Məhəmməd Salah ilə bağlı növbəti xəbər yayılıb.
Onun yayda “Liverpul”u tərk etmək istədiyi iddia edilir. Misirli futbolçunun Yürgen Kloppa görə belə qərara gəldiyi vurğuanır. Bilindiyi kimi, Klopp mövsümün sonunda baş məşqçi vəzifəsindən ayrılacaq.
“The Sun” qəzeti Salahın “Əl-İttihad”a yollana biləcəyini də yazıb. Səudiyyə Ərəbistanı klubunun ona görə 233 milyon avro ödəmyə hazır olduğu da qeyd edilib.