• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kloppu niderlandlı əvəz edəcək - “Liverpul” Arne Slotu seçdi

Dünya futbolu

22-05-2024, 23:0

Yanvarda birdən-birə iki top-klubun məşqçisi yayda vəzifəsindən gedəcəyini açıqladı.

“Football-plus.az” xəbər verir ki, Düzdü, sonda taleləri fərqli oldu. Xavi hər mətbuat konfransında deyirdi ki, “Barselona” hətta Çempionlar Liqasını qazansa da, qərarını dəyişməyəcək. Ancaq son nəticədə qalacağını elan etdi – komandası həm La Liqada, həm də ÇL-də tituldan əlini üzəndən sonra. Yürgen Kloppun tarixçəsi daha konkret oldu – almaniyalı mütəxəssis yayda gedəcəyini dedi və sözünü tutdu. “Liverpul” artıq ona əvəz də tapıb. Çoxları yazırdı ki, Mersisaydda Xabi Alonsonun dönüşünü gözləyirlər, ancaq ispaniyalı daha bir il “Bayer-04”də qalmağa qərar verdi. Onun qərarı “Liverpul”u başqa namizədə boylanmağa məcbur etdi. Nüfuzlu insayder Fabritsio Romanonun yazdığına inansaq, Kloppu Arne Slot – hazırda “Feyenoord”u çalışdıran 45 yaşlı niderlandlı əvəz edəcək. “Sky Sports” və BBC də bunu təsdiqləyir. Hətta Niderland klubuna ödəniləcək kompensasiyanın məbləği də bəllidi – 13-15 milyon avro.

Slotun mümkün təyinatı haqda artıq Klopp özü də mətbuat konfransında danışır:

“Onun komandasının göstərdiyi oyun xoşuma gəlir. Slot haqda eşitdiklərin onun səviyyəli kişi olduğunu göstərir. Yaxşı adam, yaxşı məşqçi – beləsi xoşuma gəlir. Çox razıyam. “Liverpul” dünyanın ən yaxşı klubudu, onun məşqçisi olmaq isə yaxşı işdi. Düşünürəm ki, komandanın indi formasının zirvəsində olmaması Slota kömək edəcək – nəyisə yaxşılaşdırmaq lazım gələcək”.


Ancaq heç də hər kəs Kloppun fikirlərini bölüşmür. “Liverpul”un əfsanəsi Qrem Suness belə hesab edir ki, Slot İngiltərədə Niderland çempionatı ilə müqayisədə tam fərqli təzyiq səviyyəsinin altına düşəcək. Ceymi Karragerin fikrincə, artıq işi ilə nəyisə sübut edən, sınanmış mütəxəssisi götürmək daha yaxşıdı, nəinki hələ özünü göstərməli olanı.

Yaxşı, Slot “Liverpul” üçün kimdi – ideal namizəd, yoxsa “torbada pişik”? Hər iki variantın xeyrinə olan dəillər var.

Karyera
İlk və ən əsas irad – Slotu Niderlandın hüdudlarından kənarda, sadəcə, az tanıyırlar. “Feyenoord” ötən mövsüm çempionluğu, ardından ölkə kubokunu qazandı, ancaq geniş auditoriya üçün orda başvərənlər hücum futbolu və gənc istedadların tərəqqisi haqda biliklərdən uzağa getmir.

Bəlkə də parlaq futbolçu karyerası qursaydı, Arnenin şəxsiyyəti daha böyük maraq doğurardı. Ancaq bu da olmayıb. Slot əsasən ikinci divizonda olmaqla peşəkar futbolda 18 mövsüm keçirib. Məsuliyyətli yarımmüdafiəçi olsa da, top səviyyədə deyildi. Sürəti və dözümlülüyü aşağı səviyyədə olduğundan Arne mövqe seçiminə və oyunun təhlilinə daha böyük diqqət ayırırdı. Ancaq belə fikir var ki, artıq onda hər kəs Slotun oyunçu karyerasının yalnız böyük məşqçi işinin proloqu olduğunu anlayırdı. Slot butslarını mıxdan asandan dərhal sonra məşqçiliyə başladı. Bir il doğma “Zvolle”nin gəncləri ilə çalışdı, ardından iki il “Kambur”da məşqçi köməksisi oldu. 2016-cı ildə Slot özünü baş məşqçinin səlahiyyətlərinin icraçısı rolunda sınadı. Komanda həmin vaxt 2-ci divizionda 14-cü yerdə qərarlaşmışdı, ancaq Arne onu ilk “3-lüy”ə yüksəltdi və yalnız son anda elitaya qaytarmaq imkanını qaçırdı.

Ancaq parlaq debütün ardından Slot tələsmədi və daimi təhsilə üstünlük verdi. Daha iki il “Alkmaar”da baş məşqçinin köməkçisi kimi çalışdı, yenidən baş məşqçi olmaq şansını gözlədi və tam olmayan iki mövsüm ərzində klub tarixində xal qazanmaq üzrə ən yaxşı nəticəni göstərdi – hər oyunda orta hesabla 2,11 xal.
Belə uğurdan sonra “Feyenoord” Slota göz qoydu. Arne elə ilk mövsümdə komandanı 3-cü yerə yüksəltdi və Konfrans Liqasının finalına çıxdı (Rotterdam təmsilçisi orda Joze Mourinyonun “Roma”sına uduzdu). İkinci mövsüm də uğurlu oldu – klub son 6 ildə ilk çempionluğunu qazandı və Avropa Liqasında 1/4 finala qədər irəlilədi. 2023-cü ilin yayında “Tottenhem” onun xidmətində maraqlı olduğunu göstərsə də, Arne “Feyenoord”la müqavilə müddətini uzatmağa qərar verdi, belədə “mahmızlar” Ange Postekoğluna üz tutdu.
Slotun komandası cari mövsümdə artıq əvvəlki qədər parlamır – çempionatda PSV-dən sonrakı yerdə qərarlaşıblar, Avropa Liqasında isə mübarizəni 1/16 finalda dayandırıblar (özü də yenə də “Roma”ya uduzmaqla!). Bütün bu tarixçəni ona görə xatırlatdıq ki, təxminən Arnenin yoluna bələd olasız, onun perspektivləri ilə bağlı özünüz üçün nəticə çıxarasız. Hələ ki niderlandlının potensialını obyektiv qiymətləndirmək çətindi – bəli, uğurları var, heç də az deyil. Ancaq bu həmin səviyyədi ki, top-klubda hər şeyin alınacağına ümid etmək mümkün ola?

Sadə desək, Slot, heç şübhəsiz, istedadlı məşqçisi, ancaq onun səviyyəsi ilə bağlı suallar hələ də açıq qalır. Həm də söhbət təkcə ondan getmir ki, Arne taktiki dərinliklərdən nə dərəcə baş çıxarır və oyunu idarə etmək baxımından nə qədər yaxşıdı. Problem daha dərindi. Axı öz bacarıqlarını dünyanın ən güclü liqasının top-komandalarından birinə ötürməlidi, bu isə asan deyil. Klopp “Liverpul”a gələndə artıq çiyinlərində “Borussiya”da keçirdiyi 7 ilin yükü, iki çempionluq, Çempionlar Liqasının finalı var idi. Slotun xidməti siyahısı bu mənada məhduddu.

Üstəlik niderlandlı mütxəssis “Liverpul”da Alisson, Van Diyk, Aleksander-Arnold və Salah kimi ulduzlarla çalışmalı olacaq. Yaxınlarda gördüyümüz kimi, hətta Klopp kimi nəhəngin də paltardəyişmə otağının liderləri ilə qarşılıqlı münasibətlərində problemlər yarana bilir. Gələcək komandasının ulduzlarından bir baş aşağı olan Slot haqda bu yöndə nə deyəsən?! Ulduzlar onu dinləyəcəkmi? Qəbul edəcəklərmi? Erik ten Haq MY-yə daha güclü mövqedə gəlmişdi, bununla belə, avtoritetini yeritməklə bağlı ciddi problemlərlə üzləşdi. Slotun vəziyyəti daha çətin olacaq. Hərçənd “Liverpul”da mühit son illərdə Mançesterin qırmızı hissəsi ilə müqayisədə daha yaxşıdı.

Nəyi yaxşıdı?
Əlbəttə, “Liverpul” bosslarının Slotu başqa namizədlərlə müqayisədə üstün tutmasının səbəbləri var. Birinci və əsas səbəb odu ki, Arne Kloppun ideyalarının təbii davamçısıdı.

Son onillikdə “Liverpul”un təkcə əsas heyəti yox, bütün uşaq və yeniyetmə komandaları da 4-3-3 sxeminə uyğunlaşıb ki, inkişaf etməkdə olan istedadlar böyüklərin futboluna daha təbii şəkildə qoşulsun. Deməli, kluba elə məşqçi lazım idi ki, mövcud modeli korlamasın, pozmasın. Məsələn, Xabi Alonso (başqa namizəd Ruben Amorim kimi) açıq-aşkar üç mərkəz müdafiəçisinin olduğu sxemlə oynamağa üstünlük verir. Slot isə “Feyenoord”da elə həmin 4-3-3-dən yararlanır, permanent şəkildə 4-2-3-1-ə də keçir. Slot da sələfi kimi pressinq fanatıdı. Ancaq Klopp yetirmələrinə pressinq dalğasına nə vaxt başlamaqla bağlı istiqamət verirsə, Arnedə bu daimi prosesdi. Hər halda, Slotin komandaları daha çox topa sahib olmağa üstünlük verir – bu məqamda isə niderlandlı artıq Pep Qvardiola ilə Marselo Byelsanın məktəbinin davamçısıdı. Slot deyir:
“Məqsəd o deyil ki, hücum futbolu göstərəsən. Bu, sadəcə, qalib gəlməyin yoludu”.


Bütün sadalanlarla yanaşı, Arnenin modeli “Liverpul”un indiki heyəti üçün asan olacaq. Meydanın mərkəzində hərəkətli beyin (Makallister), qol vəziyyətlərini yaratmaq üçün vingerlərə bel bağlamaq (Salah kimi), həmçinin mövqeyini dəyişməyə, yerdəyişmələrlə rəqibi aldatmağa qadir kreativ universalın (Soboslai) olması onun üçün çox vacibdi. Və əlbəttə, ənənəvi şəkildə hücuma çox yardım edən cinah müdafiəçiləri (Aleksander-Arnold və Robertson). Slot hücum futbolu oynatmağa çalışır, ancaq onun komandaları müdafiədə də etibarlıdı. “Feyenoord” bu mövsüm erediviziyada yalnız PSV-dən çox qol buraxıb. Ekspertlər qeyd edir ki, komanda uğursuz pressinq halında asanlıqla orta və ya aşağı bloka keçir. Yəni futbolçular manevr imkanları ilə bağlı ən parlaq şəkildə təlimatlandırılıb ki, bu da məşqçu korpusunun xidmətidi. Arne öz “Feyenoord”unu belə dəyərləndirir:
“Biz topa çox sahib olmağı sevən və çox intensiv oynayan hücumameyilli komandayıq. Top bizdə olmayanda onu mümkün qədər sürətli qaytarmağa çalışırıq, aqressiv pressinqə əl atırıq. Düşünürəm ki, biz məğlub edilməsi çətin olan komandayıq”.

İkinci vacib məqam Slotun xarakteridi. Jurnalist Denni var Ersel Arne haqda belə deyir:
“Əlbəttə, o, oyunçularına qəzəblənə də bilər, ancaq daha çox onları qucaqlayır. Məşqçi futbolçuların xoşuna gəlir, ona görə ki, klubda harmonik atmosfer yaradıb”.


Açıqlıq və xeyirxahlıq – bu cəhətlər Slotla Kloppu birləşdirir. Bu planda da varislik ənənəsi qorunacaq. Üstəlik Arne gənclərlə yaxşı çalışır. Onun rəhbərliyi altında “Feyenoord”da perspektivli oyunçular nəsli yetişib: Hantsko, Hartman, Viffer, Timber, Ximenes. “Feyenoord” 2022-nin yayında liderlərinin əksərini satdı, demək olar ki, heyətini tam yenilədi. Hər kəs komandanın keçid dövrü yaşayacağını düşünsə də, Slot bütün mexanizmi sürətli şəkildə yeniləməklə ölkə çempionluğunu qazandı. Transferlər planında əksər rəqiblərinə uduzan “Liverpul” üçün belə böhran şəraitlərində işləmək bacarığı çox önəmlidi. Bu məqamı da unutmayaq.

“Liverpul” kağız üzərində həqiqətən də Kloppa maksimal dərəcədə oxşar olan namizəd tapıb. Ancaq əsas məsələ səviyyə fərqi ilə bağlıdı. Biz böyük ulduzlarla müqayisə olunan nə qədər gənc oyunçu görmüşük! Ancaq onlardan neçəsi son nəticədə potensialını açıb? Məşqçilərlə bağlı vəziyyət də oxşardı. Slot açıq-aşkar ağıllı və bacarıqlı mütəxəssisdi. Ancaq bir neçə addımdan sonra bu səviyyəyə sıçramaq ona böyük həcmdə əsəb hüceyrələrinin itkisini vəd edir. Və çox güman, bu problem “Liverpul” azarkeşlərinə də təsir göstərəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2024, 10:0

Slot Kloppun qaldığı evdə yaşayacaq

Dünya futbolu

18-02-2024, 20:0

“Liverpul” ona görə “Bavariya”nı qabaqlayır

Dünya futbolu

29-04-2024, 19:0

“Salah özünün kölgəsini xatırladır”

Dünya futbolu

29-04-2024, 21:0

“Liverpul”un yeni baş məşqçisi kim olacaq?

Dünya futbolu

20-01-2024, 14:0

Salah Kloppu şoka salıb

Dünya futbolu

11-03-2024, 11:0

“Bayer-04” Xabi Alonsoya görə 24 milyon avro istəyir

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
  • Dünən, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Dünən, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Dünən, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
Daha çox
Oxunub: 250
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 224
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 220
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 155
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 152
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə