• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayaks”da növbəti ciddi problem

Dünya futbolu

8-04-2024, 23:0

“Ayaks”da növbəti qalmaqal baş verib.

“Football-plus.az” xəbər verir ki, klubun baş direktoru və idarə heyətinin sədri Aleks Krus işindən uzaqlaşdırılıb. Maraqlıdı ki, o, göstərilən vəzifələrdə yalnız iki həftə çalışa bilib. İndi bunun səbəbinə və ümumiyyətlə, Niderlandın əfsanəvi klubunun son bir ildə yaşadığı ciddi problemlərə nəzər salacağıq.

2024-ün apreli: baş direktor qovuldu
Krus baş direktor postunda fəaliyyətə martın 15-də başlamışdı. “Ayaks” onunla ötən ilin avqustunda anlaşmışdı. Amma müqavilə ilə “Alkmaar”a bağlı olduğundan Amsterdama yalnız ötən ayın ortalarında gələ bilmişdi. Paytaxt klubunun mətbuat xidmətinin məlumatında onun insayder ticarəti ilə bağlı şübhələrə görə işdən azad edildiyi bildirilib. Qərar Krusun baş direktor vəzifəsinə keçməzdən bir həftə əvvəl “Ayaks”ın 17 mindən çox səhmini alması müəyyən edildikdən sonra verilib. Klubun Müşahidə Şurası belə qənaətə gəlib ki, funksioner insayder ticarəti ilə məşğuldu.

Amsterdamlılara bu faktı müəyyən etməyə müstəqil hüquq firması kömək edib.

Aydın məsələdi ki, klubun maliyyə işləri səhmlərin birjadakı qiymətlərində müşahidə olunan dəyişmələrdən asılıdı. Başqa sözlə, Krus nə qədərsə qazanc əldə etmək məqsədi ilə son vaxtlar zərbə üstünə zərbə alan “Ayaks”ın zədələnmiş imicinə xələl gətirən növbəti şəxs olub. 9 yaşından klubun akademiyasına daxil olan bu şəxs səhmləri qazanc əldə etmək məqsədi ilə almadığını, bu hərəkətinin etimad jesti olduğunu sübut etməyə çalışır.
Bunu yalnız nadinc uşağın gətirdiyi bəhanə adlandırmaq olar. Hüquq fakultəsinin 1-ci kursunda oxuyan tələbə yaxşı bilir ki, bir həftədən sonra baş direktor təyin olunacaq şəxsin klubun səhmlərini alması niyə yolverilməzdi. Bu əməliyyat avtomatik olaraq səhmlərin birjadakı dəyərinə təsir edir. Krus axmaq hərəkəti ilə “Ayaks”ın onsuz da başdan aşan problemlərinin üstünə birini də əlavə edib. İndi klub yenidən baş direktor axtarmağa məcburdu. Amma son xəbərlərə görə, rəhbərlik hələ ki qalmaqalın səbəbkarının yerinə yeni mütəxəssis axtarmağa tələsmir. Onun geri qaytarılmasından isə söhbət gedə bilməz. Ona görə ki, məlum qərarın ləğvi “Ayaks”ın sponsorlarının ciddi narazılığına səbəb ola bilər.

2024-ün martı: “Ayaks” KL-dən qovuldu
Dərd orasındadı ki, klubun problemi yalnız rəhbərlik səviyyəsində deyil. “Ayaks”, yumşaq desək, futbol meydanında da xoş təsir bağışlamır. Konfrans Liqasının (KL) 1/8 finalının Amsterdamda keçirilən və qolsuz nəticələnən ilk oyunu yerli azarkeşləri az da olsa ümidləndirmişdi. Lakin “Aston Villa” İngiltərədə qapısından 4 cavabsız top keçirdiyi Niderland nəhəngini turnirdən qovdu. İlk hissədə birmingemlilərin aramsız hücumlarının qarşısını almağa məhkum olan “Ayaks” yalnız bir top buraxsa da, fasilədən sonra daha üç dəfə meydanın mərkəzinə dəvət olunması komandanın hazırkı vəziyyətinin məntiqi mənzərəsi idi.

2023-ün dekabrı: “Ayaks” ölkə kubokundan qovuldu
Bu nəticə amsterdamlı azarkeşlər üçün ciddi mənəvi zərbə oldu. Təsəvvür edin ki, “Qarabağ” Azərbaycan kubokunda 3-cü divizion təmsilçisi “Ağdaş”a uduzaraq mübarizəni dayandırır. Məsələ ondadı ki, “Ayaks”ı ölkə kubokunda həvəskar sayılan 4-cü divizionda çıxış edən “Herkules” məğlub edib! Bu komandanın ötən il dekabrın 21-də Utrextdə keçirilən matçın gedişində iki top fərqi ilə önə keçməsi belə sensasiya idi. Ölkə nəhəngi son dəqiqələrdə hər iki qolun əvəzini çıxsa da, 90+3-cü dəqiqədə qapısında daha bir top görməklə 2:3 hesabıyla uduzdu. “Herkules”in belə gözlənilməz qələbəni reallaşdıran həvəskar futbolçuları bu uğuru çox güman ki, həyatı boyunca unutmayacaqlar! Paytaxt klubu isə “Qalqenvaard” stadionunda qeydə alınan nəticəni şanlı tarixinin ən biabırçı günlərindən birinə yazmalı oldu...

2023-ün noyabrı: “Ayaks” AL-dən qovuldu
“Ayaks” avrokuboklarda mübarizəyə Avropa Liqasında (AL) başlamışdı. Ədalət naminə komandanın çətin qrupa düşdüyünü bildirməliyik: amsterdamlılar “Brayton”, “Marsel” və AEK-ə qarşı oynadılar. Con van’t Sxipin çalışdırdığı komanda bu rəqiblərə qarşı keçirdiyi 6 oyunda yalnız 5 xal (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət) qazana bildi. Əslində “Marsel” də mövsümə zəif start vermişdi. Amma amsterdamlılar qrupda 2-ci yeri tutan Fransa klubundan 6 xal az topladılar. “Brayton”un isə qitə kuboklarında debüt mövsümünü keçirdiyini qeyd etməliyik. İngiltərə təmsilçisi bu planda “Ayaks” ilə müqayisəyə belə gəlməsə də, qrupu 13 xalla lider kimi başa vurdu. Artıq noyabrda marsellilərə 3:4 hesabıyla uduzan amsterdamlıların AL-də mübarizəni dayandıracağı rəsmiləşdi.

2023-ün oktyabrı: “Ayaks” sonuncu yerə düşdü
Komanda mövsümə Moris Steynin başçılığı altında başlamışdı. Özü də çox zəif start götürmüşdü: paytaxt təmsilçisi ilk 9 turda yalnız 5 xal qazana bilmişdi. Doğrudu, iki oyunu təxirə salınmışdı. Oktyabrın 29-da prinsipial rəqiblərdən PSV-yə 2:5 hesabı ilə uduzan komanda erediviziyanın turnir cədvəlində sonuncu yerə düşdü! “Ayaks”ın belə vəziyyətə həm də az oyun keçirməsi təsir göstərdi. Amma mövsümün əvvəlində bütün turnirləri nəzərə almaqla ardıcıl 10 matçda qələbə üzü görməməsi ölkənin ən titullu klubunun imicinə və möhtəşəm tarixinə qətiyyət yaraşmırdı! Zarafat deyil, Yohan Kroyffdan Dennis Berqkampa, Zlatan İbrahimoviçdən Luis Suaresə qədər saya-hesaba gəlməyən ulduz futbolçuların formasını daşıdığı komanda avqustdan noyabra qədər qələbəyə həsrət qaldı.
Əlbəttə, üzücü mənzərədi. Amsterdamlıların tarixinə nadir britaniyalılardan biri kimi düşən “Arsenal”ın yetirməsi olan Çuba Ekpom və artıq londonluların hədəfinə düşən mərkəz hücumçusu Brayan Brobbinin məhsuldar çıxışı komandanın uğursuzluğunun qarşısını ala bilmədi. Vinger Stiven Berqveyn ilə xavbek Steven Berqheysin qənaətbəxş oyunu da digər mövqelərdəki problemləri unutdura bilmir. “Əl-İttifak” ilə müqaviləsini vaxtından əvvəl pozan ingiltərəli yarımmüdafiəçi Cordan Hendersonun yanvarda komandaya qoşulması da çətinliklərə ciddi şəkildə məlhəm olmadı.

Ciddi itkilər
Bu yerdə klubun itkilərini də yada salmaq vacibdi. Amsterdamı ilk növbədə yayda Duşan Tadiçin tərk etdiyini bildirməliyik. Komandanın kapitanı rəhbərliklə münaqişə yaşayandan sonra “Fənərbaxça”ya yollandı. Serbiyalı yarımmüdafiəçi yeni müqavilədə məvacibinin azaldılmasına razılaşmadı. Duşan klubun transfer siyasətindən də narazı idi. Aparıcı oyunçulardan niderlandlı müdafiəçi Yurryen Timber “Arsenal”a satıldı. Meksikalı yarımmüdafiəçi Edson Alvares ilə qanalı vinger Məhəmməd Kudus hazırda “Vest Hem”də çıxış edirlər. Şübhəsiz ötən mövsümü 3-cü yerdə başa vuran komanda üçün ciddi itkilərdi. Ən pisi o oldu ki, rəhbərlik satdığı oyunçuları layiqincə əvəzləyə biləcək futbolçular almadı.

2023-ün mayı: “Ayaks” Van der Sarı itirdi
Məlumunuz olsun ki, “Ayaks” ötən mövsüm son 14 ildə ilk dəfə Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməmişdi. “Feyenoord”un uğuru amsterdamlıların ardıcıl iki çempionluğunu pozdu. Maraq üçün qeyd edək ki, paytaxt klubu son 10 mövsümdə 4 dəfə ölkənin ən güclüsü olub. Amma hazırda tarixinin ən uğursuz dövrlərindən birini yaşayır.

İndiki vəziyyətin rəhbərliklə bağlı olduğunu deyənlər yetərincədi. Klubun sabiq direktoru Mark Overmarsın bir neçə il əvvəl hansı səbəbdən istefaya göndərilməsi çoxlarına məlumdu. Bilməyənlərə onun klubun qadın işçilərinə əxlaqsız xarakterli şəkillər göndərdiyi üçün qovulduğunu xatırladaq. Menecer Edvin van der Sar bu qalmaqala mayda görə istefaya getdi. Komandanın sabiq qapıçısı buna baxmayaraq, klubun yay transfer əməliyyatlarında iştirak etməyi planlaşdırmışdı. Lakin səhhəti imkan vermədi: iyulda insult keçirdi. Bəxti onda gətirdi ki, bunu yüngül dərəcədə keçirdi. Amma kluba kömək edə bilmədi.

Ötən ilin mayı ilə hazırkı vəziyyətin oxşa olması diqqəti cəlb edir: rəhbərlik yenə məşqçi axtarır. Qeyd edək ki, hazırkı çalışdırıcı Van’t Sxip baş məqşçi vəzifəsini yalnız həyat yoldaşının ölümündən sonra – ötən ilin oktyabrında tutmağa razılıq vermişdi. Müqaviləsi iyunun 30-da qüvvədən düşəcək 60 yaşlı mütəxəssis təyinatından sonra bacardığını edib. Amma komandanı böhrandan qismən çıxara bilib. “Ayaks” hazırda ölkə çempionatında 28 oyuna 45 xalla 5-ci yerdədi və 4-cü yerdəki “Alkmaar”dan 7 xal geri qalır.

Xavi xilaskar ola bilər?
Maraqlıdı ki, son günlər Xavi Ernandesin adı “Ayaks” ilə birgə hallanır. Niderland klubu “Barselona”nı mövsümün sonunda tərk edəcəyini rəsmən bəyan edən ispaniyalıya xilaskar gözü ilə baxır. Deyilənə görə, gənc mütəxəssis yayda karyerasında birillik fasilə vermək niyyətindədi. Amma onun erediviziyada məşqçilik həyatı üçün faydalı təcrübə qazana biləcəyini düşünənlər də az deyil. Bu da var ki, Xavinin “Barselona” rəhbərliyinin təsiri altında qərarını dəyişə biləcəyi də ehtimal olunur.

Amsterdamlılar üçün digər problemli məsələ isə Çempionlar Liqasına vəsiqə qazanmaq şansının itirilməsi ilə bağlıdı. Xavinin onlara başqa turnirlərdə rəhbərlik etməyə razılaşacağı o qədər də inandırıcı görünmür. Lider PSV ilə 2-ci yerdəki “Feyenoord” səviyyə və potensial baxımından “Ayaks”ı bir baş üstələyirlər. Zarafat deyil, paytaxt komandası mövsümün sonuna 6 tur qalmış liderdən 30 (!), “Feyenoord”dan 21 xal az toplayıb. Bu fakt ardıcıl iki il ÇL-dən kənarda qalmaq deməkdi. Halbuki “Ayaks” 2018/19 mövsümündə bu turnirin yarımfinalında oynamışdı…

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-09-2022, 17:0

MY-nin təklifini rədd etdi, “Ayaks”la müqaviləsini yenilədi

Ölkə futbolu

5-07-2023, 10:0

"Səbail"də icraçı direktor vəzifəsinə təyinat

Dünya futbolu

24-06-2022, 13:0

Şröder Amsterdama qayıtdı

Dünya futbolu

15-03-2022, 17:0

Huntelaar yenidən “Ayaks”da

Dünya futbolu

22-03-2022, 20:0

“Ayaks”dan rüsvayçılıqla qovulan funksioner özünə yeni iş tapdı

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə