• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yeni rəhbərlik bir ayı arxada qoydu

Ölkə futbolu / Manşet

6-05-2024, 21:0

Mayın 2-də AFFA-nın yeni rəhbərliyinin ilk ayı tamam oldu.

Təbii ki, bu ölkədə futbolun halına yanan hər kəs aprelin 2-də yeni dönəmin başladığını düşünürdü. Rövşən Nəcəfin AFFA prezidenti postuna gəlişi, İcraiyyə Komitəsinin yeni tərkibinin seçilməsi ilə islahat dalğasının başlayacağını düşünənlərin sayı çox idi. Müxtəlif mövzularla bağlı nikbin mesajlar da verilmişdi. Uşaq futbolu, milliyə yeni baş baş məşqçinin gəlişi, infrastruktur, bölgələrdə futbolun inkişafı, uşaq futbol məşqçilərinin yetişdirilməsi, hakimlikdə kök salmış problemlərin həlli istiqamətində konkret işlərə başlanacağı güman olunurdu. Amma... İlk bir ayda heç bir canlanma yoxdu, sanki qurbağa gölünə daş atılıb. Bəs niyə belədi? İlk ay növbəti dövr üçün bizə hansı ümidlər verir?

Bu suallar ətrafında əvvəlcə həmkarımız Kənan Məstəliyevin fikirlərini öyrəndik:

“Yeni AFFA-nın bir ay ərzindəki fəaliyyətinə hansısa qiymət vermək olmur. Çünki ortada fəaliyyət yoxdu. Ya var biz görmürük, ya da ictimaiyyətə göstərmirlər. İndiki vəziyyətdə faktiki olmaması anlamına gəlir. Əslində biz müsbətə köklənməliyik. Uzun illər ərzində AFFA problem o qədər çox olub ki, artıq o binadan xoş xəbər eşitməyə öyrəşməmişik. Bəlkə də rəhbərlik hansısa addımlar atmağa hazırlaşır. Fikrimcə, yeni rəhbərlik yarımçıq addımlarla ictimaiyyət qarşısına çıxmaq istəmir. Məsələni toplu şəkildə həll edib, yəni işi bitirib, sonra görünmək istəyirlər. Çünki bilirik ki, baş məşqçi axtarışı davam edir. İş təkcə baş məşqçidən ibarət də deyil. Azərbaycan futboluna baxış necə olacaq? Uşaq futbolunda nə etmək istəyirlər? Planlar və strategiya nədi? Onu açıqladıqdan sonra hansısa fikir bildirmək mümkündü. Hazırkı vəziyyətdə ortada heç nə yoxdu. İctimaiyyətə məlumat verilmədiyi müddətdə fikir bildirmək də olmur”.


Bəs bu müddətdə hansı addımlar atılmalıydı? Bu sual isə “Turan”ın sabiq icraçı direktoru, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanova ünvanladıq:
“İlk bir ayda, ümumiyyətlə, heç bir nöqtə belə görünmədi. Görünən nəsə yoxdu. Güman edirəm ki, belə davam etməz. Amma AFFA-nın rəhbərlik seçimi və ümumi seçki prosesinin bəsit keçməsi təəsüf doğurdu. Hər halda, keçmişin nəticələrindən dərs çıxarıb, gələcək üçün mühim addımlar atılar. Mütləq şəkildə seçkidən dərhal sonra əməli işlər görülməliydi. Baxıram ki, klublara çatası vəsait gecikir və müəyyən vergi tətbiq olunur. Bir qədər həyəcan doğuran amildi. İnkişaf üçün hansi addımlar atılmalıydı? Uşaq futbolunun diqqətə götürüləcəyi deyilir. Uşaq futbolu deyiləndə nədən başlamalı? Uşaqların hamısını futbola cəlb etməliyikmi? Əlbəttə, yox. Hər bir yaşayış məntəqəsi - kənd və ya şəhər, fərqi yoxdu - meydançalarla təmin olunmalıdı. Uşaq onu görüb sevməlidi ki, futbol oynasın. Velosiped yoxdusa, insan sürməyi necə bacaracaq? Eynilə də top görməyən bir adam necə oynamağı öyrənə bilər? Hamısı üçün şərait yaradılmalıdı. Kəndlərarası və ya qəsəbələrdə mütləq ayda bir dəfə yarışlar təşkil olunmalıdı ki, uşaqlar həvəslə komandaların oyununa baxıb, nəticə çıxarsınlar. Yoxsa hansısa inkişaf mümkünsüzdü. Futbol deyiləndə hamı elə anlayır ki, hər kəs bacara bilər. Uşaq futbolu ön plandadı, amma əsas məsələ lazımi təminatdan başlayır. Elə rayonlar var ki, orda nəinki stadion, top belə yoxdu. İlk növbədə stadionlar tikilməli, istifadəyə verilməlidi. Sonra uşaq futbolundan nəsə gözlənilməlidi. Dünya səviyyəli futbolçular küçə futbolunda, belə meydançalarda formalaşıb. Bizdə də belə olmalıdı. Təsəvvür edin ki, bir dəfə Ayna Sultanovanın heykəlindən “Tofiq Bəhramov”a qədər 41 ictimai-iaşə obyekti saydım. Amma meydança yoxdu. Ölkədə ofisiant yetişdirmək futbolçu yetişdirməkdən dəfələrlə peşəkar səviyyədədi. Halbuki inkişafa bu amillərdən başlanılmadı. Şərt deyil peşəkar səviyyədə oynanılsın. Lakin bir başlanğıc, təməl belə qoyulmalıdı. Rayon çempionatı, ərazi və region çempionatı geniş səviyyədə təşəkkül tapmalıdı. İlk addım kimi AFFA mütəşəkkil səviyyədə yerli bələdiyyələr və icra hakimiyyəti ilə ciddi şəkildə əlaqə saxlamalıydı. Bizdə bircə dənə bələdiyyə meydançası göstərə bilərsizmi?! Bizimkilər, ümumiyyətlə, futboldan kənardadı. Dünyanın hər yerində bələdiyyə aparıcı strukturdu. AFFA rəhbərliyi əvvəl gündən bu addımları atmalıydı. Ölkə üzrə birgə fəaliyyət proqramı hazırlamalıdılar”.

Bilindiyi kimi, AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlərdən biri də növbəti mövsüm üçün legioner limitinin 8+4-ə çevrilməsi və komanda sayının 12-yə çatdırılmasıdı. Yaşar bəy bu ideyaların hansı sonluğa gətirib çıxaracağına da aydınlıq gətirdi:
“Mütləq şəkildə 7 legioner limiti maksimum 4-ə salınmalıdı. Hər xətdə bir əcnəbinin olması kifayət edir. Fəqət indi əksər klublar meydana legionerlərlə çıxır. Yerdə qalan dörd nəfərdən bəziləri də “milliləşdirilmiş” futbolçulardı. Elitada 10 komanda, deməli, olkədə 40-50 futbolçu var. Limitin artırılması kobud səhv olar. Artırılsın, 11-i də legioner olsun. Milliyə futbolçular hardan yığılacaq?! Gürcülərdə, ermənilərdə nə qədər legioner yetirmələri var. Bizim isə xaricdə nəticəsiz, barmaqla sayılacaq bir neçə futbolçumuz var. Millini hardan formalaşdıraq? Bu futbola yox, bir-biri ilə aparılan ədavətə bənzəyir. Legioner artımını milli futbola xəyanət hesab edirəm. İndiki say belə qəbulolunmazdı. Bizimkilər nə vaxt oynayacaq? Təkcə “Qarabağ” rəhbərliyi düzgün struktur formalaşdırıb və nəticələri başucalığıdı. Amma o da bir klubdu, milli komanda deyil. Sadaladığım amillər hamısı mümkün olan hallardı. Məsələn, Gürcüstanın bir klubu Avropa səviyyəsində hansısa nəticə göstərməyib. Amma dünya futbolunda 300-dən artıq legioneri var. Onun 30-40-ı Avropada oynayır. Çempionatında cəmi iki legionerə icazə verilir. Məqsədimiz milli futbolu dirçəltmək olmalıdı. Ayrı-ayrı klublarla bu olmur. Komanda sayınin artırılması müsbət addım olar. 2004/05 mövsümündə 16-18 komandamız var idi, altı-yeddisi çempionluğa iddialıydı. Stadionlar da dolu olurdu. Futbol üçün həvəs yaradacaq paralel struktur yaradılmışdı. Hazırda hansısa komandanın ömrü maliyyə dayağının ömrü qədərdi. Çünki klub kimi heç biri müstəqil formalaşmayıb. Gözümüzün qarşısında “Qəbələ”, “Xəzər Lənkəran”, “Bakı” və başqa nümunələr var. Ona görə ki, maliyyə dayağı çökən kimi komandalar yox olub gedir. Gəncə, Tovuz və neft olduğu müddətcə “Neftçi” istisna. Yəni öz yetirmələri hesabına ən çətin vəziyyətdə nəsə edə bilərlər. Başqa hansısa komanda deyə bilmərik ki, yerli resurslar hesabına müəyyən mərtəbəyə çata bilər. “Qəbələ” kimi Avropa səviyyəsində infrastrukturu, öz akademiyası olan klub bu tip səbəblərdən məhv olur. Komanda sayı artırılarsa, bu addımı ancaq alqışlayaram”.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

5-04-2024, 10:0

Səməd Qurbanov hər şeyin yaxşı olacağını düşünür

Ölkə futbolu

2-03-2023, 10:0

AFFA İcraiyyə Komitəsinin iclasında hansı məsələlər müzakirə olunacaq?

Ölkə futbolu

5-04-2024, 18:0

Rəhbərlik dəyişdi, futbolumuz da dəyişəcəkmi?

Ölkə futbolu / Manşet

17-06-2023, 12:0

“Bu qərardan belə anlaşılır ki, AFFA Lənkəranda futbolun inkişafını istəmir”

Ölkə futbolu / Manşet

5-03-2024, 14:0

AFFA prezidenti vəzifəsinə ilk namizəd: Süleymanovun yeni vəzifəsi nəyə hesablanıb? - ÖZÜ DANIŞDI

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 212
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə