“Kəpəz” 7 ildən sonra ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 16-cı turunda, “Qəbələ” ilə oyunda baş verib.
3:0 hesablı qələbə qazanan gəncəlilər axırıncı dəfə 2772 gün əvvəl rəqib meydanında bunu bacarıblar. 7 il 7 ay öncə - 2016-cı il mayın 7-də “Xəzər Lənkəran”ın qonağı olan qərblilər 3 cavabsız qola sevinmişdi.
Gəncə təmsilçisi sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə isə ötən mövsüm nail olub. 2022-ci il oktyabrın 29-da “Səbail”lə qarşılaşan “Kəpəz” 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb.
Qeyd edək ki, bu, klub tarixində premyer-liqada qazanılan 94-cü böyükhesablı qələbə olub.