• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Klopp “Liverpul”a təkcə kuboklar qazandırmayıb

Dünya futbolu

5-04-2024, 20:0

Yürgen Klopp cari mövsümün ardından “Liverpul”dan gedəcəyini elan edəndən sonra onun burdakı işinin son yarım ili özünəməxsus vida turuna çevrilib.

"Football-plus.az" Xəbər verir ki, səhnəni tərk edən rok ulduzları kimi. Almaniyalı mütəxəssis elə əsl rok ulduzudu.

Pev Qvardiolanın “Mançester Siti”sinə qarşı son oyun, “Uembli”dəki son final, İngiltərə kubokunda son oyun... İrəlidə hələ bir neçə “dayanacaq” var, bu karyera “Enfild”dəki son oyunla bitəcək.

Kloppun “Liverpul”da və ümumilikdə premyer-liqada qoyduğu irs aktual mövzulardan biridi. Taktiki inqilab, qənimətlər, “Mançester Siti” ilə fantastik çempionluq yarışları – bütün bunlar yaxşıca dəyərləndirilməyə, hətta bəlkə də 8-10 seriyalıq sənədli filmin hədəfi olmağa layiqdi.

Gənclərə münasibət
Və həmin seriyalardan biri mütləq Kloppun son 9 ildə “Liverpul”dakı gənc oyunçularla necə çalışmasına həsr olunmalıdı. Klub rəhbərlərinin və funksionerlərinin çox xoşladığı bir məşğuliyyət var: müsahibələrdə və ya “All or Nothing” tipli sənədli filmlərdə, adətən, akademiyadan, heyətdə öz yetirmələrinin olmasından, bunun gələcək üçün vacibliyindən danışmağı xoşlayırlar. Çox vaxt deyilən sözlərlə reallıq üst-üstə düşmür. Ancaq bunu Klopp dönəminin “Liverpul”una aid etmək olmaz. Ən yeni və çox parlaq nümunə Liqa kubokunun “Çelsi” ilə olan finalıdı. “Qırmızılar” zədə üzündən sıradan çıxan 12 əsas oyunçunun köməyindən məhrum idi, meydanda olanlar isə Van Diykin rəhbərlik etdiyi pioner manqasına bənzəyirdi. Demək olar ki, bu, eksremal şərait və Klopp tərəfindən atılan məcburi addım idi.

Aydın məsələdi ki, Aleksander-Arnold, Salah, Nunyes və başqaları sağlam və oynamağa hazır olsaydı, hər şey fərqli ola bilərdi. Ancaq yenə də bu finalı Kloppun çıxılmaz vəziyyət üzündən atdığı birdəfəlik addım kimi dəyərləndirmək olmaz. Klopp “Liverpul”dakı bütün fəaliyyəti boyunca gənc futbolçulara çox diqqətli yanaşıb. Bu tezisin təsdiqi kimi sadə bir statistik məqamı göstərə bilərik: almaniyalı “sükan arxasında” olduğu dövrdə “Liverpul”un əsas heyətində klub akademiyasının 42 yetirməsi debüt edib.

Həqiqətən də, möhtəşəm rəqəmdi, bəzən hətta bir neçə dəqiqəliyə meydanda görünməkdən də söhbət gedirsə. Axı buna nail olmaq da asan deyil. Əlbəttə, sonradan hər kəsin taleyi fərqli ola bilər. Kimsə Trent kimi superulduz olur. Couns və ya Elliott kimilər əsas heyətin vacib oyunçusuna çevrilir. Alissonun uzun müddətə sıradan çıxdığı indiki dönəmdə Kelleherin necə əhəmiyyətli fiqur olduğunu görürük. Və ya bir başqası premyer-liqanın hansısa klubunda özünə karyera qurub. “Fulhem”dəki Uilsonun adını çəkmək olar.

Əlbəttə, “Liverpul”un hətta ən sadiq azarkeşlərinin xatırlaya bilməyəcəyi adlar da var. Məsələn, akademiyanın Klopp dönəmində debüt edən ilk yetirməsi Rendall indi “Ross Kaunti”nin heyətində top qovur. Və ya 27 yaşında karyerasını bitirən Maquayr var. Bir başqa tale ziqzaqı: Uoltman “Liverpul”da 18 yaş 3 aylığında debüt edib, özü də Çempionlar Liqasında, özü də “San-Siro”da “Milan”a qarşı oyunda. Ancaq karyerası qırmızı formada iki oyunla məhdudlaşdı, indi İngiltərənin gücünə görə 3-cü divizonunda – “Oksford”un heyətində çıxış edir. Düzdü, cəmi 20 yaşı var, daha yüksək zirvələr fəth edə bilər.

“Siti” ilə müqayisə
Akademiyanın 42 yetirməsindən danışırıqsa, onu da unutmayaq ki, söhbət “Liverpul”dan – dünyanın superulduzların oynadığı və qarşısına ən yüksək vəzifələr qoyulan aparıcı klublarından birindən gedir. Biz indi Portuqaliyanın “Benfika” və ya “Sportinq” klubu haqda danışmırıq. Onlarda futbolçunun hazırlanması və sonrakı satışı klub mədəniyyətinin bir hissəsidi.

Hər halda, müqayisə həmişə maraqlıdı. Yəqin ki, “Liverpul”u premyer-liqada yarışan başqa bir top-klub, “qırmızılar”ın əsas rəqibi “Mançester Siti” ilə müqayisə etmək yerinə düşər. Axı bu komandaların çalışdırıcıları təxminən eyni vaxtda gəlib – Klopp 2015-in oktyabrında, Qvardiola 2016-nın yayında. Üstəlik onu da xatırlayırıq ki, Pep “Barselona”da olarkən “La Masiya”nın yetirmələrinə həvəslə etimad göstərirdi, bir də kataloniyalıların start heyəti büsbütün məşhur akademiyanın yetirmələrindən qurulmuşdu. İndi isə konkret rəqəm: Qvardiolanın “Siti”də çalışdığı 7,5 ildə əsas heyətdə klub akademiyasının 28 yetirməsi debüt edib. Bu mənada cığıraçan rolunu 2016-cı ilin avqustunda sağ cinah müdafiəçisi Maffeo oynayıb. Son nümunələr isə Susoxo, Rayt və Hemiltondu – Pep Çempionlar Liqası çərçivəsində “Srvena Zvezda” ilə dekabrda keçirilən və heç bir əhəmiyyət daşımayan oyunda onların debütünə imkan yaratmışdı.

Ən gözədəyən fiqurlar, əlbəttə, Fodenlə Palmerdi (düzdü, sonuncu “Çelsi”nin heyətindədi). Üstəgəl “Milan”la İtaliya çempionu olmağı bacaran, hazırda vətənində - “Real”da çıxış edən Braim Dias. Fodendən başqa əsas heyətdə az-çox müntəzəm oynayanlar Lüislə Bobbdu.

42:28 – ilk baxışdan darmadağın hesabıdı. Hətta Kloppun “Liverpul”da Qvardiola ilə müqayisədə bir qədər artıq çalışdığını nəzərə alsaq da. Digər tərəfdən, indi “Siti”nin akademiyası başqa klublara satılmaq üçün oyunçu hazırlığı üzrə nəhəng konveyer rolunu oynayır. Bu, “maliyyə feyr-pleyi” ilə bağlı məsələni də həll etməyə imkan verən dəqiq klub strategiyasıdı.

Ancaq bütün nüanslara baxmayaraq, 42 (hələ ki) akademiya məzununun “Liverpul”da ən yüksək səviyyədə oynamaq şansı qazanması son 30 ildə qazanılan yeganə çempion titulu qədər nəhəng olmasa da, hər halda, Kloppun Mersisaydda qoyacağı irsin bir hissəsidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Avropa Liqası

7-03-2024, 23:0

Kloppla 1000-ci qol

Dünya futbolu

5-09-2022, 00:0

Kloppun “Liverpul”undan ən zəif start

Dünya futbolu

28-01-2023, 15:0

Məşqçi Kloppun 1000 oyunu: rəqəmlər üzərində gəzişmə

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 202
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə