“Təkcə Juninyo ilə Benzyaya aid deyil” – “Qarabağ” ulduzlarını saxlaya biləcəkmi?

23.05.2024 22:20 228
Premyer-liqa / Manşet
“Turan Tovuz” üzərində qələbədən sonra mətbuat konfransında çıxış edən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun sözləri maraq doğurdu.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi hər mövqe üçün oyunçu axtarışında olduqlarını bildirdi. Ölkədə isə iki sabit heyətə malik yeganə komanda isə elə özləridi. Qurbanovun sözlərindən anlaşılan odu ki, klub Olavio Juninyo və Yassin Benzya kimi futbolçuları saxlamaqda çətinlik çəkir. Bəs sözügedən oyunçuların mövsümü başa vurandan sonra “Qarabağ”dan ayrılmaq ehtimalı nə dərəcədə realdı? Menecer Vaqif Heydərlinin cavabı:
“Bu peşəkar yanaşmadı, normaldı. Ümumiyyətlə, peşəkar futbol klubunun həmişə güclənməyə ehtiyacı var. Böyük ehtimalla baş məşqçi də onu nəzərdə tutub. Təkcə Juninyo ilə Benzyaya aid deyil. Başqa oyunçularına da elə təkliflər ola bilər ki, etiraz edə bilməzlər. Sadəcə, klubun xeyrinə görə sata bilərlər. Oyunçuları komandada saxlayıb-saxlamamaq isə təbii ki, təklifin dəyərindən asılıdı”.


KAMAL SƏFƏR