• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Almaniyanın “Real”ıyla Qafqazın “Barselona”sını izlədik” - Almaniya mətbuatı

Manşet / Avropa Liqası

18-03-2024, 17:0

Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer-04” - “Qarabağ” matçı Almaniya mediasının da diqqət mərkəzindədi.

“Kicker.de” oyuna “Şik “Bayer-04”ün vəsiqəsini gec də olsa, təmin etdi” sərlövhəli yazıyla toxunub:

“Meydan sahibləri oyuna güclü start versə də, mühərrik tezliklə dayandı. İlk oyunda olduğu kimi, bu dəfə də 0:2 hesablı məğlubiyyətdən çətinliklə yaxa qurtardıq. Yaxşı ki, Şikin dublu “aspirinlər”i biletə qovuşdurdu. Xabi Alonsonun komandası xüsusilə ilk hissədə yaxşı oyun göstərmədi. “Qarabağ” bu dəfə Patrik və Toralın yerinə Elvin və Romaonun gücünü göstərmək istəyirdi. Lakin onlar ilk dəqiqələrdə özünü itirmiş vəziyyətdə idi. “Bayer-04”ün sabiq futbolçusu Lunyov, sadəcə, dayanmışdı. Bəlkə də donmuşdu... Qonaqların bütün çatışmazlıqlarına baxmayaraq, bizimkilər ilk 10 dəqiqədəki tempi qoruyub-saxlaya bilmədi. Nəticədə Azərbaycan çempionu hücum cəhdlərində daha cəsarətli oldu. Onlar sürətli gediş və təhlükəli zərbələrə nail olduqdan sonra təhlükə saçmağa başladı. Qəribə səslənsə də, bir çox hallarda bundesliqa liderinin tempi çatışmırdı. Belədə leverkuzenlilərin oyunu qeyri-dəqiq oldu və qol buraxdıq. İrərliləyən dəqiqələrdə “Qarabağ” azlıqda qaldı və nəhayət, “Bayer-04” özünü tapdı. Juninyo almaniyalılarla hər iki oyunda matçın adamı oldu. O, buz kimi görünürdü. Braziliyalı oyun tərziylə “aspirinlər”i, sadəcə, mövsümün ilk məğlubiyyətini yaşamaqla yox, həm də Avropa Liqasından qovmaqla hədələyirdi. Yəqin ki, bu oyun Xabi Alonsonun zarafatlarından biri idi! Maraqlı sual: “Qarabağ” azlıqda qalmasa, nə olacaqdı?”

“Sport1.de” nəşrinin “Bayer-04”ün kriminal trilleri: heç kim qələbəyə inanmırdı” sərlövhəli yazısından seçmələr:

“Az qala xəcalətlə üzləşəcəkdik. Hər şey bir neçə dəqiqədə həll olundu. “Aspirinlər” inanılmaz geridönüş etdi. Şik zədədən yeni qayıtmağına baxmayaraq, böyük döyüş gücüylə sensasiyalı nokautun qarşısını aldı. Frimponqun bizi xəndəkdən xilas etdiyini də unutmayaq. Yoxsa Zubir və Juninyo leverkuzenliləri dəfn edəcəkdi. Lakin buna görə Xabi Alonsonu qınamalı deyilik. Onun indiyə qədər öhdəsindən gəldiyi və bundan sonrakı çətinliklər başqa nəyəsə vəd vermirdi. Heyəti daha güclü etmək üçün dəyişikliklər vacib idi. O, hələ Avropa Liqasını, bundesliqanı və Almaniya kubokunu qazanmalıdı. “Qarabağ” iddia olunduğu qədər asan rəqib deyil. Qafqazlılar fərqli oyun göstərir. Elvin Cəfərquliyev qırmızı vərəqə alana kimi düşünürdük ki, rəqibin futbolçuları “Bayer-04”dən sayca çoxdu. Onların dirənişi bunu deməyə əsas verir”.

“Sport1.de”nin yazarı Niklas Trettin qələmə aldığı “Bayer-04”ü məğlubedilməz edən nəd?” sərlövhəli yazıda bu cümlələr diqqəti çəkir:

“Xabi Alonsonun komandası Azərbaycanın ən güclü klubuna məğlub ola bilərdi. Yaxşı ki, leverkuzenlilərin həlledici qolları köməyə çatdı. Bəli, bu yalnız “Qarabağ”a qarşı baş verir. Son vaxtlar yenilməz komandaya qol vurmaq şərəfinə təkcə azərbaycanlılar nail olur. “Bayer-04” isə cari mövsümdə 80-ci dəqiqədən sonra 20 qol vurub. Bu heyrətamizdi. Diqqətinizə çatdırım. Həmin əfsanəvi gecə bir motivi də özündə xarakterizə etdi. Biz Almaniyanın “Real”ıyla Qafqazın “Barselona”sını izlədik. Buna əmin olun. İki buz kimi adam - həm Alonso, həm də Qurbanov gələcəkdə daha böyük işlər görə bilər”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

7-03-2024, 19:0

“Bayer-04” üçün “2002” kabusu: “uğurun təməl daşı Bakıda qoyulacaq”

Dünya futbolu

15-03-2024, 12:0

“Bayer-04” “Qarabağ”la oyunda rekordunu yenilədi

Manşet / Avropa Liqası

9-03-2024, 11:0

"Bayer-04" "Köln"lə oynayarkən belə çətinlik çəkməmişdi... - Almaniya mətbuatı Alonsoya qəzəblidi

Manşet / Avropa Liqası

14-03-2024, 16:0

“Qarabağ”ın səfərdə daha yaxşı oynadığını nəzərə almaq vacibdi” – Almaniya mətbuatı

Avropa Liqası

4-03-2024, 15:0

"Qurban Qurbanov Alonsonun iş üsulları ilə tanış olmaq üçün Leverkuzenə səfər edib"

Ölkə futbolu / Avropa Liqası

23-02-2024, 15:0

"Bayer-04" yenə "Qarabağ"a rəqib oldu

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Bu gün, 20:00
    "Zirə" "Torpedo"ya qarşı - YENİLƏNİR
  • Bu gün, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Bu gün, 19:34
    "İmişli"də yeni təyinat
  • Bu gün, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Bu gün, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Bu gün, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Bu gün, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə