• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atalanta” favoritin qarşısını kəsdi, “Milan”ın AL-də ilk qələbə planı isə baş tutmadı

Avropa Liqası

21-04-2024, 23:0

Aprelin 18-də Avropa Liqasının (AL) 1/4 finalının cavab oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları məlum oldu. İlk matçlarda az-çox üstünlük əldə edən əksər komandalar turnirin ən güclü 4 iştirakçısı sırasına daxil ola bildilər.

Əlbəttə, “Liverpul”un “Enfild”də böyük hesabla uduzması ötən avrokubok həftəsinin ən gözlənilməz nəticəsi olmuşdu. Əsas diqqəti İngiltərə çempionatına ayıran Yürgen Klopp komandasını “Atalanta” ilə ev oyununa qeyri-optimal heyətlə çıxarmış və nəticədə üç cavabsız top buraxan AL-in əsas favoritinin evdə 33 oyunluq (28 qələbə, 5 heç-heçə) məğlubiyyətsiz seriyası qırılmışdı! Bu, İngiltərə nəhənginin avrokuboklarda öz meydanında 3-cü böyükhesablı məğlubiyyəti idi. Mersisaydlıların bundan əvvəl Çempionlar Liqasında “Real”a 2023-cü ilin fevralında 2:5, 2014-cü ilin oktyabrında isə 0:3 hesabı ilə uduzduqlarını da yada salaq. Klopp İtaliyadakı cavab görüşündə inanılmaz geridönüşə inandıqlarını, amma bunun heç də asan olmayacağını bildirmişdi. Alman mütəxəssis Berqamoda optimal heyətə üstünlük verməyə bilməzdi. Zədədən yenicə qurtulan bir sıra oyunçular da ilk dəqiqələrdən meydana çıxdılar. Matç qonaqlar üçün yaxşı başladı. Ruccerinin cərimə meydançasında əllə oyununa görə təyin olunan penaltini Salah qola çevirdi. Kloppun komandası vaxtın çoxluğunu nəzərə alaraq dərhal növbəti qol üçün irəli atılmadı. İlk hissədə Salahın qapıçı Mussonun başı üzərindən qapıya göndərdiyi top hədəfə düşmədi, ev sahiblərindən Koopmeynersin vurduğu qol isə ofsayd səbəbi ilə hesaba alınmadı. Fasilədən sonra berqamolular “Liverpul”un hücum xəttini zərərsizləşdirmək vəzifəsinin öhdəsindən əla gəldilər. Soboslai, Salah və Diasın əvəzlənməsi isə meydan sahiblərinin üzərindəki təzyiqin azalmasına səbəb oldu. Nəticədə “Atalanta” minimal hesabla uduzsa da, İngiltərədəki möhtəşəm qələbəsi sayəsində favoriti mübarizədən kənarlaşdırdı.

İtaliyanı yarımfinalda “Roma” da təmsil edəcək. Paytaxt komandası ötən həftə Milandakı matçda eyniadlı rəqibinə minimal hesabla qalib gəlmişdi. Romalılar ev oyununun əvvəlini əla keçirdilər. İlk oyunun qəhrəmanı olan mərkəz müdafiəçisi Mançini milanlıların qapısına yenə yol tapdı. Qonaqlar özünə gəlməmiş Dibala ikinci qolu vurdu. Amma 31-ci dəqiqədə Çelikin Leaoya qarşı hərəkətinə görə birbaşa qırmızı vərəqə alması romalıların işini çətinə saldı. Daniele De Rossi müdafiədə yaranan boşluğa görə Dibalanı meydandan çıxarmağı lazım bildi. Onun komandası bir saatdan artıq müddətdə azlıqda mübarizə apardığı “Milan”dan yalnız bir top buraxdı. Bununla da İtaliya nəhənginin heç vaxt qazana bilmədiyi AL kubokunu muzeyinə aparmaq planı baş tutmadı.
1/8 finalda “Qarabağ”a çətinliklə üstün gələn (2:2, 3:2) “Bayer-04” evdə “Vest Hem”in qapısından son dəqiqələrdə iki cavabsız top keçirmişdi. Gözlənildiyi kimi, İngiltərədəki oyun leverkuzenlilər üçün çox çətin keçdi. Qapısında erkən qol görən Xabi Alonsonun komandası bu mövsüm az qala ilk dəfə uduzacaqdı. Lakin Frimponqun son dəqiqələrdə vurduğu cavab qolu “Bayer-04”ün bütün turnirlərdəki məğlubiyyətsiz seriyasını 44 oyuna (38 qələbə, 6 heç-heçə) çatdırdı. Alonsonun komandası ardıcıl ikinci mövsüm AL-in yarımfinalında oynayacaq.
Portuqaliyada “Benfika”ya 1:2 hesabı ilə uduzan “Marsel” evdə lissabonlulara minimal hesabla üstün gəldi. İki oyunun ümumi nəticəsi bərabər olduğu və əlavə vaxtda hesab dəyişmədiyi üçün zərurətə çevrilən penalti seriyası fransalıların qələbəsi ilə nəticələndi.

Beləliklə, yarımfinalın mayın 2-nə təyin olunan ilk oyunlarında “Marsel” “Atalanta”nı, “Roma” isə “Bayer-04”ü qəbul edəcək. Cavab görüşləri mayın 9-da keçiriləcək.

1/4 final, cavab oyunları
Atalanta (İtaliya) - Liverpul (İngiltərə) 0:1 (ilk oyun – 3:0)
Salah, 7-p.
Atalanta: Musso, Cimşiti, Hin, Rucceri, Kolaşinats, Zappakosta, Ederson (Paşaliç, 75), De Roon, Koopmeyners, Mirançuk (Lukman, 79), Skamakka (De Ketelare, 75).
Liverpul: Alisson, Aleksander-Arnold (C.Qomes, 72), Konate, Van Diyk, Robertson (Danns, 49), Cons, Makallister, Soboslai (Elliott, 66), Salah (Jota, 66), Qakpo, Dias (Nunyes, 66).

Roma (İtaliya) - Milan (İtaliya) 2:1 (1:0)
Mançini, 12. Dibala, 22 – Qabbya, 86.
Roma: Svilar, Çelik, Mançini, Smollinq, Spinatsola, Paredes, Bove (Sanşeş, 81), Pelleqrini (Anxelinyo, 82), Əl-Şaaravi, Lukaku (Abraham, 29), Dibala (Lyorente, 43).
Milan: Menyan, Ernandes, Qabbya, Tomori, Kalabriya (Reynders, 46), Bennaser (Yoviç, 40), Musa (Florentsi, 69), Pulişiç (Okafor, 69), Loftus-Çik (Çukvueze, 46), Leao, Jiru.

Vest Hem (İngiltərə) - Bayer-04 (Almaniya) 1:1 (0:2)
Antonio, 13 – Frimponq, 89.
Vest Hem: Fabianski, Tsoufal (Korne, 84), Agerd (Oqbonna, 45+2), Zuma, Kressuell, Alvares (Conson, 84), Souçek, Uord-Prouz, Bouen, Kudus, Antonio.
Bayer-04: Kovarj, Stanişiç, Kossunu (Tapsoba, 29), Ta, İnkapye, Qrimaldo (Adli, 68), Caka, Palasios, Tella (Frimponq, 46), Virts (Andrix, 87), Şik (Bonifas, 46).

Marsel (Fransa) - Benfika (Portuqaliya) 1:0, p. – 4:2 (1:2)
Mumbanya, 79.
Marsel: P.Lopes, Mbemba (Murilyo, 46), Balerdi, Jiqo (Dau, 100), Soqlo (Luis Enrike, 59), Ndiaye (Korrea, 75), Kondoqbiya, Harit (Lyafon, 110), Veretu, Unay (Mumbanya, 59), Obameyanq.
Benfika: Trubin, Bah, A.Silva, Otamendi, Eursnes, Neveş, Florentinu, Di Mariya, R.Silva (Kabral, 102), Neres (Joao Mario, 61), Tenqstedt (Kökçü, 61).
Bombardirlər: Obameyanq (Marsel) – 10, Lukaku (Roma) – 7, Joao Pedro (Brayton) - 6.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): ??????? (?????).

Oyundan sonra
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:

“Böyük məşqçini və böyük komandanı mübarizədən kənarlaşdırdıq. “Liverpul” ilə iki oyuna hər şeyimizi, ilk növbədə ürəyimizi fəda etdik. Çox xoşbəxtik. Qapımızda erkən qol görsək də, qalan vaxtda fantastik oyun sərgilədik. Bunda tribunaların da əməyi oldu. Liverpulda olduğu kimi evdə də qol vurmalıydıq. Bunun üçün şanslarımız da oldu. Müdafiə olunmağın müxtəlif metodları var: ya arxa xətdə oturmalı, ya da yüksək səviyyəli pressinq etməlisən. Bu gün ikinci varianta əl atdıq. Fiziki hazırlığımız yüksək səviyyədə olduğu üçün oyunun tempinə ayaq uydura bildik. Karyeramda kubok qazanmamışam, amma medallarım olub. “Atalanta”nın bu mövsüm azı medallara layiq olduğunu düşünürəm. Şübhəsiz, nəsə qazanmaq istəyirik, kubok sıralarımızdakı oğlanların mükəmməl oyununun layiqli nəticəsi ola bilər. Fasilədə onlardan hədən artıq təzyiq altında olduqlarını hiss edirlərsə, bir qədər arxaya çəkilmək istəyib-istəmədiklərini soruşdum. Mənə bunu qətiyyən istəmədiklərini dedilər. Bu cavab artıq mənim üçün kuboka bərabərdi, çünki onlar da mənim kimi düşünürdülər”.


Yürgen Klopp, “Liverpul”nın baş məşqçisi:
“İlk oyunda özümüz üçün böyük problemlər yaratdığımız aydın idi. Böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq çox çətin idi. Oyun epizodlarında həddən artıq tələsirdik. Futbolçularımızın bu günkü istəkli və enerjili oyununu çox bəyəndim. Biz qalib gəldik. İlk oyundakı məğlubiyyətə məhz belə reaksiya vermək istəyirdik. Amma “Atalanta” mərhələni adlamağa 100 faiz layiq idi. İndi qarışıq hisslər keçiririk. Mübarizəni dayandırmışıq, buna baxmayaraq, oyunumuzdan razıyam. Dublindəki finalda iştirak etmək istərdik, amma bu baş verməyəcək”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Rəqibin ilk dəqiqələrdən bizi böyük təzyiq altında qoyacağına hazır idik. Özümüz də “Vest Hem”ə güclü təzyiq göstərmək istəyirdik. Lakin rahat oynamadıq, öz oyunumuzu tapa bilmədik. Düzünü desəm, ilk hissədə rəqib daha yaxşı idi. Özümüzü narahat hiss edirdik. İkinci və ya üçüncü qolu buraxmamağımız çox vacib idi. Etiraf etməliyik ki, “Vest Hem” bizdən daha yaxşı oynadı. Bu komandada yüksək səviyyəli və enerjili oyunçular kifayət qədərdi. Onlar Leverkuzendəki matçla müqayisədə bu dəfə çox yaxşı təsir bağışladılar. Oyuna 90 dəqiqə nəzarət etmək həmişə mümkün olmur. Xoşbəxtlikdən, ikinci hissədə gedişatı dəyişdik. Avropa səhnəsinda həmişə belə çətin anlar olur, gərək vəziyyətdən çıxmağı bacarasan. Yolumuza davam etdiyimiz üçün xoşbəxtəm”.


Stefano Pyoli, “Milan”ın baş məşqçisi:
“Bu turniri təəssüflə tərk edirik. “Roma” hər iki oyunda keyfiyyət və əzmkarlıq nümayiş etdirdi. Rəqib yarımfinala yüksəlməyə layiqdi. Bizim oyunumuzun isə keyfiyyəti yox idi. Şanslarımız çox olmadı. Amma mərhələ adlamaq üçün imkanlarımız var idi. “Roma” 31-ci dəqiqədən sonra 10 nəfərlə oynayırdı. Bundan yararlanmalı idik. Bizdə həm intensivlik, həm də ustalıq çatışmırdı. Loftus-Çik ilə hesabı bərabərləşdirmək şansımız oldu, ancaq istifadə edə bilmədik. “Roma” isə üç imkandan ikisini qola çevirdi”.


Daniele De Rossi, “Roma”nın baş məşqçisi:
“Milan”ı mübarizədən kənarlaşdırmaq üçün qüsursuz oynamaq tələb olunurdu. Ruhi gücə ehtiyacımız oldu, çünki ilk hissədəcə meydanda on nəfərlə qaldıq. Həm intensiv, həm də taktiki cəhətdən səliqəli oyun göstərməliydik. Yalnız hücumları dəf etməklə uğur qazanmaq olmaz. Bizim üçün çox çətin oldu, çünki “Milan” yaxşı futbol sərgiləyən güclü komandadı. Son illər bu rəqiblə keçirdiyimiz əksər oyunlarda uduzmuşduq. Buna görə “Roma”nın yarımfinala çıxmaq şansı aşağı qiymətləndirilirdi. Odu ki, bu uğurumuzun dəyəri çox yüksəkdi”.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

16-04-2024, 18:0

“Liverpul”un evdə 33 oyunluq seriyası qırıldı - TURUN İCMALI

Dünya futbolu

30-10-2022, 19:0

“Liverpul”un 29 oyunluq seriyası qırıldı

Dünya futbolu

9-03-2022, 13:0

"Liverpul"un seriyası qırıldı

Dünya futbolu

1-11-2022, 14:0

Van Diykin rekordu sona çatdı

Dünya futbolu

30-10-2022, 10:0

"Lids" "Liverpul"u dayandırdı

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə