• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tovuz mövsümdə üçüncü dəfə Gəncədən üstün oldu - REPORTAJ

Ölkə futbolu / Reportaj

29-05-2024, 11:0

Cari mövsümdə üç Qərb derbisinə şahidlik etmişdik.

Bunların ikisində "Turan Tovuz", birində "Kəpəz" qələbəyə sevinmişdi. İndi meydan sahibləri üstünlüyünü möhkəmləndirmək, qonaqlar bərabərliyə nail olmaq istəyirdi. Həmçinin “Səbail” bir gün əvvəl uduzduğundan tovuzluların nəticədən asılı olmayaraq, 6-cı pilləni itirməyəcəyi atdın idi. “Kəpəz” isə 8-ci yerdə qalmaq üçün xala ehtiyac duyurdu. Heyətində ciddi itkilər olan gəncəlilərin bunu bacarması çətin məsələ idi. Tovuzlu azarkeşlərin təzyiqi də öz yerində.

Belə ab-havada start götürən oyunun ilk dəqiqələri "bozqurd"un üstünlüyü ilə müşayiət olundu. Hesabı açmağa tələsən meydan sahibləri bəxtini Hakmanla sınadı. Ehtiram topu sinəsiylə ram edərək təhlükəli zonadan uzaqlaşdırdı. O başqa məsələ ki, epizod qolla tamamlansa belə, qayda pozuntusu qeydə alınacaqdı. 17-ci dəqiqədə Nemət cərimə meydançası daixilində İsmayılın ayağını tapdaladığından matçda fasilə yarandı. Zədələnən futbolçuya tibbi müdaxilə anında ədalət təmsilçisi VAR-a baxmağa dəvət edildi. Əhmədov epizodu incələdikdən sonra penalti qərarı verməklə yanaşı, Nemətə "sarı" göstərdi. "Sarı-göylər"i cəzalandırmaq Paçuya həvalə edildi ki, İqor zərbənin istiqamətini düzgün təyin edərək tovuzlu azarkeşlərinin sevincini gözündə qoydu. Bundan sonra "bozqurd"da ruh düşkünlüyü hiss olunmağa başladı. "Sarı-göylər" bu ərəfədə hesabı açmaq üçün fürsət əldə edə bilərdi. Lakin hücum cəhdlərini reallaşdırmağa çalışan Camal ön xətdə tək qaldığından uğursuzluğa düçar olurdu. Xüsusilə Niane sanki ona kömək etmək niyyətində deyildi. Malili yorğun və ləng görünürdü. Belədə meydan sahiblərinin üstünlüyü şəraitində keçən ilk yarıda hesab açılmadı. "Kəpəz" isə bir neçə aparıcı oyunçunun yoxluğu və kasad ehtiyat oyunçular skamyası fonunda müdafiə olunmaqla kifayətləndi.

İkinci hissə Rodrigesin növbəti çətin sınağın öhdəsindən gəlməsiylə başladı. Portuqaliyalı Serranonun uzaqdan qüvvətli zərbəsini zərərsizləşdirdi. Bir qədər sonra Hakman hesabı açmağa yaxın oldu. Toqolu müdafiəçinin başla zərbəsi tirə dəydi. “Kəpəz”in yorğunluğu fonunda daha üstün çıxış edən “bozqurd” daha bir neçə təhlükəli vəziyyətlə yadda qaldı. Birincidə Ayxan istəyinə çatmadısa, sonradan Otto komandasını sevindirdi. Nigeriyalı Aleksin cərimə meydançası daxilinə ötürməsini başla qapıya yönəltdi ki, İqor zərbə qarşısında aciz oldu. Belədə “sarı-göylər”in hesabı bərabərləşdirmək üçün daha istəkli çıxış edəcəyini düşünmək olardı. Lakin sona qədər cəmi bir qol vəziyyəti yarada bildilər. Cavadın həmin fürsəti dəyərləndirə bilməməsini ədalət təmsilçisinin final fiti müşayiət etdi. Nəticədə “Turan Tovuz” cari mövsümdə üçüncü dəfə derbinin qalibi oldu. “Kəpəz” isə bu məğlubiyyətlə “Araz-Naxçıvan” – “Qarabağ” matçından sonra (2:2) 9-cu pilləyə enəcəyindən xəbərsiz idi...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

29-08-2023, 14:0

“Səbail” Tovuzu kədərə qərq etdi - REPORTAJ

Premyer-liqa

19-05-2024, 23:0

“Bozqurd” çempiona “diş göstərdi”, amma xal “qopara” bilmədi - REPORTAJ

Premyer-liqa

15-02-2024, 23:0

“Turan Tovuz” “Qəbələ”nin “Kəpəz”ə yaxınlaşmasına imkan vermədi

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Premyer-liqa

19-06-2023, 12:0

“Qarabağ”la “Sabah”dan üstünlük

Premyer-liqa / Reportaj

14-05-2024, 18:0

Ninqa “Sumqayıt”ı Avropaya bir addım da yaxınlaşdırdı - REPORTAJ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 325
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə