• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kazemiro “Yunayted”in yeni ulduzudu – TƏHLİL

Dünya futbolu

3-03-2023, 20:0

Artıq xəbər verdiyimiz kimi, “Mançester Yunayted” bazar günü Erik ten Haq dönəmində ilk titulu qazandı. Liqa kubokunun finalında “Nyukasl” məğlub edildi (2:0). Qələbə topu isə Kazemironun hesabındadı.

Braziliyalı təkcə qol vurmadı, həm də müdafiədə inanılmaz həcmdə iş gördü. “Nyukasl” topa daha çox nəzarət etsə də, böyük çətinliklə təhlükəli vəziyyət yaradırdı – bu da Kazemironun xidmətidi. MY azarkeşlərinin məhz onu oyunun ən yaxşısı seçməsi təsadüfi deyil.

Komanda Kazemironun şəxsində belə vacib oyunların dəlisi olan hazır çempion qazanıb. Braziliyalı ardıcıl 9 finalda qalib gəlib: bunlardan 4-ü Çempionlar Liqasının, 3-ü klub dünya çempionatının, 1-i İspaniya kubokunun, 1-i də Liqa kubokunun payına düşür.

Kazemiroya görə “Yunayted”i tənqid edirdilər
Açıq etiraf etmək lazımdı ki, yayda Kazemironun “Mançester Yunayted”ə keçidi əksər ekspertlərdə narazılıq doğurmuşdu. Hamıdan çox səsini ucaldan Hari Nevill idi. Düzdü, o, Kazemironu yox, klubun transfer siyasətini tənqid edirdi: “Mən indi keçidlərə görə heyranlıq duymuram, ona görə ki, bunların yayın əvvəlində planlaşdırılmadığını bilirəm. Başqa klublar gündə bir hədəf dəyişmir. Hər şey De Yonqdan başladı, sonra Rabyo peyda oldu, nəticədə yay kluba 160 milyon funta – nəhəng məbləğə başa gələn Kazemironun transferi ilə bitir. Düşünürəm ki, o, yaxın bir neçə ildə kluba fayda verəcək. Ancaq həmin iki ildən sonra kimsə artıq zirvə dövrünü arxada qoyan futbolçunu daha az maaşla alacaq. Futbolçu ilə belə müqavilə bağlamaq üçün böyük inam olmalıdı. 30 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlamazlar”.

Nevill Kazemironun bacarığına şübhə edən yeganə adam deyildi. Məsələn, MY-nin sabiq qapıçısı Peter Şmeyhel və əksər fanatlar da oxşar fikir söyləmişdi. “Yunayted” son illərdə belə transferlər üzündən hədsiz çox yanıb.

İndi isə çoxları Kazemironun gəlişini 90-cı illərdə Erik Kantonanın alınmayı ilə müqayisə edir. Bu təcrübəli futbolçu komandaya zəruri keyfiyyətlər qazandırmış, çempionluq aşılamışdı.

Kazemirolu və onsuz MY iki fərqli komandadı
Kazemiro MY-də keçirdiyi ilk oyunlarda sonradan meydana çıxırdı. Belə hesab olunur ki, Ten Haq onda debütanta komandada kimin əsas söz sahibi olduğunu göstərmək istəyirmiş. Əslində braziliyalı dayaq yarımmüdafiəçisi, sadəcə, baş məşqçinin tələblərinə öyrəşir və hazırlaşırdı.
Oktyabrın əvvəlində “Everton”a qarşı keçirilən oyunda Kazemiro, nəhayət, start heyətində göründü və beləcə “Yunayted”in faktiki öz qapısı önündə heç bir təhlükə yaranmasına imkan vermədiyi 5 oyunluq seriya başladı. “Everton”, “Omoniya”, “Nyukasl”, “Tottenhem” və “Çelsi” ilə oyunlarda rəqiblərin yaratdığı qol vəziyyətlərinin ortalama göstəricisi 1,36-ya bərabər idi.

Fevralda “Arsenal”dan alınan məğlubiyyətdən sonra (Kazemiro sarı vərəqə limitinə görə oyunu buraxırdı) braziliyalının komandanın müdafiədəki oyununa təsirini göstərən statistika üzə çıxdı:
• braziliyalının start heyətində göründüyü 13 oyunun yalnız birində komanda uduzub. Kazemirosuz isə 10 oyunda 4 məğlubiyyət var;
• Kazemirolu “Yunayted” 90 dəqiqə ərzində 1 qoldan az buraxır. Onsuz isə 1,9 qol;
• Kazemiro start heyətində görünməyəndə Ten Haqın komandasının qapısına orta hesabla 16 zərbə vurulur. O əsas heyətdə olanda isə zərbələrin sayı 7-yə düşür.

Kazemironun indiki MY üçün önəmini belə izah etmək olar: həm hücumların qurulmasında, həm də rəqib hücumlarının dağıdılmasındda faydalıdı. Kazemironun yoxluğu “Yunayted” üçün ciddi itkidi. Bəlkə də braziliyalı konkrer oyunun axarını dəyişməyə qadir deyil. Ancaq o, cinahları “sığortalamaqda”, dayaq zonası ciddi təzyiqə məruz qalanda düzgün qərarlar verməkdə ustadı. Təəssüf ki, Maktominey tam başqa səviyyədi. Skott işgüzardı, rəqibdən yaxşı top alır, ancaq “oyunu oxumaq” bacarığında Kazemiroya uduzur. Braziliyalının mövqe seçimi və reaksiyaları da əladı. O, adətən, ən çətin sınaqların belə öhdəsindən gəlir.

Braziliyalı dayaq yarımmüdafiəçisi üçün mövsüm əla keçir. “Nyukasl”ın qapısına yol tapmaqla cari mövsümdəki 5-ci qolunu vurdu. Onun ən məhsuldar mövsümü 2020/21 olub (“Real”da 7 qol vurub), amma bu gedişlə şəxsi rekordunu yeniləməsi də tam realdı.

Bəlkə də bir neçə ildən sonra Hari Nevillin proqnozu düz çıxacaq - Kazemiro yaşa dolacaq və problemə çevriləcək. Ancaq hələ ki braziliyalı MY-nin müdafiəsini və orta sahəsini çempionatda ən yaxşılar səviyyəsinə qaldırıb. Və son 6 ildə komandaya ilk titulu qazandırıb. Tam xoşbəxtlik üçün başqa nə lazımdı ki?!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-08-2022, 14:0

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Dünya futbolu

22-08-2022, 10:0

"Kazemironun İngiltərədə uğurlu olub-olmayacağını bilmirik" - Peter Şmeyxel

Dünya futbolu

23-08-2022, 11:0

Kazemiro rəsmən "Mançester Yunayted"də

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

22-08-2022, 15:0

Kazemiro "Real Madrid"lə vidalaşdı

Dünya futbolu

1-03-2023, 19:0

“Mançester Yunayted” altı ildən sonra titul qazandı - REPORTAJ

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə