Cinah müdafiəçisi hakimin az qala hər qərarına etiraz edir, dava axtarırdı. Oyunsonrası mətbuat konfransında milli komandanın baş məşqçisi Arif Əsədov Elvinin “Bayer-04”lə oyunda aldığı qırmızı vərəqənin buna təsirinin olduğunu dedi. Ümumiyyətlə, Cəfərquliyevin son qarşılaşmalardakı aqressivliyi gözdən yayınmır. Görəsən, onun belə aqressiv davranışının səbəbi nədi? Eyni zamanda, Bolqarıstanla oyunda kəskin etiraza görə estoniyalı baş hakim Kristo Tohver futbolçunu qırmızı vərəqəylə cəzalandıra bilərdimi? Təcrübəli futbol adamı Əfqan Talıbovun “Football-plus.az”a söylədikləri:
“Elvin istedadlı futbolçularımızdan biridi. Onun hər oyunda istəkli oynaması bizi sevindirir. Elvini aqressivləşdirən bəzi hakim qərarlarıdı. Tədricən sakitləşib öz oyununu oynayacaq. Bir daha “qırmızı” alarsa, yəqin ki, sərt şəkildə cəzalanacaq”.
KAMAL SƏFƏR



