Bir müddət öncə Azərbaycan yığmasından təklif aldığını təsdiqləyən Rza Çalımbay bu mövzuda yeni açıqlama verib.
Təcrübəli türkiyəli mütəxəssis NTV kanalına açıqlamasında bunları deyib:
''Mənim namizədliyimi Azərbaycan yığmasına təklif ediblər. Mənim fikrimi öyrəndikdə ''görüşüb danışa bilərik'' dedim. Orda Federasiyada prezident seçkiləri gözlənilir. Ona görə də hələki heç bir rəsmi görüşümüz baş tutmayıb. ''Beşiktaş''dan ayrıldıqdan sonra Türkiyə çempionatından təkliflər almışdım. Amma həmin an anam və qardaşımın səhhəti ilə bağlı problemləri var idi. Ona görə də mənə maraq göstərən klublara konkret cavab verə bilmədim. Bu müddətdə ən ciddi təklif İrandan gəlmişdi. Amma ''Persepolis''in təklifini geri çevirdim''.
Qeyd edək ki, son olaraq qısa müddət ''Beşiktaş''da işləyən 61 yaşlı mütəxəssis 2021/22-də ''Sivasspor'' ilə ölkə kubokunu qazanaraq adından söz etdirmişdi.
ƏLİ