Millimiz yarımfinalda məğlub oldu

20.05.2024 14:12 138
İdman
Qadınlardan ibarət həndbol millimiz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma yarımfinalda "Özbəkistan TJ" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 29:28.

Qeyd edək ki, millimiz qrup mərhələsindəki hər üç matçda qələbə qazanmışdı.