• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bozqurd” çempiona “diş göstərdi”, amma xal “qopara” bilmədi - REPORTAJ

Premyer-liqa

19-05-2024, 23:0

Turun açılış matçı “Qarabağ” üçün nəticə baxımından prinsipial xarakter daşımırdı.

Lakin qonaqlar 6-cı pillədəki yerini möhkəmləndirmək məqsədilə xal əldə etməyə gəlmişdi. "Turan Tovuz" həm də tarixində ilk dəfə "Qarabağ" səfərində qələbə qazanmaq istəyirdi. "Bozqurd" matçın ilk dəqiqələrində xüsusi fəallıqla seçildi. Amin hələ əlcəklərini yeni taxmışdı ki, Serranonun yumşaq zərbəsini dəf etməli oldu. "Turan Tovuz"un növbəti hücumu özünü çox gözlətmədi. Bu dəfə də əsas yük Serranonun çiyinləri üzərinə düşdü. İkinci dəfə bəxtini sınayan ispanıyalı Marandiçinin ötürməsini başla "çərçivə"yə yönəltdi. Lakin Amin  yenə qonaqların sevinməsinə imkan vermədi. 6-cı dəqiqədə Benzya Zubirin ötürməsi sayəsində hesabı erkən aça bilərdi. Onun qapı istiqamətində zərbəsi həm yavaş, həm də qeyri-dəqiq oldu. "Qarabağ" rəqibinə göz açmağa imkan vermədən təhlükə yarada bildi. Benzyanın cərimə meydançasına ötürməsinə Nəriman özünü çatdırdı. Topa başla zərbə endirən gənc hücumçu "çərçivə"ni düz nişan almadığından komandasını üzdü. "Köhlən atlar"ın qaçırdığı fürsətlər 15-ci dəqiqədə az qala onlara baha başa gələcəkdi. Çünki Serranonun uzaqdan ötürməsindən sonra hücumun sivri ucunda gözləyən Souza sürətlə irəli atıldı. Qarşıda Amindən başqa maneə görməyən braziliyalı özünü sonuncu toxunuş üçün hazırlayırdı ki, Medina onu cərimə meydançası daxilində kobud müdaxiləylə yerə yıxdı. Burda "bozqurd" aşkar qol imkanından məhrum edilsə də, hakim qayda pozuntusunu topa müdaxilə kimi dəyərləndirdi. "Qarabağ"ın 19-cu dəqiqədə qazandığı şansı dəyərləndirməsi isə hesabın açılmasıyla nəticələndi. Rəqibi əks-hücumda yaxalayan "köhlən atlar" dərhal irəli atıldı. Cərimə meydançası daxilində yaranan qarışıqlıqdan məharətlə istifadə edən Zubir topu Juninyoya ötürdü ki, o da "çərçivə"ni dəqiq nişan aldı. Burda topun Romaonun əlinə toxunması ehtimalı var idi ki, qol VAR-da təsdiqlənəndən sonra məsələyə aydınlıq gəldi. Qısası, "Turan Tovuz" futbolçularının etirazı haqsız idi... Ardından Souza və Manardiçi bəxtini sınasa da, hesab bərabərləşmədi. Birinci həlledici anda ayağı sürüşüb yerdə qaldığından, ikinci qeyri-dəqiqlik üzündən fürsəti əldən verdi. Birinci hissənin qalan dəqiqələri "Qarabağ"ın üstünlüyü şəraitində keçdi. Meydan sahibləri rəqibi ciddi təzyiq altında saxlayır, amma fərqi artırmaqda israrlı görünmürdü. Hadisələrin daha çox meydanın mərkəzində cərəyan etməsi canımızı sıxmağa başlayırdı ki, Bruno topu tora qovuşdurdu. O, Xəyalın cərimə zərbəsindən ötürməsini "çərçivə"dən keçirsə də, qol qeydə alınmadı. Bunun səbəbi məhz "10 nömrəli"nin oyundankənar vəziyyətdə olmasıydı. Xəyal ilk yarıda istəyinə çatmasa da, 48-ci dəqiqədə məhsuldar ötürməylə yadda qaldı. Onun əziyyətini Hakman boşa verdi - 1:1. Hesabın bərabərləşməsi hər iki komandanın daha istəkli çıxış etməsiylə müşayiət olundu. Bu ərəfədə "Turan Tovuz" önə keçməyi bacardı. Paçu 53-cü dəqiqədə Pusinin qapıya zərbəsindən sonra geri qayıdan topu "çərçivə"yə göndərdi. Gərgin mübarizə şəraitində keçən matçda növbəti qol "Qarabağ"dan gəldi. Andrade 69-cu dəqiqədə cərimə meydançasındakı qarışıqlığa baxmayaraq, Juninyonun ötürdüyü topu tora qovuşdura bildi. Hesabın yenidən bərabərləşməsi tərəflərin, xüsusilə meydan sahiblərinin fəallığını artırdı. "Köhlən atlar" bu dəfə Zubirin ötürməsi, Silvanın qolu sayəsində önə keçdi. Futbolçuların yorğunluğunu nəzərə alsaq, bununla matçın taleyinin həll edildiyini düşünmək olardı. Lakin "Turan Tovuz" 85-ci dəqiqədə bird aha hesabı bərabərləşdirə bildi. Ayxanın künc zərbəsindən cərimə meydançasına göndərdiyi topu Pusi "çərçivə"dən keçirmək istədi. Amin əllə "kürə"ni geri qaytardı ki, Hakman irəli atılıb hesabı bərabərləşdirdi. Matçda son nöqtə 90-cı dəqiqədə qoyuldu. Ara ötürmələriylə rəqibin başını gicəlləndirərək qapısı önündə sıxışdıran ağdamlılar Cicanın topu cərimə meydançası daxilinə göndərməsi, Zubirin saxlayaraq Andradeyə ötürməsi, sonuncunun "çərçivə"ni dəqiq nişan alması sayəsində qələbəni təmin etdi.  Beləliklə, "Qarabağ" mövsümdə 26-cı qələbə ilə qol sayını 95-ə çatdırdı, "Turan Tovuz" isə bu gedişlə 6-cı pilləni əldən verə bilər.

Gözdən qaçmadı
* Ayxan Abbasov matç ərzində dəfələrlə hakimə etiraz etdi.
* "İmarət Tayfa", "Qarabağ Hooligans" və "Ultras Tovuz"la yanaşı, "Qarabağ Ordu"nun bəzi nümayəndələrini də tribunalarda gördük.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

7-05-2024, 21:0

Zirə” Avropaya bir addım da yaxınlaşdı - REPORTAJ

Premyer-liqa

15-02-2024, 23:0

“Turan Tovuz” “Qəbələ”nin “Kəpəz”ə yaxınlaşmasına imkan vermədi

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

“Turan Tovuz” da razı qaldı, “Neftçi” də - REPORTAJ

Premyer-liqa

14-05-2024, 21:0

“Turan Tovuz” özünə gəldi, Ayxan Abbasov kapitanını qınadı - REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 17:0

“Sumqayıt”ın yeni prinsipi: uda bilmiriksə, uduzmayaq! – REPORTAJ

Aktual
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Son xəbərlər
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 99
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə