• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kazemiro MY-də niyə fiasko yaşadı? - Ten Haqla münaqişə, daimi səhvlər, fərqli mövqedə oynamaq...

Dünya futbolu

26-05-2024, 22:0

Kazemiro indi bəlkə də karyerasının ən pis dönəmini yaşayır.

“Football-plus.az” xəbər verir ki, 10 ilə yaxın müddətdə “Real”ın fundamental oyunçularından biri olan braziliyalı indi “Mançester Yunayted”də əziyyət çəkir – məcburiyyətdən öyləşmədiyi mövqedə oynayır və çoxlu məhsuldar səhvə yol verir. Yeri gəlmişkən, braziliyalının qorxunc formada olması ilə bağlı məsələ birmənalı deyil. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri indiki tənəzzülün yeganə günahkarı deyil.

Kazemironun zəifliyi nədədi?
Braziliyalı MY-də zədə üzündən bir neçə ayı boşa verdi və yalnız yanvarın sonunda yaşıl meydanda göründü. O, həmin vaxtdan bəri “qırmızı şeytanlar”ın uğursuzuqlarının rəmzinə çevrilməkdədi. 32-ci turda – “Liverpul”la oyunda (2:2) yarımmüdafiəçi 16 dəfə topu itirdi, ötürmələrinin dəqiqlik faizi 69-a bərabər oldu. Bu isə o deməkdi ki, hər üçüncü ötürməsi rəqiblərin əlinə keçib. MY-nin sabiq müdafiəçisi Rio Ferdinand braziliyalının meydandakı hərəkətlərini lakonik şəkildə belə təsvir etmişdi:

“Sən nəfəsi hesabına ayaqda qalan sərxoş döyüşçü kimi”.


36-cı turda daha bir bərbad oyun yaşandı. Meydana kapitan sarğısı ilə çıxan Kazemiro antiqəhrəmanlardan birinə çevrildi: “Kristal Pelas” mankunianların qapısından 4 cavabsız qol keçirdi, xavbek premyer-liqada mövsümün antirekordunu müəyyənləşdirdi – onu 8 dəfə arxada qoydular.

Problem ondadı ki, kobud səhvlər zədəyə qədər də baş verirdi. Bu üzdən xavbekin, sadəcə, lazımi formanı yığa bilməməsi haqda söhbətlərin əsası yoxdu. Məsələn, 8-ci turda o, az qala “Brentford”a qələbə bağışlayacaqdı: meydanın özlərinə aid hissəsində rəqibə ötürmə verdi, ardından fərdi mübarizədə uğursuzluğa düçar oldu və “arılar” Andre Onananın qoruduğu qayıya doğru sürətli hücum qurdu. Orda yarımmüdafiəçi yenə təkbətək mübarizədə uduzdu, bundan sonra top fərqlənmək imkanını qaçırmayan Matias Yensenə sıçradı. Təbii ki, belə oyun fonunda Kazemiro fasilədən sonra əvəzləndi. Həmin oyunda komandanı məğlubiyyətdən 87-ci dəqiqədə meydana çıxan Skott Maktominey qurtardı – şotlandiyalı uzatma dəqiqələrində iki qol vurdu (2:1).
Cəmi iki il əvvəl “Real”ın oyun sisteminin vacib elementi olan futbolçudan belə səhvlər görmək qorxuncdu. Hələ onun MY-yə yollanmaq qərarı da çoxlarını təəccübləndirmişdi – Çempionlar Liqasındakı 5-ci qələbədən sonra titullar yağan “Bernabeu”nu ac “Old Trafford”a dəyişmək qəribə idi. Düzdü, qəbul edən tərəfdə də suallar yaranmışdı. Məsələn, “qırmızı şeytanlar”ın veteranlarından Qari Nevill lap əvvəldən xəbərdarlıq etmişdi ki, braziliyalının transferi böyük riskdi: “Bu imzalama heç vaxt olmamalıydı. Yaxşı idman direktoru, yaxşı klub sahibi və skaut bölməsinin yaxşı rəhbəri belə transferə imkan verməməliydi”.
32 yaşlı braziliyalının indiki xaotik “Mançester Yunayted”ə uyğun olmaması aşkar gerçəklikdi. Premyer-liqanın La Liqa ilə müqayisədə daha yüksək atletiklik tələb etməsi öz yerində, MY-nin son mövsümdəki oyun üslubu da meydanın fərqli hissələrində sistemsiz parlamalardan başqa bir şey deyil. Belə şəraitdə Qarnaço, Maynu və Dalot (hər biri fiziki göstəriciləri ilə seçilir) tərəqqi edir, ancaq artıq gənc olmayan Kazemiro üçün belə üsluba uyğunlaşmaq çox çətindi. MY-yə bir qədər yaşlı vaxtında qoşulan bəzi başqa top səviyyəli oyunçular da eyni problemi yaşayıb. Anxel Di Mariya, Bastian Şvaynştayger, Radamel Falkao – bunlar hamısı “Mançester Yunayted”in hüdudlarından kənarda parlayıb. Belə görünür ki, Kazemiro da bu siyahıya salınmalıdı.

Gerçəkdən hər şey bu qədər pisdi?
Kazemiro açıq-aşkar ümidləri doğrultmur. Onun qiymətini (70 milyon avro) və komandada ən yüksək ödənişli (həftədə 350 min funt) futbolçu statusunu daşıdığını da unutmayaq. Bununla belə, braziliyalını bərbad oyuna görə günahkar saymayanların, yəni müdafiəçilərinin sayı çoxdu. MY-də məhz müdafiənin mərkəzində çıxış edən Rio Ferdinanın qəzəbi baş məşqçiyə yönəlib: “Ten Haq nə vaxt Kazemironu müdafiə xəttindən yığışdıracaq? Niyə Sofyan Amrabat orda oynaya bilməz? Və ya Skott Maktominey? Bu, sadəcə, ədalətsizlikdi. Heç vaxt bu mövqedə oynamayan adamın hələ oyunun əvvəlində bir neçə səhvə yol verdiyini görürsüzsə, onda deməlisiz:
“Bilirsənmi, sənlə belə davranmaq istəmirdim”. Və onun təcrübəsini də önə çəkməyə dəyməz. Sadəcə, həmin yerdən götür və ənənəvi mövqeyinə qaytar”.

Doğrudan da, braziliyalı tənəzzülünün aşkar hiss olunduğu son vaxtlarda mərkəz müdafiəçisi mövqeyində çıxış edib. Ten Haqın mübahisəli qərarı “Yunayted”in ənənəvi mərkəz beklərinin zədələnməsi ilə bağlıdı. Təbii ki, Kazemiro ona tanış olmayan mövqedə çoxlu səhv buraxdı – “Arsenal”la oyunda ofsayd xəttini unutdu, “Kristal Pelas”la oyunda premyer-liqanın antirekordunu müəyyənləşdirdi.

Amma braziliyalı heç də hər şeydə pis deyil. Birincisi, elə həmin “Kristal Pelas”la oyunda 14 cəhdin 7-də topu ala bildi, üç təhlükəli vəziyyətin qarşısını aldı – həmkarı Conni Evans da oxşar göstəricilərə malik idi. Belədə çox maraqlı sual yaranır: iki mərkəz müdafiəçisi 4 topun buraxıldığı oyunda yenə də normal müdafiə göstəricilərinə malik olubsa, bəs onda qalan komanda üzvləri nə iş görüb? İkincisi, braziliyalının statistik göstəriciləri ümumilikdə normaldı (topalmaya və bloklanan zərbələrin sayına görə Avropanın top-5 liqasında liderlərdən geri qalmır). Hərçənd Kazemiro özü də müdafiənin mərkəzində oynamalı olmasına görə qətiyyən sevinmir. ESPN-in yaydığı xəbərə görə, məhz bu qərar üzündən braziliyalının Ten Haqla münaqişəsi dərinləşib. Onu da yazırlar ki, Kazemiro mövsüm bitəndən sonra hətta MY-ni tərk edə bilər. “The Telegraph” isə dəqiqləşdirir ki, Kazemiro ilə Bruno Fernandeşi artıq Səudiyyə Ərəbistanında gözləyirlər. Həmvətəni Rivaldo da onun müdafiəsinə qalxıb:
“Kazemironun “Real”da parlaq karyerası var idi. MY-yə keçid səhvdi. “Real”da işləri əla getsə də, əlbəttə, maliyyə məsələsi qərarına təsir etdi. “Yunayted” arzuolunmaz dönəm yaşayır – hədsiz çox zədəlisi var! Kazemiro yarımmüdafiəçidi, forvard deyil, müdafiəçi deyil, amma adamlar onu başqa mövqedə göstərdiyi oyuna görə tənqid edirlər. Məncə, onu günahlandırmağa dəyməz – MY-nin problemləri var”.


Bəlkə doğrudan da, Kazemironun elə bu yay “Mançester Yunayted”i tərk etməsi lazımdı. Ten Haq ilə münaqişə və səhvlər üzündən tənqid dalğasına tutulması onun komandadakı gələcəyini çətinləşdirir. Amma MY-də keçirdiyi son iki il braziliyalıya karyerasını kiçiltmək bahasına başa gələ bilər – Avropanın nəhəng klubları, çətin ki, maliyyə tələbləri də yüksək olan futbolçu ilə riskli müqaviləyə imza atmağa razılıq verə. Özü də “qırmızı şeytanlar” artıq meydanın mərkəzi üçün bir başqa futbolçunun namizədliyini nəzərdən keçirir – “Benfika”nın 19 yaşlı xavbeki Joao Neveşə görə 100 milyon avro ödəməyə hazırdılar.

Kazemiro “Real”dan gedərkən, heç şübhəsiz, riskləri də hesablamışdı. Amma heç bir halda İngiltərədə işlərinin bu qədər pis gedəcəyini təsəvvür edə bilməzdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-03-2023, 20:0

Kazemironun aqibəti necə olacaq?

Dünya futbolu

3-03-2023, 20:0

Kazemiro “Yunayted”in yeni ulduzudu – TƏHLİL

Dünya futbolu

23-08-2022, 11:0

Kazemiro rəsmən "Mançester Yunayted"də

Dünya futbolu

18-08-2022, 14:0

Kazemiro "Mançester Yunayted"ə keçsə, ən çox qazananlardan olacaq

Dünya futbolu

19-08-2022, 14:0

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Dünya futbolu

19-08-2022, 12:0

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • 6-06-2026, 21:0
    Bolonyada qərar tutdu
  • 6-06-2026, 21:0
    İstefası qaçılmaz oldu
  • 6-06-2026, 20:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 152
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə