"Neftçi" rekordu təkrarladı

18.03.2024 15:30 162
Ölkə futbolu
"Neftçi"nin Misli premyer-liqasının 27-ci turunda "Səbail" üzərində 3:0 hesablı qələbəsi çempionatlar tarixində rekordun təkrarlanmasına səbəb olub.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionatında bu mövsüm bütün komandalar 3 və ya daha çox qol vuraraq böyükhesablı qələbəyə seviniblər.

"Səbail"i 3:0 məğlub edən "ağ-qara"lar bu turadək heç bir kluba 3 və ya artıq top fərqi ilə qalib gəlməmişdi. Komanda ilk dəfə böyükhesablı qələbə qazanıb.

Bununla da premyer-liqada böyükhesablı qələbə qazanmayan komanda qalmayıb.

Bütün komandaların mövsüm ərzində belə qələbə qazanması ölkə çempionatları tarixində 4-cü belə hadisədi. Bunadək 1995/96, 2009/10 və 2021/22 mövsümlərində hər komanda ən azı bir dəfə üç və ya daha artıq top fərqi ilə qalib gəlib.