Millimizin üzvünün forması hərraca çıxarıldı - ən yüksək məbləğə görə Emin Mahmudovu üstələdi

16.04.2024 09:35 709
Ölkə futbolu / Manşet
Millimizin azarkeş qrupu "Göyqurdlar" yığmanın və LKS-in üzvü Rahil Məmmədovun imzalı formasını hərraca çıxarıb.

"Football-plus.az" xəbər verir ki, fanklub rəsmi instaqram hesabında futbolçunun hədiyyə etdiyi formanı paylaşıb:

"Dəyərli futbolçumuz Rahil Məmmədovun "Krakoviya" - LKS oyunundan sonra bizə hədiyyə etdiyi formanı xeyriyyə məqsədilə hərraca çıxarırıq. Satışdan gələn bütün gəliri YAŞAT fonduna ianə edəcəyik. Start məbləği 250 manatdı. Hərrac aprelin 20-nə qədər davam edəcək".

Hazırda təklif edilən ən yüksək məbləğ 300 manatdı. Xatırladaq ki, fanklub bundan əvvəl millimizin və "Neftçi"nin kapitanı Emin Mahmudovun formasını hərracda 200 manata satıb.

KƏNAN BAHADIR