Bolqarıstan çempionatında 2023-2024 mövsümü başa çatıb.
“Football-plus.az” xəbər verir ki, Azərbaycanın U-21 millisinin kapitanı Cəlal Hüseynovun çıxış etdiyi "Arda" da son görüşünü keçirib. Komanda 36-cı turda "Botev"in qonağı olub və 1:0 hesablı qələbə qazanıb. Hüseynov 83-cü dəqiqədə meydana buraxılıb.
"Arda" mövsümü 51 xalla 10 komanda arasında 8-ci pillədə başa vurub.