• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Trabzonda Türkiyə futbolu növbəti dəfə biabır oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

20-03-2024, 21:0

Tolunay Kafkasın “Fatih Karagümrük”ün başındakı macərası evdə “Konyaspor”a qarşı heç-heçə ilə başladı.


"Football-plus.az" xəbər verir ki, autsayderlərin duelində isə “Pendikspor” artıq taleyi ilə barışmış “İstanbulspor” üzərində son dəqiqə qolu ilə çox vacib qələbə qazandı.

“Alanyaspor” son həftələrin diqqətçəkən oyunçusu Oğuz Aydının qolu ilə “Kayserispor”u üstələdi. 23 yaşlı bu yarımmüdafiəçi son 5 turda 5-ci qolunu vurdu. “İstanbul BŞ”ni məğlub edən “Ankaragücü”nün 7 oyunluq qələbəsiz seriyası başa çatdı. Ötən həftə Səlcuk İnanın debüt oyununda “Beşiktaş”ı məğlub edən “Qaziantep” bu dəfə Rizədən xalsız qayıtdı. Şahruddinin şərəfini qoruduğu “Adana Dəmirspor” isə deyəsən, yavaş-yavaş böhrandan çıxır. Məhəmmədəliyevin oynadığı qarşılaşmada “Sivasspor”u darmadağın edən Adana təmsilçisi son 3 turda 2-ci qələbəsini qazandı (1 heç-heçə). Halbuki bu seriyaya qədər komanda ardıcıl 10 turda qələbəyə həsrət qalmışdı.

Nəhənglərə gəlincə, “Beşiktaş” “sürünməkdə” davam edir. “Qartal” “Qalatasaray” və “Qaziantep”in ardından bu dəfə evdə “Antalyaspor”a da uduzdu! Son anlar çox dramatik alındı. Əsas vaxta əlavə olunan 11-ci dəqiqədə qapıçı Mərt Günokun (!) qazandığı penaltidən sonra topun başına keçən Raşitsanın zərbəsi qolla nəticələndi. Amma məlum oldu ki, kosovolu zərbə anında sürüşdüyündən top onun hər iki ayağına da toxunubmuş. Bu üzdən qol sayılmadı. Superliqada ardıcıl 3-cü, mövsüm ərzində isə 12-ci məğlubiyyətlə üzləşən “Beşiktaş” bu göstəricidə indidən şəxsi antirekordunu təkrarladı. “Qalatasaray”ın “Kasımpaşa” ilə səfər oyunu nəfəsləri kəsdi. Qonaqların iki, meydan sahiblərinin bir dəfə hesabda önə keçdiyi görüşdə son sözü yeni transfer Vinisius söylədi. Amma oyuna damğa vuran isim İkardi oldu. Argentinalı forvard həm avtoqol müəllifi oldu, həm penalti qaçırdı, həm də dubl edərək qəhrəmana çevrildi. Maraqlıdı ki, İkardi bu mövsüm 3-cü dəfə penalti qaçırdığı oyunda qol vurdu. Bu, daha öncə “İstanbulspor” və “Mançester Yunayted” ilə oyunlarda baş vermişdi. “Cim-Bom” superliqada qələbə seriyasını 11 oyuna, xalını isə 81-ə çatdırdı. Bu, 30-cu turlar üçün turnirin tarixinin yeni rekordudu!

“Fənərbaxça” fərqin artmaması üçün mütləq Trabzonda qalib gəlməliydi. Bu görüş “sarı-lacivərdlilər”in bu mövsüm səfərdə daha yaxşı oynadığını bir daha sübut etdi. Fredin qolları ilə fasiləyə 2 topluq üstünlüklə yollanan İsmayıl Kartalın komandası 2-ci hissədə vaxtından tez rahatlaşdı. Bardinin cərimə zərbəsindən vurduğu baxımlı qolla həvəslənən “Trabzonspor” çox keçmədən Trezeqenin dəqiq penalti zərbəsi ilə bərabərliyi də yaxaladı. Amma son sözü “Fənər”in “növbətçi qolçusu” Batşuayi söylədi. Təcrübəli belçikalı forvard superliqada son 5 qolun hamısını 85-ci dəqiqədən sonra vurub. Sonuncu dəfə 11-ci turda məhz elə “Trabzonspor”a uduzan “Fənər”in superliqada məğlubiyyətsiz seriyası 19 oyuna yüksəldi. Kartal Aykut Kocamanı keçərək klub tarixində bir mövsümdə çempionatda ən uzun məğlubiyyətsiz seriya yaxalayan yerli məşqçi oldu. Oyunboyu tribunadan atılanlar üzündən gərgin keçən matçın final fitindən sonra aləm bir-birinə dəydi. “Fənər”lilərin mərkəzdə toplaşaraq qələbəni bayram etməsi yerli fanatların xosuna gəlmədi və onlar meydana axışaraq qonaq futbolçulara hücum etdilər. Nəticədə növbəti dəfə Türkiyə futbolunun bütün dünyada üzünü qara edəcək rəzil görüntülər ortaya çıxdı. Halbuki ilk dövrədə İstanbulda qalib gəldikdən sonra trabzonlu futbolçuların mərkəzdə toplaşaraq qələbəni bayram etməsinə heç kim bir söz deməmişdi. Artıq hadisə ilə bağlı 12 nəfər həbs olunub. Bu olaylar üzündən “Fənər” polislərin müşayiəti ilə İstanbula yerli vaxtla səhər saat 4-də çatdı. Həbslərin sayının artacağı və “Trabzonspor”un çox ciddi cəzalarla üz-üzə qalacağı gözlənilir.

30-cu tur
Kasımpaşa – Qalatasaray 3:4
İkardi, 34-öz qapısına. Aytac Kara, 57. Da Kosta, 77 – Mertens, 27. İkardi, 48; 83. Vinisius, 90.
Qalatasaray: Muslera, Kaan Ayhan (Ziyeş, 74), Nelsson, Berkan Kutlu, Kön, Kərəm Dəmirbay, Torreyra (Tete, 89), Barış Alpər Yılmaz, Mertens (Vinisius, 89), Kərəm Aktürkoğlu (Zaha, 83), İkardi.
Trabzonspor – Fənərbaxça 2:3
Bardi, 63. Trezeqe, 78-p. – Fred, 13; 45+4. Batşuayi, 87.
Trabzonspor: Uğurcan Çakır, Menye, Fernandes (Bardi, 46), Densvil, Ərən Elmalı, Mendi, Berat Özdəmir, Visça, Pepe, Trezeqe (Funtas, 90+6), Enis Destan (Umut Bozok, 65).
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Sərdar Əziz (Oostervolde, 46), Ciku, Fərdi Kadıoğlu, Fred, İsmayıl Yüksək, İrfan Can Kahveci (Mərt Müldür, 90+6), Şimanski (Batşuayi, 83), Tadiç, Ceko (Sərdar Dursun, 83).
Beşiktaş – Antalyaspor 1:2
Muçi, 46 – Bünyamin Balcı, 5. Buksa, 38-p.
Beşiktaş: Mərt Günok, Svensson, Kolli, Uorrall, Əmrəcan Terzi, Amarti (Muleka, 46), Fernandeş, Raşitsa, Muçi, Semih Kılıçsoy, Cenk Tosun (Abubakar, 60).
Adana Dəmirspor – Sivasspor 4:1
Atal, 13. Yusuf Sarı, 54. Nani, 65. Əmrə Akbaba, 83 – Koyta, 51.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal, Qravilyon, Semih Gülər, Məhəmmədi, Maestro, Mişu (Aymbetov, 90+3), Yusuf Sarı (Rodriges, 85), Əmrə Akbaba (Yusuf Barasi, 90+5), Yusuf Ərdoğan, Mendosa (Nani, 46).
Alanyaspor – Kayserispor 1:0
Oğuz Aydın, 90+13.
Pendikspor – İstanbulspor 1:0
Xəlil Akbunar, 90+7.
Hatayspor – Samsunspor 3:0
Strannberq, 3. Dele-Başiru, 89. Rivas, 90+2.
Ankaragücü – İstanbul BŞ 2:1
Tolqa Ciğərci, 57-p. Sou, 67 – Fiqeyredo, 80.
Fatih Karagümrük – Konyaspor 1:1
Güvən Yalçın, 85 – Ndao, 43.
Çaykur Rizəspor – Qaziantep 3:1
M`Bakata, 64-öz qapısına. Olavoyin, 84. Zekiri, 90+7 – Soresku, 54.
1. Qalatasaray 30 26 3 1 68-20 81
2. Fənərbaxça 30 25 4 1 79-25 79
3. Trabzonspor 30 15 4 11 51-40 49
4. Beşiktaş 30 14 4 12 40-36 46
5. Kasımpaşa 30 12 7 11 53-55 43
6. İstanbul BŞ 30 12 6 12 38-35 42
7. Çaykur Rizəspor 30 12 6 12 36-47 42
8. Antalyaspor 30 10 11 9 35-33 41
9. Adana Dəmirspor 30 9 12 9 46-39 39
10. Alanyaspor 30 9 12 9 38-42 39
11. Sivasspor 30 9 11 10 36-43 38
12. Samsunspor 30 10 6 14 35-41 36
13. Kayserispor (-3) 30 10 9 11 36-43 36
14. Ankaragücü 30 7 12 11 36-39 33
15. Hatayspor 30 7 12 11 36-40 33
16. Konyaspor 30 7 12 11 31-42 33
17. Qaziantep 30 8 7 15 34-44 31
18. Fatih Karagümrük 30 7 9 14 34-38 30
19. Pendikspor 30 7 8 15 34-61 29
20. İstanbulspor (-3) 30 3 7 20 22-55 13
Bombardirlər: Ceko (Fənərbaxça) – 18, İkardi (Qalatasaray) – 17, Manay (Sivasspor) – 15, Tiam (Kayserispor/Pendikspor) – 14.
Növbəti turun oyunları aprelin 2-4-ü aralığında keçiriləcək: Fənərbaxça – Adana Dəmirspor, Konyaspor – Trabzonspor, Sivasspor – Fatih Karagümrük, Qalatasaray – Hatayspor, Samsunspor – Pendikspor, Kayserispor – Kasımpaşa, Qaziantep – Alanyaspor, İstanbul BŞ – Beşiktaş, Antalyaspor – Ankaragücü, İstanbulspor – Çaykur Rizəspor.

Turun rəqəmi
6 – “Fənərbaxça” və “Qalatasaray” “Beşiktaş”ın yeni stadionunda superliqada ilk qələbəni yalnız bu mövsüm qazandılarsa, “Anatlyaspor”un “Tüpraş Stadionu”ndakı göstəriciləri heyrət doğurur. Antalya təmsilçisi bu arenada, yəni “Beşiktaş”a qarşı səfərdə keçirdiyi ardıcıl 6-cı superliqa matçında uduzmadı (3 qələbə, 3 heç-heçə). “Tüpraş Stadionu”nun istifadəyə verildiyi 2016-nın aprelindən bəri “Beşiktaş”ı bu stadionda “Antalyaspor”dan çox məğlub edən komanda yoxdu!

Turun ulduzu
Fred (Fənərbaxça) – “Kasımpaşa” ilə səfər oyununda hər cür “hoqqa verən” İkardi də turun ulduzu seçilməyə layiqdi. Amma virtual tərəziyə qoyanda sanki Fredin qəhrəmanlığı daha ağır gəlir. “Fənər”in heyətində keçirdiyi ilk 25 rəsmi oyunda qol vura bilməyən braziliyalı dayaq yarımmüdafiəçisi Trabzon kimi çətin səfərdə birdən-birə iki dəfə fərqləndi! Özü də maraqlıdı ki, 31 yaşlı futbolçu buna qədər peşəkar karyerasında çempionat oyununda heç vaxt dubl etməmişdi. Onu da bildirək ki, superliqa çərçivəsində səfərdə “Trabzonspor”a 2 qol vuran sonuncu “Fənərbaxça”lı futbolçu 2006-nın aprelində Semih Şəntürk olmuşdu.

Turun sitatı
Tolqa Zəngin, futbol şərhçisi, sabiq “Trabzonspor”lu qapıçı:
“Trabzonun tribunalarında böyüyən biri kimi bu fanatlara demək istəyirəm ki, bu cür şəkildə oyuna gəlməkdənsə, heç gəlməyin! Problem belə həll olunmur. Problem indi yox, daha öncə həll olunmalıydı. Vaxtı keçib artıq. Bir tərəfdən Trabzona futbol şəhəri deyirik, digər tərəfdən belə rəzalət yaşanır. Həmin mübahisəli məsələdə sona qədər “Trabzonspor”un tərəfini tutmuş biri olaraq deyirəm ki, siz yanlış hərəkət edirsiz. O oyunçuların bir tükünə zərər gəlsə, bunun altından çıxa bilməyəcəksiz. Livakoviç zədəli halda yerdə uzanıb və onun üzünə yad əşyalar atılır. Haqq-ədalət belə axtarılır? Gedin, ədalətinizi başqa yerdə axtyarın. Mən həqiqəti demək məcburiyyətindəyəm. Bir həftə sonra Trabzona gələcəm. Kimin nə sualı olsa, gəlib soruşa bilər”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Rəqibimizi gözəl oyun münasibətilə təbrik edirəm. Çox qol vuran və çox qol buraxan komanda statusunu təsdiqlədilər. Uzun müddətdi günorta oyuna çıxmırdıq. Axşamlar oynamağa alışan bir komanda kimi bu atmosfer bizə çətinlik yaratdı. Matçdan öncə də bu durumun əleyhimizə işləyəcəyi ilə bağlı qorxularım var idi. Amma nə qədər çətin də olsa, qalib gələ bildik. Qaçırdığımız fürsətləri və təbii ki, penaltini də unutmaq olmaz. Vurduğumuz 4 qoldan başqa daha üç yüzfaizlik fürsəti əldən verdik. Çempionluğa aparan yol məhz belə oyunlardan keçir. Ona görə də qalib gəldiyimizə görə sevincliyik. Yığma fasiləsindən sonra zədədən qayıdanlar optimal formaya düşəcək və heyətimiz geniş olacaq. Hələ də müdafiədə problemlər yaşayırıq. İkardinin də psixoloji və fiziki cəhətdən istirahətə ehtiyacı var. Bu gün ikinci hissəyə damğa vurdu. Fasilədən sonra o da daha yaxşı durumda olacaq”.


Fernando Santuş, “Beşiktaş”ın baş məşqçisi:
“Son 2 ev oyununda məğlubiyyətə layiq deyildik. İkinci hissədə əlimizdən gələni etdik. Amma top heç cür qapıya getmək istəmədi. Uzun illərdi futbolun içindəyəm. Bu cür şəkildə bir komandanın penaltini boşa verməsini indiyə qədər görməmişdim. Əslində Raşitsa zərbəni çox yaxşı vurmuşdu. Sadəcə, böyük bir şanssızlıq yaşadı. “Qalatasaray”la oyunda ən azı heç-heçəyə, bu gün isə qələbəyə layiq idik. Artıq şanssızlığa qarşı da mübarizə aparmalı olacağıq. İkinci hissədə mənim dönəmimdə ən yaxşı oyunlarımızdan birini sərgilədik. Yığma fasiləsində hər şeyi unudub qarşıdakı matçlara hazırlaşmaq üçün vaxtımız olacaq. Karyeramda bundan da çətin və qarışıq durumlarda olan klublarda çalışmışam. İstefa vermək ağlımın ucundan da keçmir. Ortada nəticə olmadıqda hər şey çox pis görünür. Amma 3-cü yeri tutmaq və kuboku qazanmaq şansımız davam edir. Oyunçularıma güvənirəm”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:
“Son 3 matçın hər birində 118 km-dən çox qaçmışdıq. Yorğun şəkildə bu oyuna çıxdıq. Rəqibi ən xırda detallara qədər təhlil etmişdik. İlk yarıda planımıza sadiq qalaraq 2 qol vurduq. Fasilədə müdafiədə məcburi dəyişikliyə getməli olduq. Tribunadan atılan kənar əşya başıma dəydi. Fanatların bu hərəkətini anlamadım. Oyunboyu cinah oyunçularımıza yad əşyalar atıldı. Bu, istər-istəməz oyunumza təsir edirdi. Mənim özümə də dəfələrlə su şüşəsi dəydi. Biz heç kimi təxribata sürükləmədik. Yerə uzanıb vaxtı aparmırdıq. 2:2-dən sonra etdiyimiz əvəzetmələrlə qalib gəldik. Final fitindən sonra həm rəqib, həm də öz oyunçularımın əllərini sıxıb təbrik etdim. Oyunçularım meydanın mərkəzində sevinirdi. Birdən-birə rəqib azarkeşlər meydana çıxıb üstümüzə atıldılar. Dəhlizə qədər arxamızca gəldilər və bizi vurmağa çalışdılar. Kadıköydəki oyundan sonra qələbəyə sevinən “Trabzonspor”lular meydanın mərkəzində bir-birini havaya atırdılar. Həmin vaxt onlara nəsə deyən oldumu? Əksinə, biz onları da, Abdulla Avcını da təbrik etmişdik. İndi biz burda qalib gəlib sevinəndə nə üçün belə şeylər baş verməlidi? Bizim sevinmək haqqımız yoxdumu? Ümumiyyətlə, normal şərtlərdə bu oyun 60-cı dəqiqədən sonra dayandırılmalıydı. Oyunçumun başına yad cisim atılmışdı. Hakimlər də, biz də oyunun davam etməsinə çalışdıq. Kaş bu hadisələr yaşanmazdı. İdman, futbol dostluq və qardaşlıqdı. Hamımız bu ölkənin insanıyıq. Daha sakit və soyuqqanlı olmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

20-01-2024, 22:0

Şahruddin qələbə hesabını qoruya bilmədi

Dünya futbolu

10-02-2024, 12:0

Şahruddinin komandası uduza-uduza gedir

Dünya futbolu

20-07-2023, 17:0

Superliqada yeni mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

4-10-2023, 22:0

“Fənərbaxça” 14-cü oyunda da büdrəmədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

11-04-2023, 18:0

Superliqanın 28-ci turunun ŞƏRHİ

Aktual
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
“Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
Son xəbərlər
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 220
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 189
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə