• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Marko mövsüm bitəndən sonra Dortmundu tərk edəcək - Roys əfsanədi, yoxsa uğursuzluğa düçar olan birisi?

Dünya futbolu

10-05-2024, 19:0

Marko Roys “Borussiya” ilə müqavilə müddətini uzatmayacaq.

“Football-plus.az” xəbər verir ki, bu xəbər rəsmi şəkildə açıqlanıb. Dortmundda 12 il keçirən alman futbolçu komandanın əsl rəmzinə çevrilib – “Siqnal İduna Park”da yetişən ulduzlar top-klubların yolunu tutduğu halda, o nəsə qazanmaq ümidi ilə burda qalıb. Hazırda 34 yaşı olan Markonun titulları onun istedadına qətiyyən uyğun gəlmir – Almaniyanın iki kuboku və üç Superkuboku. Roysun karyerası birmənalı keçmədi: bir tərəfdən, getsəydi, daha artığına nail ola bilərdi, digər tərəfdən isə demək olar ki, bütün karyerasını bir komandada keçirməklə inanılmaz sadiqlik göstərdi. Bu da müasir futbol üçün qeyri-adi tendensiyadı.

Marko təkcə klubda faciəvi anlar yaşamayıb
23 yaşlı Roys “Borussiya”da keçirdiyi elə ilk mövsümdə (2012/13) az qala Çempionlar Liqasını qazanacaqdı. “Bavariya” Yürgen Kloppun çalışdırdığı komandanı finalda məğlub etdi (2:1). Markonun həmin oyunda qazandığı penaltini İlkay Gündoğan qola çevirdi. “Siqnal İduna Park”dakı elə ilk mövsümdə Çempionlar Liqasının finalında alınan məğlubiyyət Roysun bu klubdakı çoxsaylı məyusluqlarından biri və bəlkə də ən yüksək uğuru oldu. Hər halda, ÇL-in finalında oynamaq ölkə kubokunu iki, Superkubokunu üç dəfə qazanmaqdan daha nüfuzludu.
Müntəzəm üzləşdiyi kiçik zədələrə baxmayaraq, Rays sabit şəkildə top səviyyəsini göstərib. O, 2012/13 mövsümündə bütün turnirlərdə 19+16 göstəricisi ilə yadda qaldı, növbəti mövsüm 23 qol vurdu, 22 məhsuldar ötürmə verdi və məntiqlə DÇ-2014-də Almaniya yığmasının liderlərindən biri olmalıydı. Markın karyerasındakı daha bir faciə bu turnirlə bağlıdı – komandanın Braziliyaya yollanmasına bir gün qalmış Ermənistanla yoldaşlıq oyununda topuq bağlarını qırdı və bundestim üçün qələbə ilə bitən mundialı buraxdı. Ümumiyyətlə, yarımmüdafiəçinin yığma karyerası heç alınmadı: DÇ-2014-ün ardından zədə üzündən AÇ-2016-nı, AÇ-2020-ni, 2017-ci ildə keçirilən Konfederasiyalar Kubokunu və DÇ-2022-ni də buraxdı. Klubda da zaman-zaman zədə problemi yaşadı: məsələn, 2016/17 mövsümündə hədsiz az (bundesliqda cəmi 1189 dəqiqə) az oynadı, növbəti mövsümü isə xaçvari bağın qırılması üzündən praktiki cəhətdən tam buraxdı. Bu, Roysun karyerasındakı ən ciddi zədə idi. Buna qədər onu əsasən qısa müddətə yaşıl meydandan kənarda qoyan əzələ problemləri narahat edirdi. Xaçvari bağın qırılması futbolçunu psixoloji cəhətdən də çökürdü: cəmu 29 yaşında o artıq qocaldığını düşünməyə başladı, yorulduğunu etiraf etdi.

Potensialını tam aça bilmədiyinə görə özü günahkardı
Bununla belə, alman sabit şəkildə “Borussiya”nın heyətində ən məhsuldar futbolçulardan olub, böyük titulları qazanmağa iddialı klubların diqqətini sonsuza qədər cəlb edib. Cari və xaçvarı bağın qırıldığı mövsümləri nəzərə almasaq, Dortmundda keçirdiyi 12 ildən yalnız biri sönük alınıb. Marko ötən mövsüm bütün turnirlərdə keçirdiyi 1806 dəqiqə ərzində 16 məhsuldar hərəkətlə (8+8) yadda qalıb. Roysun istedadının ən böyük vurğunlarından biri üç il onu çalışdıran Klopp olub. Adı çəkilən mütəxəssis həmvətənini “Liverpul”a aparmağı arzulsa da, Marko başqaları ilə yanaşı, ona da “yox” cavabı verib. Almaniyanın məşhur “Bild” nəşri Roysun “Borussiya” naminə neçə klubun təklifini qəbul etmədiyini hesablayıb. 2012-ci ilin yayında həmin vaxt Münhenqladbax komandasının şərəfini qoruyan Marko “Bavariya”nın baş məşqçisi Yupp Haynkesi ziyarət edib. Məşhur mütəxəssis futbolçunu kofe, tort və “Alyans Arena”ya köçmək təklifi ilə qarşılayıb. Yarımmüdafiəçi həmin vaxt artıq Dortmunda köçməyə qərar vermişdi. PSJ Roysun arxasınca həm 2014-cü, həm də 2015-ci ildə yürüdü. Parislilərin ikinci təklifində ağlasığmaz 20 milyon avro maaş təklifi yer almışdı. Almaniyalı yüzdəyüz “Park de Prens”də bir neçə çempionluq qazanacaqdı. Elə həmin il Marko “Real”la “Barselona”dan da təklif aldı: madridlilərə “göy-qırmızılar”a simpatiyasına görə “yox” dedisə, kataloniyalılarla da ...“Borussiya”ya daha böyük sevgisi üzündən anlaşmadı. Marko 2015-ci ildə Dortmund klubu ilə müqavilə müddətini 2019-cu ilə qədər uzatdı. Hərçənd komanda həmin vaxt bundesliqada 16-cı yerdə sürünürdü, dərin böhran yaşayırdı. 2018-ci ilin əvvəlində Pep Qvardiola da almaniyalı ulduzun arxasınca düşdü. Bununla belə, ildə 23 milyon avro maaş təklif edən “Mançester Siti” də Roysu “Borussiya”dan daha artıq dərəcədə həyəcanlandıra bilmədi.

Maraqlıdı ki, bu klubların hər biri Roysa təklif göndərəndən sonra ölkə çempionluğunu və Çempionlar Liqasını (PSJ-dən başqa) qazanıb. Almaniyalı ulduz özü isə top səviyyəli bircə dənə də titul qazanmayıb. Belə görünür ki, yarımmüdafiəçi özü-özünü potensialını maksimal dərəcədə reallaşdırmaq imkanından məhrum etdi, rahat Dortmundda qalmaqla yeni səviyyəyə doğru addım atmaq istəmədi. Ona gerçək bir dahi olmaq yolunda təkcə zədələr yox, özünün qətiyyətsizliyi də mane oldu. “Borussiya” bu il hətta Çempionlar Liqasının qalibi olsa belə, bu, Markonun qələbəsi olmayacaq – o, pley-off mərhələsində yalnız PSV ilə ilk 1/8 final oyununda 15 dəqiqədən artıq meydanda görünüb (PSJ ilə oyundan əvvəl yazılıb – red.). İndi komandada ab-havanı başqaları müəyyənləşdirir.

Hər halda, Marko niyə dahidi?
Nəhənglərin transfer təklifləri Roysun gözünü qamaşdırmadı, bu üzdən top səviyyəli titullara həsrət qaldı. Ancaq bəlkə də onun böyüklüyü elə bundadı: şəxsi ambisiyaları daha ali dəyərlərə - sadiqliyə, azarkeş sevgisinə, kluba sevgisinə qurban verdi. Marko hər zədədən sonra sıraya qayıtdı, birlikdə komandanı güclü etdiyi oyundaşlarının ayrılmasına dözdü. Yarımmüdafiəçi Mario Götse, Robert Levandovski, İlkay Gündoğan, Mats Hummels, Ceydon Sanço, Pyer-Emerik Obameyanq və başqa ulduz oyundaşlarının satılmasını ağrı ilə qarşılasa da, əlindən nə gəlirdi ki?! “Siqnal İduna Park”da yalnız o özü və böyük qələbələrin yoxluğu dəyişməz qaldı.
Klopp hələ 2015-ci ildə belə demişdi:

“Roysun klub üçün vacibliyi haqda yeni müqaviləsinin müddətinə əsasən mühakimə yürütmək olar. Onun səviyyəsini və klubun düşdüyü vəziyyəti nəzərə alsaq, güman etmək olardı ki, Marko hansısa məqamda Dortmundu tərk edəcək. Ancaq hətta bütün klublar Roysu almaq istəyəndə qalmaq istədiyini dedi. Düşünürəm ki, bu yaşda olan adam üçün möhtəşəm və qeyri-adi hərəkətdi. Məhz buna görə Roysu böyük futbolçu və möhtəşəm şəxsiyyət sayıram”.


Marko davranışı ilə Stiven Cerrardı, Françesko Tottini, Paolo Maldinini və bütün karyerasını bir kluba həsr edən başqa əfsanələri xatırladır. O, sadiqliyin şöhrətdən daha yüksək dəyərləndirildiyi “köhnə kişilərin futbolunun” son qəhrəmanlarından biridi. Əlbəttə, Roys böyük futbola Münhenqladbaxda qədəm qoyub, ancaq elə ilk imkandaca 6 yaşından məşğul olduğu “Borussiya”ya qayıdıb. Yarımmüdafiəçi bunun sayəsində Dortmund üçün əvəzolunmaz fiqura, kulta çevrilib və adını tarixə əbədi yazıb. Bəlkə də top-klublara mükafat dalıncaq qaçsaydı, irsi daha sısqa görünəcəkdi. Ancaq almanın karyerası yaddaşlara əbədi yazılacaq. Bəzən adamın Roysa yazığı gəlsə də, çoxları üçün o əsl idoldu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-02-2024, 17:0

Yayda Dortmundu tərk edəcək

Dünya futbolu

25-04-2023, 19:0

Roys ilə bağlı açıqlama

Dünya futbolu

7-05-2024, 15:0

“Borussiya”nı mövsümün sonunda tərk edəcək

Dünya futbolu

19-01-2024, 17:0

Dortmundda qalmayacaq

Dünya futbolu

1-05-2023, 17:0

“Borussiya”da yeni müqavilə

Aktual
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Son xəbərlər
  • Bu gün, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Bu gün, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Bu gün, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Bu gün, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Bu gün, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Bu gün, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə