• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bəxtiyar Həsənalızadə legioner həyatının ilk mövsümünü uğurlu sayır - MÜSAHİBƏ

Dünya futbolu / Manşet

27-05-2024, 18:0

Millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadə karyerasına Türkiyədə davam edir.

Bəs işlər istədiyi kimi gedirmi? Yox. Mövsümün əvvəlində 1-ci liqa iştirakçısı “Tuzlaspor”la anlaşan futbolçu bəxtsizliklə üzləşdi. Daha dəqiqi, onun şərəfini qoruduğu komanda 18 iştirakçının olduğu çempionatda 16-cı pillədə qərarlaşdığından aşağı liqaya yuvarlandı. Qısası, Tuzla təmsilçisinin növbəti mövsümdə 2-ci liqada çıxış edəcəyi bəllidi. Düzdü, Bəxtiyarın klubla müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Lakin son nəticənun planları dəyişmək ehtimalı böyükdü. Bir tərəfdən bunun səbəbləri maraqlıdısa, digər tərəfdən futbolçunun komandadan ayrılmaq ehtimalı artıb.
Əlbəttə, Həsənalızadənin legioner həyatının ilk səhifələrinin cızmaqara olması xoşagələn hal deyil. Belədə nələrin baş verdiyini, ümumi təəssüratlarını və karyerasının növbəti mərhələsi haqda oyunçunun özündən məlumat öyrənmək zəruridi. Biz də məhz bu məqsədlə Türkiyədəki həmvətənimizlə əlaqə saxlayıb, qeyd olunanlar və başqa məsələlər ətrafında söhbətləşdik.

– Bəxtiyar, əvvəlcə “Tuzlaspor”un ümumi durumundan danışaq. Mövsümün əvvəlində hədəf nə idi və buna çatmağa nə mane oldu?
– Düzü, mövsüm başlayanda qarşımıza konkret hədəf qoyulmamışdı. Hadisələrin axarına uyğun qərar veriləcəkdi. Sonradan 1-ci liqada qalmaq uğrunda mübarizə aparsaq da, təəssüf ki, alınmadı.

– Bu uğursuzluqda sənin nə qədər rolun oldu? Özünü nə dərəcədə günahkar hiss edirsən? Ümumiyyətlə, çıxışını necə qiymətləndirirsən?
– Öz çıxışımla bağlı ətraflı danışmaq istəmirəm. Düşünürəm ki, pis alınmadı. Uğursuz saymazdım. Əsas odu ki, oyunlarda şans qazandım və komandamın şərəfini qoruya bilmək üçün əlimdən gələni etdim. Hər şeyə görə şükür edirəm.

– Deməli, legioner həyatında ilk addımları səndə xoş təəssürat oyadıb...
– Bəli, məncə, uğurlu alındı. Çünki hələ ilk mövsümüm idi. Uyğunlaşmaq zaman aldı. Bununla yanaşı, zədələndiyimə görə bir müddət meydana çıxa bilmədim. Təbii ki, başqa problemlər də var idi. Çatışmazlıqlara baxmayaraq, 20 oyunda şans qazana bildim. Başverənlər haqda ancaq “xeyirlisi belə imiş” deyə bilərəm.

– Başqa prolemlər deyəndə, yəqin ki, maaşın gecikməsini nəzərdə tutursan. Bu məsələ haqda hələ bir neçə ay əvvəl Türkiyə mətbuatında xəbər yayılmışdı.
– Düzdü, bu mövzu hələ də aktualdı. Lakin ciddi problem deyil. Ödənişlər gec də olsa, edilirdi. Məsələn, indi də “Tuzlaspor”un mənə borcu var. Lakin bu, kluba problem yaradacaq qədər böyük məbləğ deyil. Ödəyəcəklərinə inanıram.

– Bəs bundan sonrakı planların necədi? Məndə olan məlumata görə, komandadan ayrılmaq niyyətindəsən. Daha dəqiqi, aşağı liqada çıxış etmək fikrin yoxdu. Təkliflər varmı? Ən əsası, vətənə dönməyi planlaşdırırsanmı?
– Bundan sonra nələrin baş verəcəyi tam dəqiq bilinmir. Hələ ki istirahət edirəm. Qarşıdakı günlərdə düşünməyə vaxtım olacaq. Sağlıq olsa, təkliflrə uyğun qərar verəcəm. Həm Türkiyədən, həm öz ölkəmizdən, həm də başqa yerlərdən təklif almışam. Son sözümü qarşı tərəfin tələblərinə əsasən deyəcəm. İnşallah, bir müddət sonra bu yöndə addım atacam.

– Bilindiyi kimi, Türkiyədə çıxış edən başqa legionerlərimiz də var. Onlarla görüşmək, müzakirə aparmaq şansın olub?
– Coşqun Diniyev və Vüsal İsgəndərliylə səmimi münasibətim var. Amma tez-tez görüşə bilməmişik. Daha çox millimizin oyunlarıyla bağlı bir araya gələndə söhbətləşə bilirik. Əsasən çempionatlar haqda danışırıq.

– Çempionat demişkən, Misli premyer-liqasında mövsüm başa çatır. Burda keçirilən oyunları izləyirsənmi? Elitamız Türkiyədən necə görünür?
– Bəli, imkan olduqca matçları izləyirəm. Düşünürəm ki, maraqlı keçir. Rəqabət artıb. Çempionluğu çıxmaq şərtiylə ilk “dördlük” uğrunda gərgin mübarizə var. Hər halda, azarkeşlər və ya kənardan izləyən insanlar üçün qaneedicidi.

– Bəs Türkiyə və Azərbaycan futbolunu hansı meyarlara əsasən müqayisə edə bilrəsən?
– Bizdə komandaların taktiki mübarizə üsulu daha keyfiyyətlidi. Türkiyədə isə əsasən fərdi üstünlüklər vacib sayılır. Burda fiziki güc vacib əhəmiyyət daşıyır.

Xatırladaq ki, Bəxtiyar karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Sabah” kimi komandalarda çıxış edib. O, 2022-ci ilin noyabrından əsas millimizin üzvüdü. 2014-cü ildən isə U-19 yığmamızın şərəfini qoruyub. Müdafiəçi 2023/24 mövsümündə “Tuzlaspor”un heyətində 20 dəfə meydana çıxıb, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

17-09-2023, 20:0

Bəxtiyar Həsənalızadə Türkiyədə qol hesabını açdı

Dünya futbolu / Manşet

15-04-2024, 21:0

Bəxtiyar Həsənalızadə “Tuzlaspor”dan ayrılır? – özü açıqladı

Ölkə futbolu / Manşet

28-04-2024, 14:0

Bəxtiyar Həsənalizadə “Pendikspor”da? – özü açıqladı

Yığma / Manşet

9-09-2023, 16:0

Bəxtiyar Həsənalızadə De Byazinin qərarı haqda nə dedi?

Dünya futbolu

21-08-2023, 10:0

Millimizin üzvü yenə oynamadı

Dünya futbolu

15-01-2024, 10:0

Bəxtiyar oynamadı, komandası uduzdu

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə