• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gürcü AÇ-yə gedir, biz kənardan baxırıq! - kimdi günahkar: AFFA, yoxsa futbol ictimaiyyəti?

Ölkə futbolu / Manşet

2-04-2024, 08:0

Gürcüstanın Yunanıstanı məğlub edərək AÇ-2024-ə vəsiqə qazanması ölkəmizdə fərqli reaksiyalar doğurdu ki, bu da təbiidi. Axı biz eyni coğrafiyada, yəni Cənubi Qafqazda yer alan dövlətlərik.

Bundan başqa, futbol ənənələri, iki ölkə arasındakı münasibətlərin xarakteri və bir sıra başqa önəmli məqamlar da var. Azərbaycanın futbol ictimaiyyətinin fikirləri əsasən «biz niyə onların yerində deyilik» yönündədi. Belə düşünənləri haqsız saymaq çətindi. Ona görə ki, son 20 ildə ölkəmizdə futbolun inkişafına yetərincə böyük məbləğdə pul ayrılıb. Amma nəticələri ilə vitrinə çıxara biləcəyimiz bir komanda var ki, o da "Qarabağ”dı. Kəsəsi, heç vaxt maliyyə baxımından korluq çəkməmişik. Sadəcə, futbol təsərrüfatındakı sistemsizlik, ayrılan pulun lazımi istiqamətlərdə xərclənməməsi, məsuliyyət daşımalı olan şəxslərin «sudan quru çıxması» vəziyyəti gətirib o həddə çatdırıb ki, bu gün gürcülərin uğuruna həsəd aparırıq, qibtə edirik. Hazırda ictimaiyyət arasında dolaşan fikirləri əsasən iki cür qruplaşdırmaq olar. Bəziləri Gürcüstandan geri qalmağımızın günahını tam AFFA-nın üzərinə atır, qurum rəhbərliyinin işin öhdəsindən gələ bilmədiyini vurğulayır. Bəziləri də günahı lazımi səviyyədə futbolçu yetişdirə bilməyən klublarda, öz üzərində işləməyi, aparıcı futbol ölkələrində legioner həyatı yaşamağa ehtiyac duymayan futbolçularda görür. Bəs həqiqət hardadı? Bu suala cavab tapmaq üçün «Report» İnformasiya Agentliyinin idman bölməsinin müdiri Kənan Həsənova və təcrübəli mütəxəssis Yunis Hüseynova müraciət etdik.
Kənan Həsənov:

«Söhbət Azərbaycan futbol camiəsindən, ailəsindən gedirsə, burda kiminsə yaxasını kənara çəkməsi düzgün deyil. Təbii ki, hər kəsin müəyyən məsuliyyət payı var. Ən böyük məsuliyyət isə istər-istəməz ölkədə futbola cavabdehlik daşıyan, bu idman növünün idarə olunmasında, inkişafında bilavasitə rol oynayan AFFA-nın üzərinə düşür. Ancaq «yalnız AFFA günahkardı» demək də ədalətli yanaşma deyil. Çünki, AFFA futbolçu yetişdirən qurum deyil. AFFA-nın birbaşa borcu yığma komandanın oyunlarının, səfərlərinin, toplanışlarının təşkil edilməsidi. Yığmaya futbolçu hardan gəlir? Əsas mövzu budu və bunun üzərində baş sındırmaq lazımdı. Əslində heç baş sındırmağa da ehtiyac yoxdu. Təkcə əsas yığmaya yox, bütün yaş qrupu üzrə yığma komandalara futbolçular klublardan gəlir. Klublardan gələn futbolçuların səviyyəsi də hamıya bəllidi. Böyük təəssüf hissiylə bildirmək istəyirəm ki, klublarımız hələ də səviyyəli futbolçu yetişdirmək işinin öhdəsindən gələ bilmir. Bu işi bacarsaydılar, təbii ki, biz daha böyük hədəflər uğrunda mübarizə aparar, bu haqda danışardıq. Doğrusu, Millətlər Liqasından Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq elə də çətin vəzifə olmamalı idi. Millətlər Liqasının UEFA tərəfindən  yaradılması ilk növbədə bizim kimi kiçik komandaların hədəfə çatması üçün hesablanmış və atılmış bir addımdı. Ona görə də düşünürəm ki, məsuliyyət payından danışırıqsa, hardasa 60 faiz AFFA-nın üzərinə düşür. Çünki ölkədə indiyə kimi sistemli futbol təsərrüfatının qurulmamasında sözügedən qurumun günahı var. Yəni illərlə lazımsız xərclər, layihələr olub, amma özünü doğrultmayıb. Lakin sırf yığmanın meydanda nəticə qazana bilməməsində klubların da 40-45 faiz məsuliyyət payının, günahının olduğunu düşünürəm. Ona görə ki, Azərbaycanın başqa ölkələrdə, güclü çempionatlarda oynayacaq futbolçusu yox səviyyəsindədi. Ölkə xaricində çıxş edən legionerlərimizə baxaq, harda oynayırlar və necə şans qazanırlar. Əksəriyyəti 10-15 dəqiqə oynayır, ümumiyyətlə, meydana çıxmayanlar da var. Belə şəraitdə isə milli komandanın Avropa çempionatına vəsiqə qazanmasını gözləmək, arzulamaq, mənə elə gəlir ki, qeyri-mümkündü. Hələ ki bu, sadəcə, xam bir xəyaldı. Gələcəkdə necə olacağını artıq zaman göstərəcək. Çünki AFFA-da dəyişikliklər olacaq. Yəqin ki, futbol təsərrüfatında da dəyişikliklər fonunda müəyyən yeniliklər gözləməyə dəyər. İndiki durumda yaxın zamanda bu məsələylə bağlı müsbət bir şey olacağına inanmıram. Çünki hazırki nəsil də göz qabağındadı. Elə U-21-in çıxışını nümunə göstərmək olar. Komanda yer aldığı qrupda sonuncu pillədədi və evdə keçirdiyi görüşlərdə də böyük hesabla uduzur. Sabah da həmin gənclər əsas millidə yer alacaqlar və onlardan ciddi nəsə gözləmək mümkünsüzdü».

Yunis Hüseynov:

«Gürcüstan millisini Avropa çempionatının final mərhələsinə aparan oyunu izlədim. Həm oyun, həm də tribunadakı coşqu möhtəşəm idi. Belə həlledici qarşılaşmalarda azarkeşlərin dəstəyi lazımdı və demək olar ki, onlar da bu dəstəyi sevimli komandalarından əsirgəmədilər. Gürcüstan yığması, səhv etmirəmsə, ötən dəfə də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üzrə olarkən Şimali Makedoniyaya məğlub olub turnirdən kənarda qaldı. Amma bu dəfə Yunanıstana qarşı oynadılar və böyük əzmkarlıq, şücaət göstərib qələbə qazandılar. Onlara uğur arzulayıram. Məndə olan məlumatlara görə, ümumiyyətlə, Gürcüstanda 17-18 yaşlı uşaqlar legioner həyatı yaşamadıqda artıq onların yaxşı oyunçu olmadığı düşünülür. Bu üzdən də onlarda bir düşüncə var ki, yalnız xaricə gedib orda özümüzü yaxşı tərəfdən göstərək. Elə Gürcüstanın ehtiyatda olan futbolçularına baxanda, demək olar ki, hamısı yaxşı klublarda oynayır. İtaliya, İngiltərə, İspaniya çempionatlarında çıxış edən futbolçulardı ki, təcrübələrini artırıb milli komandalarına kömək oldular. Yığmanın heyətində Gürcüstan çempionatında çıxış edən futbolçuları barmaqla saymaq olar. Qalanı legioner həyatı yaşayır, hətta bəziləri «böyük beşlik» ölkələrin klublarında mübarizə aparır. Buna görə də həmin futbolçuların yığma komandaya çox xeyri dəyir. Yunanlarla qarşılaşmada heç də rəqibdən geri qalmırdılar, hətta əksinə, bəzi qol vəziyyətləri yaratdılar, yaxşı mübarizə apardılar və layiqincə qələbə qazandılar. AÇ-2024-də onlara uğurlar diləyək. Bizdə nəyin çatıb-çatmamasına gəlincə, bir qədər əvvəl dedim: Gürcüstan futbolçuları legioner həyatı yaşayır, bizimkilər yox. Bax, bizdə bu çatışmır. Azərbaycanda futbolçu qıtlığı var. Hətta keyfiyyətli yerli oyunçu çatışmazlığı yaşanır. Bizim milli komandaya namizəd kimi göstərmək üçün 100-200 oyunçumuz yoxdu ki, onların arasından seçim edək. Ancaq Gürcüstanda elə futbolçular var ki, onların arasından seçim edib, ən yaxşıları yığmaya dəvət edirlər. Belədə həmin oyunçuların üzərində də oyunu qurub, qələbə qazanırlar. Federasiyaya gəlincə, geyim-keçimdi, mükafatdı, günlük puldu — bu baxımdan AFFA tərəfindən yığmamıza bütün şərait yaradılıb. Hətta başqa ölkələrdən də yaxşı səviyyədədi. AFFA həmişə milliyə dəstək verib. Problem odu ki, bizdə oyunçu çatışmazlığı var. Bilirsiz ki, seçim məhdud olanda istər-istəməz səviyyəsi aşağı olan futbolçunu da çağırırsan. Milli komandaya namizəd 20-25 oyunçu var, sadəcə, onlardan istifadə edə bilirik. Doğrudu, gənclərimiz var. Amma həmin gənclərlə meydana çıxıb məğlub olsan, həm komandanı, həm də baş məşqçini danlayırlar. Ona görə də milli komandaya hansısa baş məqşçi gələndə yaxşı nəticə əldə etməyə çalışır. Nəticə əldə etməkdən ötrü yaxşı futbolçular da lazımdı. Ona görə də bu baxımdan bizdə xeyli çatışmazlıq var. Hazırda legioner həyatı yaşayan oyunçumuz çoxdu. Lakin harda və ya hansı klubda çıxış etdiklərinə baxanda aradakı fərqi aşkar görmək olur. Hesab edirəm ki, futbolçularımız xaricdə yaxşı klublarda oynasalar, start heyətində yerlərini təmin etsələr, inkişafa nail ola bilərik. Əlbəttə, istəyərdik ki, futbolçularımız yaxşı klublarda çıxış etsinlər. Təəssüf ki, indi bu gözlənti doğrulmur. Bu məsələlər həll olunandan sonra milli komandamız da düzələcək. İndi çox adam deyir ki, futbolçularımız var, sadəcə, onları üzə çıxarmaq lazımdı. Hansı oyunçu varsa, üzə çıxarsınlar. Hələ ki belələrini görmürəm. Adicə U-21 yığmamızda bir-iki oyunçunu çıxmaq şərti ilə qalanları nə dərəcədə yaxşı oyun sərgiləyir? Gənclər inkişaf etsələr, milli komandamızda da hər şey yaxşı olacaq».

KAMAL SƏFƏR

Arayış
Gürcüstanın da Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasıyla qitədə bu sevinci yaşamayan 19 ölkə qaldı. Bunlar Azərbaycan, Lixtenşteyn, Malta, San Marino, Cənubi Kipr, Lüksemburq, Bosniya və Hersoqovina, Andorra, Belarus, Litva, Moldova, Monteneqro, Kosovo, Qazaxıstan, Cəbəllütariq, Farer adaları, Estoniya, Qazaxıstan və İsraildi. Futbolun inkişafı əhali sayı ilə ölçülməsə də, hər halda, maraqlı məqam odu ki, bu 18 ölkədən yalnız Azərbaycanla Qazaxıstanın əhalisinin sayı 10 milyonu ötüb. Daha bir maraqlı məqam: Bosniya və Hersoqovina AÇ-də iştirak hüququ qazana bilməsə də, DÇ-yə qatıla bilib.

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

7-03-2023, 11:0

Peşəkar Futbol Liqasına ayrılan vəsait azalıb

Ölkə futbolu / Manşet

14-12-2023, 23:0

“Hər şey maliyyə ilə bağlıdı” – hakimlər gedir, yoxsa getmir?

Yığma / Manşet

25-03-2024, 00:0

“Odu ki, 1:5-ə görə mən heç kimi günahlandıra bilmərəm” – kimdi günahkar?

Aktual / Ölkə futbolu

8-06-2023, 12:0

AFFA futbol ictimaiyyətinin böyük maraqla gözlədiyi məsələyə aydınlıq gətirdi - AÇIQLAMA

Manşet / Avropa Liqası

15-12-2023, 01:0

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

İdman / Premyer-liqa

10-08-2022, 12:0

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Aktual
Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
“11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
“Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?
"Zirə" finala ciddi itkilərlə çıxacaq - "Qarabağ", "Neftçi" və "Turan Tovuz" "Sabah"ın qələbəsini arzulayır
“Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?
“Mingəçevir”də boykot bitdi? – 16.30-da məşqə çıxıblar
Son xəbərlər
  • Bu gün, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • Dünən, 23:39
    Flikin məsələsinə aydınlıq gəldi
  • Dünən, 23:18
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • Dünən, 22:47
    Mbappe boykota əl atıb?
  • Dünən, 22:16
    La Liqanı tərk etdilər
  • Dünən, 21:45
    “11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
  • Dünən, 21:26
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:01
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 20:44
    Avrokubokların finallarının hakimləri açıqlandı
  • Dünən, 20:17
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 19:16
    “Damrabuskasın yerində olsaydım, mən də penalti seriyasına hazırlaşmazdım” – Rəşad Sadıqov
  • Dünən, 18:45
    “Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?
  • Dünən, 18:14
    "Zirə" finala ciddi itkilərlə çıxacaq - "Qarabağ", "Neftçi" və "Turan Tovuz" "Sabah"ın qələbəsini arzulayır
  • Dünən, 17:43
    “Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?
  • Dünən, 17:06
    “Belə suallara nifrət edirəm” – Valdas Dambrauskas
  • Dünən, 16:59
    “Mingəçevir”də boykot bitdi? – 16.30-da məşqə çıxıblar
  • Dünən, 16:39
    "Araz-Naxçıvan" Melo ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 16:34
    "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
  • Dünən, 16:20
    "Futbol+"in proqnozu düz çıxdı - finalı Elçin Məsiyev idarə edəcək!
  • Dünən, 15:53
    ''Qalatasaray'' çempionluq kubokunu mövsüm bitməmiş alacaq!
  • Dünən, 14:54
    Kroos: ''Arda Gülər rəqib qapısına mümkün qədər yaxın olmalıdı''
  • Dünən, 14:33
    ''Hall Siti'' pley-offun finalına yüksəldi
  • Dünən, 14:11
    Çempionat matçı niyə dayandırıldı?
  • Dünən, 13:44
    Çempionu müəyyənləşdirəcək oyunun vaxtı dəyişdi!
  • Dünən, 12:57
    Avrokuboklarda debüt edəcəklər
  • Dünən, 12:26
    “Arsenal” öz rekordunu yenilədi
  • Dünən, 11:55
    “Milan” onu transferə çıxardı
  • Dünən, 11:34
    Millimiz AÇ-də bürünc medal qazandı
  • Dünən, 11:13
    Finalda ədaləti kim qoruyacaq? - məntiq Elçin Məsiyev deyir, bəs Rəhim Həsənov?
  • Dünən, 10:52
    ''Qalatasaray'' çempionluqları, ''Fənərbaxça'' isə ikincilikləri sıralayır
  • Dünən, 10:31
    İngiltərədə qalmaq şansı var
  • Dünən, 10:00
    “Karvan-Yevlax”dan ayrıldığım gün də səmimi şəkildə demişdim ki…” - Azər Həşimov komandanı elitada saxlayacaqdı?
  • Dünən, 09:48
    Lebron Ceyms bu il də çempion ola bilmədi!
  • 11-05-2026, 23:0
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • 11-05-2026, 23:0
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
Daha çox
Oxunub: 248
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 222
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 190
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 181
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 170
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə