İtaliya çempionatında sona çatmaqda olan mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyada, gözlənildiyi kimi, Simone İnzaqi qalib gəlib.
Onun çalışdırdığı “İnter” finişə 5 tur qalmış tarixində 20-ci dəfə çempion olmuşdu. İnzaqi A seriyasında mövsümün ən yaxşı məşqçisi üçün ayrılan mükafata ilk dəfə layiq bilinib. Bu qənimət 48 yaşlı çalışdırıcıya 38-ci turun “Verona” ilə oyunundan əvvəl təqdim ediləcək.
İnzaqi “İnter”i 2021-ci ildən çalışdırır. Bu komandadan əvvəl 5 il “Latsio”ya başçılıq edib.