Fransalı futbolçu İtaliyada qalacaq

13.05.2024 11:50 155
Dünya futbolu
Matteo Genduzinin karyerası ilə bağlı məsələyə aydınlıq gəlib.

O, növbəti mövsümə də “Latsio”da başlayacaq.

İtaliya klubu “Marsel”dən fransalı futbolçunun transfer hüququnu alıb. Roma klubunun saytı bu əməliyyatın “Latsio”ya 13 milyon avroya başa gəldiyini xəbər verib.

Genduzi bu mövsüm icarə qaydası ilə çıxış etdiyi komandada 43 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun əvvəllər “Arsenal”, “Herta” və “Loryan”da çıxış etdiyini də bildirək.