Türkiyə superliqasında 33-cü turun oyunları keçirilir.
“Football-plus.az” xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Samsunspor"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qolkiper meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.