“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Bizim Gələcəyimiz” beynəlxalq turnirində çempion olub.
Asif Əlizadənin çalışdırdığı U-14 finalda yerli BATE ilə görüşüb. Komanda bu qarşılaşmada 1:0 hesabıyla qalıb gəlib. Yeganə qolu 28-ci dəqiqədə Cavidan Əlizadə vurub. Bu qələbə ilə “Qarabağ” turnirin qalibi olub.
Turnirlə bağlı fikirlərini öyrənmək üçün “Qarabağ” akademiyasının direktoru Aftandil Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması: