• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şarapova ilə Vuyaçiçin qalmaqallı sevgi dastanı

Aktual

22-04-2024, 22:0

Yəqin Mariya Şarapovanı tanımayan yoxdu.

“Football-plus.az” xəbər verir ki, “Böyük dəbilqə” seriyalı 5 turnirin qalibi olan rusiyalı tennisçi 2012-ci ildə keçirilən London Olimpiadasının da gümüş medalçısıdı. Saşa Vuyaçiç isə ikiqat (2009, 2010) MBA çempionudu. Şimali Amerika karyerası boyunca “Leykers”lə yanaşı, “Nyu-Cersi”, “Klippers” və “Nyu-York” komandalarının şərəfini qoruyub. Türkiyə və İtaliya klublarında da çıxış edib, “Efes”in formasını geyərkən iki dəfə (2012, 2013) Türkiyə çempionatının ən dəyərli oyunçusu sayılıb.
Adı çəkilən idmançılar 2009-cu ildə ortaq dostlarının barbeküsündə tanış olub. Onda 25 yaşlı Vuyaçiç “Leykers”də oynayırdı. 22 yaşlı Şarapova isə çiyin əməliyyatından sonra bərpa dövrü keçirdi. Şarapova həmin görüşlə bağlı avtobioqrafik kitabında belə yazır:

“O, gecənin ortasında gəldi, duşdan yeni çıxdığından saçı hələ də nəm idi, idman kostyumundaydı, hər iki dizində buz var idi. Və dərhal da xoşuma gəldi. Mənim adamım idi”.


Gənclər bir-birini bəyəndi. Rusiyalı tennisçinin diqqətini daha çox çəkən məqam Saşanın ailəsi ilə isti münasibəti idi:
“Bir-birimizə uyğun gəlirdik. Onun Los-Ancelesdə evi var idi, Saşa ucaboy, ağıllı oğlan idi, ailəsi ilə xoş münasibət saxlayırdı”.


Ancaq Mariyanın valideynləri – Yelena və Yuri qızın seçimin bəyənmədilər. Sloveniyalının lazımi təhsilinin olmaması onları narazı salmışdı. Ancaq Mariya məsləhətlərə qualq asmadı, basketbolçu ilə münasibətləri davam etdirdi. Cütlük münasibətlərini ictimaiyyətdən gizlətmirdi. Tanışlıqdan dərhal sonra U2 qrupunun konsertində göründülər, basketbolçu jurnalistlərə birgəliklərini etiraf etdi:
“Bəli, Mariya ilə görüşürük. Və mən xoşbəxtəm. Bizdə hər şey yaxşıdı”.


Bununla belə, cütlük arasında daim mübahisə yaşanırdı. Məsələn, Saşa inad edirdi ki, onun Los-Ancelesdəki evində yaşasınlar, ancaq tennisçi Kaliforniyadakı malikanəsində qalmaq istəyirdi. Mariyanın fikrincə, həmin mülk daha geniş və rahat idi:
“Bu, tər-təmiz kişi yanaşması və ya bəlkə də Şərqi Avropada doğulan kişinin yanaşması idi. O, münasibətlərimizdə daim özünün mərkəzi rolunu vurğulayırdı. Saşa ona mənim karyeramın, evimin daha yaxşı, qazancımın yüksək olduğunun xatırladılmasını sevmirdi. Biz onun evində yaşayır, belə şeylər haqda danışmırdıq, sadəcə, münasibətləri davam etdirirdik”.


Mariya 2010-un yayında valideynlərini Saşa ilə barışdırmaq üçün onunla birgə xeyriyyə proqramı çərçivəsində Çernobıla yollandı. Cütlük səfər zamanı Şarapovlar ailəsinin Belarusun Qomel şəhərindəki doğma yerlərini ziyarət etdi, tennisçi Saşanı nənəsi ilə tanış etdi. Ancaq geri qayıdarkən təyyarədə bir daha sözləri çəp gəldi. Mariyanın atasının qızını seçiminə görə kəskin tənqid etməsi odun üstünə yağ tökdü, sloveniyalı onun sözlərini eşitdi.

Vuyaçiç ailə ilə dostlaşa bilməsə də, ürəyinin səsinə qulaq asaraq Şarapovaya evlilik təklif etdi. İdmançılar tanışlıqdan bir il sonra – 2010-un payızında nişanlandılar. Saşa qızın barmağına 250 min dollarlıq brilyant üzük taxdı. Onda bir çox jurnalist Saşanı üzüyün ucuzluğuna görə tənqid etdi. Mariya ailə statusunu belə tez dəyişməyə hazır deyildi, gözlənilən evlilik onu həyəcanlanırdı:
“Bu nişanlanma evlənmək ərəfəsindəki ənənəvi addım deyildi. Mən buna qətiyyən hazır deyildim. Bu daha çox niyyət bəyannaməsi idi. Mənə elə gəlir ki, bu da Şərqi Avropadan və ya Sloveniyadan gəlir, yəni sevgi rəmzidi”.


Vuyaçiç 2011-də “Efes”lə müqavilə bağladı. Sevgililər daha seyrək görüşməyə başladı. Şarapovanın kitabından növbəti sətirlər:
“İndi biz aylarla bir-birimizdən uzaq düşürdük, münasibətlərimizin necə inkişaf etməsiylə bağlı düşünmək imkanım olurdu. O hec cür etiraf etmirdi ki, mən öz idman dünyamda daha uğurluyam. Uğurlarım, şöhrətim, pulum onun üçün görünməz maneəyə çevrilmişdi. Mən özümü bir evə qapadılmış, tələdə olan adam kimi hiss edirdim”.


2012-ci ildə keçirilən “Rolan Qarros”da Saşa sevgilisinin mükafatlandırma mərasimində onun adını çəkməməsindən kəskin narazılıq etdi. Məhz onda Mariya anladı ki, artıq münasibətlərə son qoymağın vaxtıdı.
Tennisçi basketbolçudan ayrılandan sonra həmkarı Qriqor Dimitrov ilə münasibət qurdu. Bolqar idmançı buna qədər Serena Uilyamsla görüşmüşdü deyə, rusiyalı və amerikalı tennisçilərin onsuz da prinsipial xarakter daşıyan münasibətləri kortdan kənarda da kəskinləşdi. Mariya və Qriqor 2015-in yayında ayrıldılar.

Şarapovanın qəlbi uzun müddət boş qalmadı. O, 2017-də britaniyalı milyonçu Aleksandr Gilkslə tanış oldu. Biznesmenin sərvəti milyonlarla funt sterlinqlə ölçülür. Gilks incəsənət nümunələrinin kolleksiyası ilə məşğul olan “Paddle8” hərrac evinin yaradıcısıdı. Aleksandr Rusiya mədəniyyətindən xəbərdardı, kral ailəsinə yaxındı, şahzadə Uilyamla dostluq edir, onun toyuna dəvət alanlar arasında olub.

Gilks buna qədər modelyer Mişa Nonu ilə evli idi, ancaq ailə 2017-də dağıldı. Aleksandrla Mariya bir müddət münasibətlərini gizli saxladılar, bu romandan ictimaiyyət yalnız bir il sonra xəbər tutdu. Rusiyalı gözəl 2018-in payızında sevgilisinin fotosunu sosial şəbəkədə yaydı. 2019-un qışında cütlük “St. Petersburg Ladies Trophy” turniri çərçivəsində bu şəhərə baş çəkdi. Şarapova ilə Gilks 2020-ci ildə - tennisçi karyerasını bitirəndən dərhal sonra nişanlandı.

Vuyaçiç isə bir daha heç bir xanımla nigah bağlamadı. Ümumiyyətlə, məşhur basketbolçu Mariya ilə romanın ardından şəxsi həyatı ilə bağlı danışmağı xoşlamır. Baxmayaraq ki, mediada zaman-zaman adı müxtəlif qadınlarla, məsələn, aktrisa və model Peris Hiltonla yanaşı hallanır. Saşa evlənməyibsə, deməli, varisi də yoxdu. Mariya isə Aleksandr Gilksə oğul bəxş edib. Uşaq 2022-ci il iyulun 1-də dünyaya gəlib. Mariya onun haqqında sosial şəbəkədə belə yazmışdı:
“Teodor VII.I.MMXXII. Kiçik ailəmizin ancaq arzulaya biləcəyi ən gözəl, mürəkkəb və faydalı hədiyyə”.


Rusiyalı tennisçi artıq illərdi ABŞ-da yaşayır. Həmin ölkədə onun bir neçə daşınmaz əmlakı var. 2020-ci ildə Los-Ancelesin ətrafında üçmərtəbəli mülk alıb. Bu mülk Mariyaya bir neçə milyon dollara başa gəlib. Ev iki zonadan ibarətdi. Birincisi ailə, ikincisi qonaqlar üçün nəzərdə tutulub.

Şarapovanın Sammerlend rayonunda (Kaliforniya, Santa-Barbara dairəsi) 8,6 milyon dollarlıq rançosu da var. Həmin yer üzüm bağları ilə məşhurdu. Kompleks üç hissədən ibarətdi: əsas mülk, qonaq evi və mühafizə üçün tikili.

Bu il isə Şarapova daşınmaz əmlak sayını bir vahid də artırıb – Montesitoda da ev alıb. Bu evdə əvvəllər MBA klublarından “Çikaqo Bull”zun həmsahibi Robert Lurinin dul arvadı Enn yaşayıb. Evin sahibi ona 13 milyon dollar qiymət qoysa da, Şarapova 11,5 milyon ödəməklə alıb.
Bəs Mariyanın keçmiç sevgilisi Vuyaçiç hardadı? O, 2019-cu ildə karyerasını bitirəndən sonra vətəni Sloveniyaya qayıtmağı lazım bilmədi. İkiqat MBA çempionu Kaliforniya ştatında, sahilyanı Redondo-Biç şəhərində yaşayır. Saşa çox istədiyi valideynlərini də Amerikaya aparıb, onlar üçün Palos-Verdesdə ranço alıb.

Paylaş:
Digər xəbərlər

İdman

20-07-2022, 14:0

Şarapova oğlunu ictimaiyyətə göstərdi

İdman

21-04-2022, 23:0

Şarapova hamilə olduğuna işarə etdi

İdman

2-02-2024, 21:0

Medvedev indiyə qədər 40 milyon qazanıb

İdman

15-12-2022, 21:0

Ən dəblilər arasında idmançılar da var

İdman

2-10-2023, 14:0

Şarapova: “Mən həmişə Sinnerə azarkeşlik edirəm”

Aktual
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
"Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
“Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
“45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
İTV oxları “CBC Sport”a yönəltdi – “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”
Son xəbərlər
  • Bu gün, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Bu gün, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Bu gün, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Bu gün, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Bu gün, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • Dünən, 23:44
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • Dünən, 22:56
    Yenə Antonelli!
  • Dünən, 21:55
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
  • Dünən, 21:21
    “Düzünü desəm, Serbiyada belə nəticədən sonra hamını qovardılar”
  • Dünən, 20:50
    “Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
  • Dünən, 20:19
    Yarımfinal cütləri müəyyənləşdi
  • Dünən, 19:48
    “İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
  • Dünən, 19:17
    “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq” - VİDEO
  • Dünən, 18:46
    “Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
  • Dünən, 18:15
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 17:49
    "Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
  • Dünən, 17:29
    Sadə final, amma anşlaq… - PFL “Sabah” – “Zirə oyununa necə hazırlaşır?
  • Dünən, 16:58
    UEFA A kateqoriyalı qapıçı məşqçi kursu başa çatdı
  • Dünən, 16:27
    "Neftçi SOCAR" Dünya Seriyasının 1/4 finalında
  • Dünən, 15:56
    MY 150 milyonu kimlərə xərcləyəcək?
  • Dünən, 15:25
    Bakıda “Hat-Trick” proqramı çərçivəsində keçirilən yarış başa çatdı
  • Dünən, 14:52
    Pley-offun ilk 9 iştirakçısı məlumdu
  • Dünən, 14:32
    Avropanın ən “uzunömürlü” məşqçiləri... - Qurban Qurbanov yalnız Şmidtdən geri qalır
  • Dünən, 14:01
    "Məqsəd oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi" - "CBC Sport" bəyanat yaydı
  • Dünən, 13:53
    “Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
  • Dünən, 13:22
    Mbappe “El Klasiko”da iştirak edəcək?
  • Dünən, 12:52
    Neymar oyundaşını vurdu, sonra ondan üzr istədi
  • Dünən, 12:31
    "İmişli"nin əməkdaşları "Trabzonspor"un qonağı oldu
  • Dünən, 12:00
    Zamiqlə Vüsal Albaniyada qarşılaşdı
  • Dünən, 11:29
    "Şaxtyor" çempionluq yolunda daha bir ciddi maneəni aşdı - İCMAL
  • Dünən, 10:58
    A seriyasında ayın ən yaxşı qolunu Hakan Çalhanoğlu vurub
  • Dünən, 10:27
    Çempionluğun taleyi “el klasiko”ya qaldı - İCMAL
  • Dünən, 09:56
    “Arsenal”: 55 il əvvəlki kimi…
  • Dünən, 01:03
    Finalın adı: PSJ - "Arsenal"!
  • Dünən, 00:31
    “45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
Daha çox
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 165
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 151
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 151
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Oxunub: 137
Juninyo bitib e, Qurban bəy! – o hara, “Qarabağ” hara?!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə