Məlum olduğu kimi Konfrans Liqasının 1/4 finalında ''Fənərbaxça'' ilə ''Olimpiakos'' üz-üzə gələcək.
İlk oyun aprelin 11-də Pireydə, cavab oyunu aprelin 18-də Kadıköydə keçiriləcək. ''Fənər''in səfər oyununda azarkeş dəstəyindən məhrum olacağı dəqiqdi. Çünki UEFA tərəfindən İstanbul nəhənginə 3 səfər oyunu ilə bağlı azarkeş cəzası verib. Bu arada məlum olub ki, ''Olimpiakos'' fanatları da İstanbula gəlməyəcək! Yunanıstan mətbuatının iddiasına görə UEFA-dan bununla bağlı rəhbərliyə məsləhət verilib. ''Olimpiakos'' rəhbərliyi də bu məsləhəti dinləyərək Türkiyəyə azarkeş aparmamağın məqsədəuyğun olduğuna qərar verib. Təhlükəsizlik üzündən ''Olimpiakos'' bundan əvvəl də Türkiyədə keçirdiyi oyunlara azarkeş aparmamışdı.
ƏLİ