• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi ilə Suaresdən yeni şou

Dünya futbolu

18-03-2024, 20:0

KONKAKAF-ın Çempionlar Kuboku
1/8 final, cavab oyunu
İnter Mayami (ABŞ) – Neşvill (ABŞ) 3:1 (2:0)
Qollar: Suares, 8 (1:0). Messi, 23 (2:0). Teylor, 63 (3:0). Sarric, 90+3 (3:1).
İlk oyun – 2:2.
Messi dincəlir – argentinalı ulduzun MLS çempionatında ötən şənbə keçirilən “Monreal”la oyundakı (2:3) yoxluğunu “İnter Mayami” düşərgəsi ictimaiyyətə belə izah etmişdi. İlk məğlubiyyət boş şeydi. Mövsüm uzundu, KONKAKAF-ın Çempionlar Kuboku isə qısa. Üstəlik Leonun oynamaqdan bezdiyi neqativ ötənilki təcrübə də var. Onda argentinalı hər 3-4 gündən bir meydana çıxırdı. Ancaq klub tarixindəki ilk titulu – Liqa kubokunu qazanmaq üçün belə fədakarlıq kifayət etdi. Ardından gələn əzələ zədələri, sonrakı fəsadlar argentinalı ilə yanaşı, dostu Xordi Albanı da müntəzəm çempionatın həlledici mərhələsindən kənarda qoydu, bu isə “İnter Mayami”yə pley-offa vəsiqə qazanmamaq bahasına başa gəldi.

Xerardo Martinonun komandası cavab görüşündə inamlı qələbə qazandı. Messi ilk dəqiqələrdən meydanda “at oynadırdı”. Onun ilk cəhdinin qarşısını Qodoy cərimə meydançasının xətti üzərində kobudluqla aldı. Argentinalının zərbəsi “canlı sədd”ən qayıtdı. İkinci zərbəsi qapının üstündən keçdi. Leo üçüncü hücumda Suaresi qapıçı ilə təkbətək çıxardı və uruqvaylı imkanı qaçırmadı.

Bundan sonra oyun bir müddət qonaqların ciddi təzyiqi altında davam etdi. Ancaq hissənin ortalarında tabloda Messinin soyadı “yandı”. Və bu elə epizod idi ki, kapitandan heç bir sehrbazlıq tələb olunmurdu. Rəqib müdafiəçini bir hərəkətlə işsiz qoyan Qomes cərimə meydançasına elə ötürmə verdi ki, Messinin üzərinə yalnız topu tora göndərmək düşdü. Təbii ki, oyunun taleyinin ilk 23 dəqiqədə həll olunduğunu iddia etməyə dəyməz. Bəlkə də “Neşvill” parlaq ulduzları yoxdu. Bununla belə, çox sabit, xarakterli və sistem əsasında oynayan komandadı. Bəzi epizodlarda “İnter”i qonaqların bitirici mərhələdəki qeyri-dəqiqliyi və ofsaydlar xilas etdi. Bir dəfə də Messinin komandasının köməyinə dirək çatdı.

Fasilədən sonra meydan sahibləri daha çətin anlar yaşadı. Ancaq argentinalı ulduz həmin anları ehtiyat oyunçular skamyasından izləyirdi. Onu artıq 50-ci dəqiqədə əvəzlədilər ki, bu da sağlıq durumunda problem olmasıyla bağlı deyilənləri təsdiqləyir. Leo ilk oyunda möcüzə sayəsində ciddi zədədən qurtuldu, cavab görüşü ərəfəsində isə kapitana yaxın olan insayderlər iddia edirdilər ki, meydana çıxıb-çıxmayacağı ilə bağlı qərar oyun günü veriləcək.
Düşünmək olar ki, “Qızıl top”un son sahibinin zədəsi ciddi deyil. Əks halda biz ilk yarıda faktiki ideal səviyyədə oynayan Messini görməzdik. Reaksiyalara əsasən mühakimə yürütsək, bu dəyişiklik planauyğun idi, ehtiyat oyunçular skamyasında əyləşən Leo gülürdü. Amma bu gülüşü oyunun taleyi həll olunandan sonra gördük, buna qədər isə həyəcanlanmaq üçün əsas var idi. Xüsusən də oyunun gedişində - qonaqlardan kimsə cərimə meydançasında topu qapıya göndərə bilməyəndə, ardından “İnter Mayami”nin qapıçısı Kallender Lovitsanın zərbəsinin qarşısını qəhrəmancasına alanda.

Messini və qalan komanda yoldaşlarını isə Suares sakitləşdirdi. Uruqvaylı 63-cü dəqiqədə baş zərbəsi ilə 3-cü topu qonaqların qapısından keçirən Teylor üçün ideal asma etdi. Düzünü desək, Suares komandaya qoşulandan sonra mayamililərin ən parlaq oyunçusunun kim olduğunu demək çətindi. Bu isə artıq ekspertlərin, jurnalistlərin və azarkeşlərin sevimli mübahisə mövzusudu. Bir-birinə çox möhkəm dostluq telləri ilə bağlı olan Leo və Luis üçün bu məqamın əhəmiyyəti yoxdu. Onlar, sadəcə, birlikdə oynamaq imkanından məmnunluq duyurlar. Arzuların tandemi yenidən iş başındadı. 10 il əvvəl bu tandem Avropanın Çempionlar Liqasını qazanmışdı. İndi isə Şimali Amerikada eyni qənimətin ovuna çıxıblar.

Turnirin 1/4 final oyunları aprelin 1-i və 8-də keçiriləcək. “İnter Mayami” bu mərhələdə “Monterrey”lə qarşılaşacaq. Meksika klubu 1/8 finalın hər iki oyununda “Sinsinnati”yə qalib gəlib (1:0, 2:1).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

14-03-2024, 19:0

Suares və Messi ''İnter Mayami''ni 1/4 finala daşıdı

Dünya futbolu

22-07-2023, 16:0

Messi “İnter Mayami”də qolla debüt etdi

Dünya futbolu

17-05-2022, 11:0

Messi "İnter Mayami"yə keçəcək

Dünya futbolu

3-10-2023, 13:0

Messi nə vaxt qayıdacaq?

Dünya futbolu

3-03-2024, 13:0

Suares coşdu, ''İnter Mayami'' 5 qol vurdu

Dünya futbolu

25-09-2023, 23:0

Martino risk etdi və Messini itirdi

Aktual
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
Son xəbərlər
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
Daha çox
Oxunub: 713
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 248
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 247
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 154
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə