Avropa Liqasının 1/8 final mərhələsinin «Bayer-04» — «Qarabağ» matçına saatlar qaldı.
Almaniya təmsilçisi bu ərəfədə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Belə ki, fotoda sevincli «Bayer-04» futbolçuları, arxa fonda çemodan və Avropa Liqasının qalibi olacaq komandaya təqdim olunmaq üçün nəzərdə tutulan kubok təsvir edilib. Əlbəttə, axşamkı oyunun evdə baş tutacağını nəzərə alsaq, çemodanın hansısa məntiqi əsası olmur. Bura hələ kubokun qalibinin bəlli olmadığını da əlavə etsək, paylaşımı bütün rəqiblərə meydan oxumaq kimi qiymətləndirmək mümkündü. Qısası, «Bayer-04» nəinki «Qarabağ”a, həm də mərhələni keçəcəyi təqdirdə qarşılaşacağı bütün rəqiblərə meydan oxuyur və kuboku qazanacağını iddia edir. Əlbəttə, leverkuzenlilər turnirin ən iddialı komandalarındandı. Lakin…
