Kriştiano Ronaldo ilə bağlı maraqlı xəbər yayılıb.
“Football-plus.az” xəbər verir ki, ulduz futbolçunun tezliklə “Əl-Nəssr”dən ayrıla biləcəyi iddia edilir. Səudiyyə Ərəbistanından olan jurnalist Alxaz Mutab portuqaliyalı hücumçunun Almaniyaya yollanmaq şansının olduğunu bildirib. O, “Bayer-04”ü çalışdıran Xabi Alonsonun Ronaldonu komandasında görmək istədiyini deyib. İspaniyalı mütəxəssisin Kriştianonun növbəti mövsümdə leverkuzenlilərə bundesliqada və Çempionlar Liqasında faydalı ola biləcəyini düşünür.