“Qəbələ”nin U-19-u “Olimpiakos”a uduzdu - YENİLƏNİB

8.11.2023 17:53 272
Manşet / Çempionlar Liqası
“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının 2-ci mərhələsinin ilk oyunu çərçivəsində “Olimpiakos”la qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, ilk oyun
Qəbələ - Olimpiakos (Yunanıstan) 0:3
Qollar: Mouzakitis, 4 - p (0:1). Kostoulas, 64 (0:2). Darviras, 87 (0:3).
Hakimlər: QOQA KİKAÇEŞVİLİ, David Axvlediani, Davit Qabisonia (hamısı Gürcüstan), Tural Qurbanov (Azərbaycan).
8 noyabr. Qəbələ, şəhər stadionu. Saat 16.00.