• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Maraqlı

3-04-2024, 23:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin marağlı sitatlarını təqdim edir:

Françesko Totti, “Roma”nın sabiq hücumçusu:

“Heç vaxt qayıtmayacağam. Hər dəfə bu sualı verirlər. Amma yenə bildirirəm ki, bir daha “Roma”ya dönməyəcəyəm (“Roma”da 1992-2018-ci illərdə çıxış edən Totti 2017-19-cu illərdə klubun direktoru vəzifəsində çalışıb – R.Y.). De Rossi? Sözün düzü, onun baş məşqçi kimi debütünün bu dərəcədə uğurlu alınacağını gözləmirdim, buna yalnız ümid edirdim. O, əla məşqçi ola biləcəyini sübut edir. “Roma”nın bütün azarkeşləri kimi, mən də Danielenin uğurlu nəticələri davam etdirəcəyinə inanıram. “Roma” çətin klubdu. Daniele həm şəhəri, həm də tifozini yaxşı tanıyır. Bunun sayəsində maksimal effekt vermək üçün bütün elementləri vahid məqsəd ətrafında birləşdirməyi bacarır”.


Robert Levandovski, “Barselona”nın hücumçusu:
“Fiziki cəhətdən 10 il əvvəlki səviyyəmdən daha yaxşıyam. 25 və ya 26 yaşımda indi və ya iki il əvvəl olduğum səviyyədə deyildim. Mən çox yaxşı məşq edir və özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Özümü yaxşı hiss edirəmsə, hər şey asanlaşır”.


Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
“Biz 2026-cı ildə keçiriləcək dünya çempionatını qaçıra bilmərik. İtaliya futbolunun tarixi yüksək səviyyədədi. Buna görə də növbəti dünya çempionatından kənarda qala bilmərik. Özümüzə güvənməməliyik. İndi bütün komandalar güclüdü, taktiki cəhətdən bacarıqlıdı və müasir futbol oynamağı bacarırlar. İndi hər kəs çempion olmaq istəyir”.


Emerik Lyaport, “Əl-Nəssr”in müdafiəçisi:
“Mançester Siti”ni niyə tərk etdim? Bu komandada keçirdiyim müddətdə son iki mövsümdə adət etmədiyim mövqedə oynamalı oldum. Belə halda qabiliyyətlərini nümayiş etdirmək imkanın olmur”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Real”da özünü xoşbəxt hiss etdiyim üçün Braziliya Futbol Konfederasiyasının təklifini qəbul etmədim. Madriddə özümü çox yaxşı hiss edirəm. Bu klubda olduğum və “Real”ı çalışdırdığım üçün xoşbəxtəm”.


Joze Mourinyo, “Roma”nın sabiq baş məşqçisi:
“İşdən çıxarılmağım? Bunda xüsusi bir şey yoxdu. Ardıcıl iki dəfə avrokubokların finalına çıxan məşqçini necə qovmaq olar (“Roma”ya 2021-ci ildən bu ilin yanvarına qədər rəhbərlik edən portuqaliyalı mütəxəssis 2021/22 mövsümündə Konfrans Liqasında qələbəyə daşıdığı komandanı 2022/23 mövsümündə Avropa Liqasının finalına çıxarıb – R.Y.)? Bunu başa düşmək çətindi. Ordakı karyeramda yeganə qəribə olan fakt məhz budu... Bundan sonra harda işləyəcəyəm? Milli komandanı çalışdırmaq növbəti məqsədimdi. Ola bilər ki, dünya çempionatı, Avropa çempionatı və ya Amerika Kuboku, Afrika Milətlər Kuboku ərəfəsində hansısa komandanı qəbul edim. Amma bunun üçün iki il gözləməli olub-olmadığımı bilmirəm... Bu, bəlkə də bir gün baş verəcək...”


Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:
“Kriştiano həmişə motivasiyalı oyunçudu. O, uzunmüddətli karyerası ərzində həmişə başqalarına nümunə olub. Ronaldo hələ də özündən 20 yaş kiçik futbolçu kimi oynayır (“Əl-Nəssr”in 39 yaşlı hücumçusu bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 30 qol vurub və 11 məhsuldar ötürmə verib – R.Y.). Milli komandada müxtəlif nəsillərin vəhdətindən maksimum yararlanmaq bizim üçün vacibdi”.


Lionel Messi, “İnter Mayami”nin hücumçusu
: “Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi. Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq. 2022-ci ildə Argentina yığması ilə mundialın qalibi olmasaydıq, yəqin ki, milli komandanı tərk edəcəkdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir böyük qələbə bəxş etdik. Həmişə özünütənqidə açıq olmuşam. Futbol planında özümün ilk tənqidçisiyəm. Kiminsə meydandakı çıxışımı dəyərləndirməsinə ehtiyacım yoxdu. Oyunum istədiyim kimi alınmayanda buna görə özümə ilk sualı özüm verirəm”.


Lotar Matteus, Almaniya yığmasının sabiq müdafiəçisi:
“Bayer”in bu mövsümdəki çıxışı çox maraqlıdı. Bu komandanın oyununu izləməyin başqa ləzzəti var. Leverkuzenlilər mənə Messi, İnyesta və Xavinin olduğu “Barselona”nı xatırladırlar. Mənim üçün “Bayer” hazırda dünyanın ən güclü komandasıdı”.


Felipe Melo, “Fluminense”nin yarımmüdafiəçisi (qızlara qarşı təcavüzdə ittiham olunan sabiq komanda yoldaşları Daniel Alveş və Robinyo haqda fikirləri):
“Onlar etdiklərinin əvəzini ödəməlidilər. Mənim 15 yaşında olan qızım var. Qızımla belə etsəydilər, mən bu müsahibəni vermək üçün burda olmazdım. Biz hər bir kəsə hörmət etməliyik. Fərqi yoxdu, qadın, ya da kişi. Onlar bəd əməllərinin əvəzini ödəməlidilər. Çünki başqaları bunu etməsin deyə bir dərs olmalıdı. Çox ciddi məsələdi...”


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Bayer”in idarə heyətinə, azarkeşlərə, oyunçulara minnətdaram. Mənə elə gəlir ki, birlikdə davam etmək ən yaxşı yoldu. Haqqımda yayılan son xəbər doğrudu. Komandada qalacağımla bağlı oyunçulara da bildirmişəm”.


Brayan Kristante, “Roma”nın yarımmüdafiəçisi:
“Mourinyonun istefaya göndərilməsi ətrafında səslənən iddiaya birdəfəlik son qoymaq istəyirəm. Ona qarşı komandada heç bir “sui-qəsd” halı olmayıb. Məşqçinin “torbasının tikilməsi” ilə bağlı iddia cəfəngiyyatdı. Futbolda vəziyyət belədi: işlər yaxşı getməyəndə ilk növbədə məşqçi günahlandırılır. Jozenin işdən qovulmasında bizim heç bir rolumuz olmayıb. İnanın, bu haqda qərardan Mourinyo ilə birgə xəbər tutmuşuq”.

Luka Toni, İtaliya yığmasının sabiq hücumçusu:
“Təəssüf ki, Avropa Liqasının 1/4 finalında “Roma” ilə “Milan” bir-birinə qarşı oynayacaq. Şəxsən mən bu turnirin finalında İtaliya klublarının oynayacağına ümid edirdim. Bu, ölkə futbolu üçün uğur sayılacaqdı. İndi həlledici matçda İtaliya təmsilçisinin görünəcəyinə ümid edirəm. Çempionlar Liqasına gəlincə, burda “Mançester Siti” aşkar favorit görünür. Komandanın və baş məşqçi Xosep Qvardiolanın sahib olduğu mentallıq daim keyfiyyətli oyun sərgiləməyə şərait yaradır. “Siti”nin sıralarında yüksək səviyyəli oyunçular və əsl çempionlar cəmləşib. PSJ və “Real”ın oyunu da xoşuma gəlir”.


Endrik, “Real”ın icarə əsasında “Palmeyras”da çıxış edən hücumçusu:
“Paltardəyişmə otağına daxil olduğumu və Modriçin mənimlə etdiyi söhbəti yaxşı xatırlayıram. Şkafda onun “10” nömrəli forması asılmışdı. O, barmağı ilə göstərərək mənə “9” və “10” nömrə, kim bilir... Növbəti mövsümdə sən mənim yanımda dayana bilərsən” dedi. Bu sözlər lap ürəyimcə oldu. Mən hələ “Real”da oynamamışam, odu ki, dəqiq bir şey deyə bilmərəm. Amma günlərin birində “Real”n “9” nömrəli formasında meydana çıxacağıma ümid edirəm”.


Sebastyan Ledyur, “Atletiko”nun hücumçusu Memfis Depayın agenti:
“Müştərimin həbsxanadan müvəqqəti çıxması üçün tələb olunan 1 milyon avroluq girovun təmin edilməsi üçün Daniel Alveşə kömək etməsi doğru deyil. Bu, yalan xəbərdi”.


Benjamen Pavar, “İnter”in müdafiəçisi:
“İnter”də xoşbəxtəm, İtaliya bir ölkə kimi xoşuma gəlir. “Bavariya”nı bu komandada oynadığım mövqedə özümü narahat hiss etdiyim üçün tərk etdim. Özümü müdafiənin mərkəzində əla hiss edirəm”.


Rob Peyc, Uels yığmasının baş məşqçisi:
“Polşa ilə oyun bizim üçün sərt sınaq kimi yadda qalacaq. Bir zərbə bizi Avropa çempionatından kənarda qoydu (qolsuz sona çatan seçmə oyundan sonrakı penalti seriyası Polşanın 5:4 hesablı qələbəsi ilə nəticələnib – R.Y.). Matçdan sonra futbolçulara bunu dedim. Belə məğlubiyyət daha acıdı. Fasilə zamanı oyunçulara rəqibdən yaxşı olduğumuzu və qalib gələcəyimizi demişdim. İndi isə böyük məyusluq içindəyik. Amma seçmə turnirdə hara qədər irəlilədiyimizi unutmamalıyıq. Bu komandada işlər qaydasındadı”.


Felipe Melo, “Fluminense”nin yarımmüdafiəçisi:
“Onlar bəd əməllərinin əvəzini ödəməlidilər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-09-2023, 20:0

Totti “Roma”ya qayıdır?

Dünya futbolu

15-01-2023, 22:0

Tottinin bank hesabları araşdırılır

DÇ 2026

18-11-2022, 11:0

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidi" - Totti

Dünya futbolu

5-02-2024, 23:0

“Roma” hücumçuları harda oynayacaqlar?

Dünya futbolu

29-07-2023, 22:0

“Roma”ya yenə gərək olmadı

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 130
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə