Osimhenin qiyməti məlum oldu

23.03.2023 22:18 232
Dünya futbolu
“Napoli” rəhbərliyi Viktor Osimhenə qiymət qoyub.

"Football-plus.az" xəbər verir ki, Neapol klubu 24 yaşlı hücumçunu 150 milyon avroya sata bilər. Qeyd edək ki, Osimhenlə “Real”, PSJ, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in maraqlandığı iddia olunur.

Yeri gəlmişkən, nigeriyalı hücumçu hazırda A seriyasında 21 qolla ən yaxşı bombardirdi.