• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son tura üç komanda çempionluq şansı ilə daxil olur - TURUN ŞƏRHİ

Dünya futbolu

21-05-2024, 21:0

Sondan əvvəlki tur liderlər üçün uğurlu alındı.

“Football-plus.az” xəbər verir ki, son bir ayda ilk dəfə liderlərdən heç biri büdrəmədi. Bu da o deməkdi ki, sonuncu tura 3 komanda çempionluq ümidi ilə daxil olacaq.

Mövsümün əsas sürprizi “Dinamo” “Krılya Sovetov”un müqavimətini 2-ci hissədə vurduğu qollarla qırdı. Moskva təmsilçisi ardıcıl 6-cı qələbəsini qazanmaqla turnirdəki şəxsi rekordunu təkrarladı. Bundan başqa, Marçel Liçkanın komandası ardıcıl 17-ci turda fərqlənməklə 1994-dən buəri ən yaxşı seriyasına imza atdı. “Lokomotiv” evdə “Fakel”ə qarşı keçirdiyi 6-cı çempionat oyununda da uduzmadı və qol buraxmadı (5 qələbə, 1 heç-heçə, top fərqi – 7:0)! Turun maraqlı oyunlarından biri Soçidə keçirildi. Autsayder “Soçi” “Krasnodar”ın çempionluq şansına son qoymağa yaxın idi. Murad Musayevin komandası səfərdə 84-cü dəqiqəyə qədər hesabda geridə olsa da, mükəmməl bir geridönüş etməyi bacardı. Bu nəticə ilə “Soçi”nin “kitabı bağlandı” və komandanın 5 illik fasilədən sonra elita ilə vidalaşması rəsmən təsdiqini tapdı.

Məşqçi dəyişikliyindən sonra yüksəlişə keçən “Spartak” “Rubin”ə heç bir şans vermədi. “Spartak” ötən mövsümün əvvəlindən bəri premyer-liqada evdə keçirdiyi 30 qarşılaşmada ÇSKA ilə birlikdə ən az (3) uduzan komandadı. Turun daha bir maraqlı oyunu Qroznıda keçirildi. Son turlarda tanınmaz halda olan “Zenit” bu dəfə də büdrəyəcəyi təqdirdə çempionluq şansını itirəcəkdi. Özü də Sankt-Peterburq nəhəngi Qroznıda keçirdiyi son 10 çempionat oyununda cəmi 2 qələbə qazanaraq 30 mümkün xaldan yalnız 13-nü toplamışdı. Amma Sergey Semakın komandası, nəhayət, fanatlarını inamlı qələbə ilə sevindirdi. “Axmat”ın 5 oyunluq qələbə seriyası qırıldısa, “Zenit”in 4 oyunluq qələbəsiz seriyası başa çatdı. Fenomenal performans sərgiləyən və 51 dəqiqəyə 5 qol sığışdıran kolumbiyalı Kassyerra Rusiya çempionatı tarixində penta-trik edən ilk əcnəbi futbolçu oldu! Daha öncə bunu 1994-də “Kamaz”ın heyətində Vladikavkaz “Spartak”ı ilə görüşdə Viktor Pançenko və 1998-də “Rotor”un heyətində “Şinnik”lə oyunda əfsanəvi Oleq Veretennikov bacarmışdı. Beləliklə, son turda “Dinamo”ya çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. Çünki moskvalılar şəxsi oyunlarda piterlilərdən üstündü. “Zenit” isə çempionluq seriyasını davam etdirmək üçün yalnız özü qalib gəlməli və “Krasnodar”ın “Dinamo”nu məğlub etməsinə ümid bəsləməlidi. Hərçənd “Krasnodar” “Dinamo”nu yensə, özü də çempion ola bilər. Amma bunun üçün həm də “Zenit” evdə xal itirməlidi.

29-cu tur
Axmat – Zenit 1:5
Konate, 11 – Kassyerra, 3; 9; 44; 46; 51.
Zenit: Adamov, Yerakoviç (Vasilyev, 74), Nino (Rodriqao, 54), Alip, Santos (Karavayev, 19), Barrios, Vendel (Kovalenko, 74), Pedro (Mantuan, 53), Klaudinyo, Sergeyev, Kassyerra.

Dinamo – Krılya Sovetov 4:1
Balbuena, 29; 57. Bitello, 76. Nqamalyo, 90+2 – Qorşkov, 40.
Dinamo: Leşuk, Dasa, Balbuena, R.U.Fernandes, Skopintsev, Laksalt, Çaves, Karraskal (Mariçal, 85), Nqamalyo (Smolov, 90+4), Bitello (Makarov, 90+4), Tyukavin (Qrulev, 90).

Soçi – Krasnodar 2:3
Quarirapa, 43; 73 – Krivtsov, 5. Spertsyan, 84-p. Kobnan, 90+1.
Krasnodar: Safonov, Olusequn (Yektov, 78), Tormena, Alonso, Olasa, Çernikov (Kobnan, 82), Kastanyo (Pina, 63), Krivtsov (Batçi, 63), Spertsyan, Sa (Kadi, 78), Kordoba.

Spartak – Rubin 3:1
Bonqonda, 20. Zobnin, 28. Martins, 63 – Daku, 77.
Spartak: Maksimenko, Zobnin, Duarte, Çernov, Cikiya (Maslov, 68), Xluseviç, Martins, Umyarov (Prutsev, 55), Bonqonda (Mozes, 76), Medina (İqnatov, 55), Sobolev (Uqalde, 68).

Lokomotiv – Fakel 2:0
Süleymanov, 10; 53.
Lokomotiv: Lantratov, Silyanov, Nyamsi, Morozov, Samoşnikov, Batrakov (Mitay, 88), Mirançuk (Karpukas, 79), Barinov, Pinyaev (Triknizyan, 79), Qluşenkov (Jemaletdinov, 79), Süleymanov (Sarveli, 60).

Nijni Novqorod – ÇSKA 2:6
Stotski, 48. Boselli, 77 – Oblyakov, 10. Musayev, 22. Zdelar, 37. Davila, 56. Zabolotnı, 83. Qlebov, 90.

Rostov – Baltika 2:1
Şetinin, 33. Ronaldo, 36 – R.K.Fernandes, 45+2.

Ural – Orenburq 3:3
Beqiç, 44; 60. Şettine, 78 – Vorobyov, 3. Qorbani, 50. Peres, 58.

1. Dinamo 29 16 8 5 53-38 56
2. Zenit 29 16 6 7 50-26 54
3. Krasnodar 29 15 8 6 44-29 53
4. Lokomotiv 29 13 11 5 49-37 50
5. Spartak 29 14 7 8 41-32 49
6. ÇSKA 29 11 12 6 54-40 45
7. Rostov 29 12 7 10 42-44 43
8. Rubin 29 11 8 10 30-37 41
9. Krılya Sovetov 29 11 7 11 45-43 40
10. Axmat 29 10 5 14 33-43 35
11. Ural 29 7 9 13 30-44 30
12. Orenburq 29 7 9 13 34-41 30
13. Fakel 29 6 11 12 20-31 29
14. Nijni Novqorod 29 8 5 16 28-50 29
15. Baltika 29 7 5 17 32-39 26
16. Soçi 29 5 8 16 36-47 23
Bombardirlər: Kassyerra (Zenit) – 21, Tyukavin (Dinamo) – 15, Kordoba (Krasnodar) – 14.
Sonuncu turun oyunları mayın 25-də keçiriləcək: Zenit – Rostov, Krasnodar – Dinamo, Krılya Sovetov – Nijni Novqorod, ÇSKA – Ural, Rubin – Soçi, Baltika – Lokomotiv, Fakel – Axmat, Orenburq – Spartak.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Gözəl qələbə qazandıq. “Axmat” son həftələrin ən yaxşı komandalarından biri idi. Deməzdim ki, oyundan öncə favorit idik. Amma bu gün, nəhayət, tilsimi qırdıq və baxımlı qollar vurduq. Son oyunlarda bizə məhz qollar çatışmırdı. Hər oyundan sonra qeyd edirdim ki, futbolda nə qədər yaxşı oynayırsan-oyna, qolsuz qalib gəlmək mümkün deyil. Bilirdim ki, gec-tez “partlayacağıq”. Çünki qola və qələbələrə həsrət qalmağımıza baxmayaraq, yaxşı oynayırdıq. Bu oyun öz bəhrəsini nə vaxtsa verməliydi. Həm Kassyerranın, həm də bütövlükdə komandanın performansı məni sevindirdi. Son tura ümidlə daxil oluruq. Taleyimiz öz əlimizdə olmasa da, son saniyəyə qədər çempionluq uğrunda mübarizə aparacağıq. Həm sonuncu tur, həm də kubokun finalı bizim üçün böyük əhəmiyyət daşıyır. Hər iki oyuna çox yaxşı hazırlaşacağıq”.


Marçel Liçka, “Dinamo”nun baş məşqçisi:
“İlk yarıda topu özümüzdə saxlaya bilmirdik. Bəlkə də oyunçuların üzərindəki böyük təzyiq özünü göstərirdi. Elə mən özüm də matçdan öncə stress yaşayırdım. Baxmayaraq ki, həm futbolçu, həm də məşqçi kimi yetərincə təcrübəm var. Mövsümün belə həlledici məqamında səhvə yol verməyə haqqımız yox idi. İkinci hissədə işlər qaydasında düşdü. Son turda Krasnodar səfərində təzyiq maksimum həddə olacaq. Bunun öhdəsindən gəlib-gəlməyəcəyimizi zaman göstərəcək. Ən azı sona qədər əlimizdən gələni edəcəyik. Meydana 150 faiz konsentrasiya ilə çıxacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-10-2023, 20:0

Çempion məğlubiyyətləri sıralayır – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 15:0

“Krasnodar” zirvəni əldən vermədi

Dünya futbolu

15-05-2024, 20:0

“Dinamo”nu möcüzəvi çempionluqdan 4 xal ayırır - TURUN İCMALI

Dünya futbolu

8-05-2024, 22:0

“Krasnodar” böhranda, “Dinamo” yüksəlişdə

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə