• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Təbii ki, hər insan səhv edir, bizim də yanlışlarımız var" - Ehtiram Quliyev niyə belə dedi?

Ölkə futbolu / Manşet

29-05-2024, 12:0

“Turan Tovuz” son turda “Kəpəz”i məğlub etdi.

Matçdan sonra mövsümü 5-ci pillədə bitirən “bozqurd”un İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavabladı. O, geridə qalan mövsümü dəyərləndirməklə yanaşı, növbəti “futbol ili” üçün planları açıqladı.

– Ehtiram bəy, mövsümü necə xarakterizə etmək olar?
– “Turan Tovuz” camiəsi üçün yaxşı təcrübə oldu. Çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən çempionat izlədik. Növbəti “futbol ili”ndə daha güclü və rəqabətli çempionatın olmasını arzulayıram. Gələn il bizi bundan daha maraqlı premyer-liqa gözləyir.

– Bu dəfə avrokuboklar uğrunda mübarizəni son turlara qədər davam etdirə bildiz. Növbəti mövsüm üçün planlar necədi?
– Düzdü, müəyyən çatışmazlıqlar fonunda avrokuboklara yollanmaq niyyətinə düşmək çətindi. Lakin ən azı vəsiqə qazanmalıyıq. Bəlli yola çıxmışıq. İnfrastrukturu qurub, inkişaf etdirə-etdirə artıq daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Qısası, gələn il hədəf artıq avrokuboklar olacaq.

– İnfrastruktur demişkən, bu yöndə vəziyyət nə yerdədi?
– Hələ ki layihələndirmə işləri aparılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq stadion ərazisindəki işıq dirəkləri və akademiya binasıyla bağlı bütün prosedurları axır ki yerinə yetirə bildik. Başqa məsələlərin həlli üçün isə vaxt lazımdı. Ot örtüyünün dəyişdirilməsiyə bağlı AFFA-ya yenidən müraciət etmişik. Çünki bu, təkbaşına görə biləcəyimiz iş deyil. Qurumla danışıqlar gedir. Başa düşürük ki, hər şeyi AFFA-nın boynuna atmaq, onlardan nəsə gözləmək doğru deyil. Onlar da məhdud büdcəyə sahibdi. Amma bu yöndə xahişimizi qarşı tərəfə çatdırmışıq. Tək öz klumuzu düşünmürük. Artıq ölkə futbolu təbii ot örtüklü meydançalarda oynanılmalıdı.

– Daha yaxşı büdcəyə sahib olan klublar bu mövsüm avrokuboklara vəsiqə qazana bilmədi. Siz bunu bacara biləcəyinə nə dərəcədə inanırsız? Və belə tələb ciddi təzyiqə səbəb ola bilər...
– Bu futboldu, təzyiqlə böyüməli və o həyəcanı yaşamalısan. Komanda olaraq, belə sınaqlara hazır olmalıyıq. Həm rəhbərlik, həm komandalar, həm də azarkeşlər təzyiqə dözümlü olmalıdı. Bu mənada müəyyən təcrübə toplaya bilmişik. İstəyirik ki, təzyiq və stressin ölçüsü daha çox olsun. Belə hallar inkişafı sürətləndirən amillərdəndi. Əlbəttə, danışdıqlarım, sadəcə, istəkdi. Hər dediyimiz alınmır. Amma ən azı buna cəhd etməliyik.

– Belədə düşünmək olar ki, kluba ayrılan büdcə artırılacaq. Təxminən nə qədər məbləğ nəzərdə tutulub?
– Bəli, maliyyə baxımından dəyişiklik olacaq. Lakin elə də ciddi artımdan söhbət getmir. İnfrastruktura yatırım edib, komandaya etməsək və ya əksini etsək, premyer-liqanı tərk edə bilərik. Nəticədə başqa məsələlər əhəmiyyətsiz olur. Əksi də bir işə yaramaz. Odu ki, planları paralel şəkildə həyata keçirməliyik. Bunun üçün bizə 3-5 il vaxt lazımdı.

– Ehtiram bəy, AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra Qurban Qurbanov 1-ci liqa klublarının infrastrukturunu yaxşılaşdırmaq üçün maliyyə ayrılacağını dedi. Lakin premyer-liqa klubları bu yöndə iş görmək üçün dəstək istəyəndə müsbət cavab verilmir. Sizcə, bunun səbəbi nədi?
– Maliyyə! 1-ci liqa klublarına da ciddi məbləğ ayrılmır. Halbuki ölkə futbolunun inkişafı üçün daha çox maliyyə lazımdı. Şəxsi vəsait deyil ki, hesablansın və həmin an pul verilsin. Reallıq fərqlidi. Yoxsa bu gün şiddətlə narazılıq edərəm ki, futbola diqqət yetirilmir. Axı inkişafı hamı istəyir... Bu üzdən biz də fikrimizi dəyişdik. Əvvəl ot örtüyünün dəyişdirilməsi üçün lazım olan vəsaitin yarısını AFFA-dan istəmişdik. Bu dəfə “nə verərsiz, verərsiz...” dedik. Artıq bu mərhələyə gəlmişik. Vaxtımız məhduddu. Yaxın günlərdə bu məsələylə bağlı qərar verilməlidi. Geciksək, növbəti mövsümdə yenidən süni ot örtüyündə oynamalı olacağıq.

– Mediada belə xəbər yayılmışdı ki, Klublar Komitəsinin sonuncu iclasında əvəzedicilər liqasının ləğvini təklif etmisiz. Bu xəbər nə dərəcədə doğrudu?
– Həmin iclasda hansısa təklifdən bəhs edilmədi. Sadəcə, hər kəs öz fikrini dedi. Şəxsən mən belə düşünürəm ki, bu liqa ləğv olunsa, yaxşıdı. Çünki aşağı liqalarda futbolçu çatışmazlığı var. Biz oyunçularımızı çox sevirik - bu, öz yerində. Lakin onlar gedib 1-ci və 2-ci liqa klublarında “parlaya” bilər. Bundan sonra premyer-liqa klublarının diqqətini cəlb etmək daha asan olacaq. Hər kəs öz işini biləcək. Məncə, futbolçu aşağı liqada çıxış etməyə layiq deyilsə, “Turan Tovuz”un əvəzedici heyətində oynamağa da layiq deyil! Klublarda boşuna yer tutmaqdansa, daha faydalı işlərlə məşğul ola bilərlər. Bu, şəxsi fikrimdi. Təbii ki, razılaşmayanlar da var. Hətta bizim akademiyanın məşqçiləri və baş məşqçimiz bu fikri bölüşmür. Lakin yanaşmam budu. Həm vaxt, həm də maliyyə boşuna xərclənir. Futbolçu əvəzedici heyətdə oturub nə vaxt əsas heyətdə şans qazanacağını düşünür. Digər tərəfdən, legioner limiti artırılır. Bu o deməkdi ki, həmin oyunçuların işi daha da çətinləşəcək. Şansları azalır. Qısası, onları aldadırıq...

– Ayxan Abbasovun son iki mövsümdəki fəaliyyətini necə dəyərləndirirsiz?
– Baş məşqçimiz qarşısına qoyulan məqsədlərə çatdı. Təbii ki, hər insan səhv edir. Bizim də yanlışlarımız var. Ümumən müsbət qiymətləndirirəm. Yaxın günlərdə onunla birlikdə növbəti “futbol ili”nin planlarını müzakirə edib strategiyamızı müəyyənləşdirəcəyik. Hədəflərə uyğun tapşırıqlar olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Avropa Liqası

7-10-2023, 16:0

“Turan Tovuz”un idarə heyətinin sədri də “Qarabağ”ı dəstəklədi

Ölkə futbolu

7-07-2023, 11:0

"Turan Tovuz" Ehtiram Şahverdiyevi yola saldı

Premyer-liqa

8-07-2023, 19:0

"Turan Tovuz"da rəhbər dəyişikliyi

Ölkə futbolu / Manşet

26-10-2023, 18:0

“Təəssüf ki, hazırda süni örtüyün təbii ot örtüyü ilə dəyişdirilməsi nəzərdə tutulmayıb” – AFFA-dan “Turan Tovuz”a cavab

Ölkə futbolu

24-05-2023, 17:0

"Turan Tovuz"un sponsoru iş adamlarına müraciət etdi

Maraqlı

28-07-2023, 16:0

“Turan-Tovuz” Milli Məclisin deputatını təbrik etdi

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:16
    Yenə Unay Emeri?.. - YENİLƏNİR
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 206
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə