• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atalanta” ÇL-ə vəsiqə qazandı

Dünya futbolu

21-05-2024, 22:0

A seriyasının 37-ci turunda qeydə alınan nəticələrdən sonra daha bir komanda Çempionlar Liqasına (ÇL) vəsiqəni təmin etdi.

“Football-plus.az” xəbər verir ki, başqa sözlə, 5-ci vəsiqə uğrunda mübarizə finişə bir tur qalmış sona çatdı.

Turun diqqəti daha çox cəlb edən oyunu Milanda keçirildi. Doğrudu, aprelin 22-də 20-ci skudettonu rəsmiləşdirən “İnter” üçün “Latsio” ilə matçın turnir əhəmiyyəti qalmamışdı. Amma romalılar avrokuboklarda oynamaq üçün çətin səfərdən uğurlu nəticə ilə qayıtmağa çalışacaqdılar. Paytaxt təmsilçisi ötən il dekabrın 17-də evdə “İnter”ə məğlubiyyətin (0:2) əvəzini çıxmaq üçün çox enerji sərf etdi. İlk hissəni minimalhesablı üstünlüklə başa vuran İqor Tudorun komandası hədəfə çox yaxın idi. Lakin Dyumfris son dəqiqələrdə başı ilə vurduğu qolla milanlıları məğlubiyyətdən qurtardı.

Milan şəhərinin eyniadlı təmsilçisi isə belə aqibətdən qaça bilmədi. “Torino” ilə matçın xüsusilə ilk yarısını zəif keçirən Stefano Pyolinin komandası topu ardıcıl üç dəfə qapısında gördü. Artıq əvvəlki turda mövsümün vitse-çempionu statusunu rəsmiləşdirən “Milan”ın gücü yalnız darmadağından qaçmağa çatdı.

Gözlənildiyi kimi, “Atalanta” Avropa Liqasının (AL) finalı ərəfəsində Leççedəki matça bir qədər qeyri-optimal heyətlə çıxdı. Eyniadlı komanda buna görə berqamoluları az qala cəzalandıracaqdı. Vəziyyətin ciddiliyini anlayan Can Pyero Qasperini fasilədən sonra Ederson və De Ketelareni mübarizəyə qoşdu. Sonuncu meydana çıxandan az sonra Skamakkanın ötürməsi ilə hesabı açdı. 5 dəqiqə sonra Skamakka Mirançukun ötürməsini qola çevirməklə komandasının qələbəsində böyük rol oynadı. Beləliklə, “Atalanta” da növbəti mövsümdə İtaliyanı ÇL-də təmsil edəcək.

Berqamoluların əsas izləyicisi “Roma” evdə “Cenoa”ya 1:0 hesabı ilə qalib gəlsə də, Avropanın ən nüfuzlu klub turnirində iştirak edə bilməyəcək. Daniele De Rosinin komandası 6-cı yeri tutmaqla AL-ə yollana biləcək.
“Napoli” isə bu gedişlə avrokubokların növbəti mövsümündə iştirak şansı qazana bilməyəcək. “Fiorentina” ilə səfər oyununda məhsuldar heç-heçəyə (2:2) razılaşan İtaliyanın son çempionu praktiki cəhətdən qitə arenasına çıxmaq imkanını daha da azaltdı.

37-ci tur
İnter – Latsio 1:1
Dyumfris, 87 – Kamada, 32. (73148)
İnter: Zommer, Dimarko (Byukenen, 77), Açerbi, Pavar, A.Bastoni (Auqusto, 64), Darmian (Dyumfris, 64), Barella, Mxitaryan (Frattezi, 64), Çalhanoğlu (Sançes, 77), Lautaro Martines, Türam.
Latsio: Provedel, Xila (Kataldi, 78), Patrik, Kazale, Luka Pelleqrini (Hüsay, 66), Maruşiç, Vesino, Rovella (Genduzi, 66), Zakkanyi (Felipe Anderson, 72), Kamada (Luis Alberto, 72), Kastelyanos.
Torino – Milan 3:1
Sapata, 26. İliç, 40. Rodriges, 46 - Bennaser, 55-p. (26638)
Milan: Sportyello, F.Terraçano (Florentsi, 65), Tiav, Tomori, Kalulu, Reynders, Bennaser (Pobeqa, 77), Pulişiç, Musa (Jiru, 77), Okafor (Leao, 61), Yoviç.
Leççe – Atalanta 0:2
De Ketelare, 48. Skamakka, 53. (26354)
Atalanta: Musso, Bonfanti (Bakker, 75), Hin, Toloy, Zappakosta (Ederson, 46), Skalvini, Hatebur, Paşaliç (Adopo, 68), Mirançuk, Ture (De Ketelare, 46), Skamakka (Cimşiti, 62).
Fiorentina – Napoli 2:2
Biraqi, 40. Nzola, 42 - Rrahmani, 8. Kvaratsxeliya, 57. (28267)
Fiorentina: P.Terraçano, Biraqi (Parizi, 78), Lukas Martines, Milenkoviç, Dodo, Artur (Lopes, 87), Bonaventura, Kuame (İkone, 67), N.Qonsales, Nzola (Belotti, 67), Beltran (Mandraqora, 78).
Napoli: Meret, Olivera, Rrahmani, Estiqor, Matsokki, Zambo Angissa, Lobotka, Kayuste, Kvaratsxeliya (Lindstrem, 86), Politano (Raspadori, 76), Simeone (Nqonq, 76).
Roma – Cenoa 1:0
Lukaku, 79. (67334)
Roma: Svilar, Anxelinyo (Mançini, 81), Ndika, Lyorente, Çelik, Bove, Paredes, Kristante, Lorentso Pelleqrini (Əl-Şaaravi, 63), Baldantsi (Dibala, 63/Kristensen, 90+1), Lukaku (Abraham, 90+1).
Udineze – Empoli 1:1
Samarciç, 90+13-p. – Nyanq, 90-p. (24675)
Sassuolo – Kalyari 0:2
Prati, 71. Lapadula, 90+1. (15518)
Montsa – Frozinone 0:1
Şeddira, 9. (12306)
Salernitana – Verona 1:2
Macore, 90 – Suslov, 22. Folorunşo, 45+3. (15998)
Bolonya – Yuventus 3:3
Kalafyori, 2; 53. Kastro, 11 – Kyeza, 76. Milik, 83. Yıldız, 84.

1. İnter 37 29 6 2 87-20 93
2. Milan 37 22 8 7 73-46 74
3. Bolonya 37 18 14 5 54-30 68
4. Yuventus 37 18 14 5 52-31 68
5. Atalanta 36 20 6 10 67-39 66
6. Roma 37 18 9 10 64-44 63
7. Latsio 37 18 6 13 48-38 60
8. Fiorentina 36 15 9 12 55-42 54
9. Torino 37 13 14 10 36-33 53
10. Napoli 37 13 13 11 55-48 52
11. Cenoa 37 11 13 13 43-45 46
12. Montsa 37 11 12 14 39-49 45
13. Verona 37 9 10 18 36-49 37
14. Leççe 37 8 13 16 32-54 37
15. Kalyari 37 8 12 17 40-65 36
16. Frozinone 37 8 11 18 44-68 35
17. Udineze 37 5 19 13 36-53 34
18. Empoli 37 8 9 20 27-53 33
19. Sassuolo 37 7 8 22 42-74 29
20. Salernitana 37 2 10 25 29-78 16
Bombardirlər: Lautaro Martines (İnter) - 24, Vlahoviç (Yuventus) - 16, Osimhen (Napoli) - 15, Qudmundsson (Cenoa), Jiru (Milan) - 14.
Sonuncu turun oyunları mayın 26-da keçiriləcək: Verona - İnter, Milan – Salernitana, Yuventus – Montsa, Cenoa - Bolonya, Atalanta - Torino, Empoli - Roma, Latsio – Sassuolo, Napoli - Leççe, Kalyari – Fiorentina, Frozinone – Udineze.

Turun rəqəmi
11 – mayın 4-də evdə yeni çempion “İnter”ə minimal hesabla qalib gələn “Sassuolo” azarkeşlərini ümidləndirmişdi. Lakin “Cenoa” (1:2) və “Kalyari”yə (0:2) məğlubiyyətlər “yaşıl-qaralar”ın aqibətini müəyyən etdi. A seriyasına 2013-cü ildə vəsiqə qazanan “Sassuolo”nun bu liqadakı macərası 11 mövsüm çəkdi.

Turun ulduzu
Rikardo Rodriges (Torino) – isveçrəli futbolçu “Milan” ilə oyunda yalnız bir saat meydanda olsa da, nəticəyə çox təsir edən oyun sərgilədi. Rodriges sabiq komandasının məğlubiyyətində hesabı açan Sapataya verdiyi məhsuldar ötürmə və fasilədən sonra vurduğu qolla böyük rol oynadı. Qeyd edək ki, 31 yaşlı müdafiəçi “Torino”da 4-cü mövsümünü başa vurmaq üzrə olsa da, İtaliya çempionatında bu komandanın formasında ilk dəfə qapıya yol tapdı.

Turun sitatı
Stefano Pyoli, “Milan”ın baş məşqçisi:

“Rəqibin qapıya endirdiyi 4 dəqiq zərbədən üçü qolla nətcələndi. Bu səbəbdən nəticə bizim üçün ağır oldu. İlk hissədə rəqibin cərimə meydançasına asmalarına lazımi qədər diqqət yetirə bilmədik. Həddən artıq dueldə məğlub olduq və oyun elə bu axarda getdi. Fikrimcə, nəticəyə daha çox “Torino”nun vacib epizodlara daha diqqətli münasibət göstərməsi təsir etdi. Biz sona çatmaqda olan mövsümdə “adi” komandalar arasında ən yaxşısı olduq. Çempionatda yalnız bir komanda valehedici işlər görməyi bacardı. Biz isə mövsümboyu qalan 18 komandadan daha yaxşı göründük. Növbəti oyun mənim üçün “Milan”da sonuncu olacaq? Baxarıq... Bu haqda artıq bir neçə aydı danışılır. Məşqçi belə çətin vəziyyətdə işləyirsə, oyunçuların matçlara tam köklənməsi daha da çətin olur. Odu ki, onları təbrik edirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

3-05-2023, 17:0

Romada dramatik sonluq, “Napoli”nin çempionluğu təxirə salındı - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Dünya futbolu

14-05-2024, 22:0

“Bolonya” ÇL-ə vəsiqə qazandı! - TURUN İCMALI

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə