Andrade 90 dəqiqə oynadı

26.03.2024 12:00 150
Dünya futbolu
"Qarabağ"ın legioneri Patrik Andradenin formasını geyindiyi Kabo Verde millisi yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, milli Ekvatorial Qvineya ilə qarşılaşıb. Matç Andradenin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qalibiyyət qolunu 64-cü dəqiqədə Cabral vurub.

Andrade start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.