona”nın tarixində La Liqanın bir mövsümündə 24 qol vura bilən ilk futbolçudu. Əvvəlki rekordu (21) Stuani 2017/18 mövsümündə müəyyənləşdirmişdi. Onu da qeyd etməyə dəyər ki, Kataloniya klubu La Liqada ümumilikdə cəmi 4 mövsüm oynayıb.
* “Real” məğlubiyyətsiz oyunlar seriyasını 25-ə çatdırdı. Madridlilər sonuncu dəfə yanvarın 18-də ölkə kubokunun oyununda “Atletiko”ya uduzub (2:4). Komanda həmin vaxtdan bəri 17 qələbə (ÇL-də “Mançester Siti” ilə oyundakı penalti seriyası da nəzərə alınmaqla) qazanıb, 8 dəfə heç-heçə edib. “Real” mövsümdəki son oyununun iyunun 1-də Dortmund “Borussiya”sına qarşı keçirəcək.
* La Liqanın bu mövsümünün ən yaxşı assistenti “Vilyarreal”ın yarımmüdafiəçisi Aleks Baena oldu – 14 məhsuldar ötürmə. Niko Uilyamsın (Atletik) hesabında 11, Moreyranın (Jirona) hesabında isə 10 ötürmə var.
* “Sevilya” ilə oyun bütün turnirlər çərçivəsində Xavinin “Barselona”nın “sükanı arxasında” olduğu 143-cü qarşılaşma idi. O, bu göstəricidə Elenio Erreraya çatdı və ilk “10-luğ”a düşdü. 9 məşqçi Kataloniya nəhəngini daha çox oyuna çıxatıb. Bunlar Ernesto Valverde (145), Ferdinand Dauçik (151), Terri Veneybls (169), Luis Enrike (181), Lui van Qal (200), Pep Qvardiola (247), Rinus Mihels (267), Frank Raykaard (273) və Yoham Kroyffdu (421). Xavi 143 oyunun 90-da qalib gəlib, 29-da uduzub, 24 oyun heç-heçə bitib.
* Xavinin baş məşqçi təyin olunduğu 2021-ci il noyabrın 6-dan bəri “Barselona” İspaniya çempionatında keçirdiyi 102 oyunda 229 xal toplayıb (71 qələbə, 16 heç-heçə, 15 məğlubiyyət). “Real” isə bu müddətdə Karlo Ançelottinin rəhbərliyi altında 232 xal (71 qələbə, 19 heç-heçə, 12 məğlubiyyət) toplayıb. Madridlilər iki, kataloniyalılar bir dəfə çempion olub.

Reaksiya
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:
“Biz işimizi davam etdirmək istəyirdik. Düşünürdük ki, missiyamız başa çatmayıb. Təzadlı hisslər keçirirəm, ona görə ki, nəticənin yaxşı olduğunu hesab edirəm. Düşünürəm ki, düzgün yoldaydıq, ancaq futbolda belə hallar olur. Qərarı direktorlar verir. Çətin vəziyyətdə iki titul qazandıq. Mən “Barselona”ya yalnız hər şeyin ən yaxşısını arzulayıram. Futbolçuların reaksiyasına görə tüklərim biz-biz oldu. Mənim etdiklərim az qala zəlzələ doğurdu, hədəf oldum və sakit çalışa bilmədim. Bir ay əvvəl sabitlik xahiş etmişdim, işləmək istəyirdik. İndi isə yalnız bu qərarla barışmaq qalır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 19:0

“Real” darmadağın edir, “Barselona” isə xal itirir – TURUN ŞƏRHİ

Dünya futbolu

10-01-2024, 19:0

“Jirona” “Atletiko”nu da cəzalandırdı

Dünya futbolu

3-04-2024, 20:0

“Real” asan, “Barsa” və “Jirona” çətin qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

22-02-2023, 16:0

“Barselona” “Deportivo”nun rekordunu yenilədi

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 92
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə